“Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

İran yenidən Hörmüz boğazının bağlanmasını elan edib - “Bild“

Tarix 19.06.26, 20:05

Font ölçüsü : - / +
bitmap-img6


İran tərəfi Hörmüz boğazının bağlandığını və ABŞ-la atəşkəs danışıqlarının dayandırıldığını açıqlayıb. Tehran bildirir ki, ABŞ və İsrail qarşı tərəfin tələblərini yerinə yetirməyənədək boğaz bağlı qalacaq.

Bu barədə "Bild" qəzeti yazıb.

Məlumata əsasən, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) regiondakı gəmilərə boğaza yaxınlaşmamaq barədə xəbərdarlıq göndərib.

SEPAH-ın açıqlamasında qeyd olunur ki, ABŞ qoşunlarının regiondan çıxarılması, İsrailin Livandan tam geri çəkilməsi və Fars körfəzindəki hərbi blokadanın aradan qaldırılması razılaşmanın əsas şərtlərindəndir. Bu şərtlər yerinə yetirilməyənədək Hörmüz boğazı bağlı qalacaq.

Bununla belə, Tehran bildirir ki, gəmilərin keçidi əvvəlcədən ən azı 48 saat öncədən müraciət edilmə şərti ilə mümkündür və yalnız təsdiqlənmiş tranzitlərə icazə verilir.

ABŞ Prezidenti Donald Tramp isə məsələ ilə bağlı "Truth Social” platformasında açıqlama verib. O bildirib ki, Vaşinqton addımları "çarəsizlikdən” atmayıb və İranın vəziyyətinin daha çətin olduğunu iddia edib.

Tramp həmçinin 60 günlük müddətin bitməsini gözləyəcəklərini və İranın "heç bir maliyyə vəsaiti almayacağını” deyib.

14 iyunda ABŞ və İran atəşkəs üçün çərçivə razılaşması barədə açıqlama vermişdi. Razılaşmaya əsasən, ABŞ blokadasının yumşaldılması və Hörmüz boğazından keçidin bərpası nəzərdə tutulurdu.

Həmçinin İranda investisiyaların cəlb edilməsi üçün 300 milyard dollarlıq xüsusi fondun yaradılması planlaşdırılırdı.

19 iyun məlumatına görə isə Fars körfəzində yerləşən, təxminən 80 milyon barel neft daşıyan supertankerlər boğazdan keçmək üçün icazə gözləyir.



Xəbərin oxunma sayı : 376




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap