Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

“Putin döyüş meydanında geri çəkilir” - Britaniya kəşfiyyatı Rusiyanın itkilərini açıqladı

Tarix 28.05.26, 13:02

Font ölçüsü : - / +
bitmap-img6


Rusiya ordusu Ukraynadakı müharibədə təkcə ölü olaraq təxminən 500.000 əsgərini itirib. 

Bunu Böyük Britaniya Hökumət Rabitə Qərargahının (GCHQ) direktoru Enn Kist-Batler mətbuata açıqlamasında kəşfiyyat məlumatlarına istinadla deyib. 

"Putin döyüş meydanında geri çəkilir və yeni kəşfiyyat məlumatları münaqişənin başlamasından bəri təxminən yarım milyon rus əsgərinin öldürüldüyünü göstərir", - deyə o bildirib.

“The Guardian”ın qeyd etdiyi kimi, bu, ilk dəfədir ki, Britaniyanın yüksək vəzifəli rəsmisi Rusiyanın Ukraynadakı itkiləri ilə bağlı rəqəm açıqlayır. Əvvəllər Qərb analitikləri müharibədə həlak olan rus əsgər və zabitlərinin sayını 325.000 olaraq qiymətləndirirdilər. 

Vaşinqtonda yerləşən Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin (CSIS) 2026-cı ilin yanvar ayına olan məlumatlarına görə, Ukraynadakı Rusiya Silahlı Qüvvələrinin yaralılar da daxil omaqla ümumi itkiləri 1,198 milyona çatıb.

CSIS analitikləri bu rəqəmləri "misli görünməmiş" adlandıraraq, İkinci Dünya Müharibəsindən bəri heç bir böyük ölkənin belə itki vermədiyini vurğulayıblar.

Bir gün əvvəl Ukraynanın Üçüncü Ordu Korpusunun komandiri, briqada generalı Andrey Biletski “Reuters” agentliyinə bildirib ki, Rusiya ordusu ağır itkilər səbəbindən tükənib və böyük irəliləyişlərə nail ola bilmir.

O iddia edib ki, Ukrayna Silahlı Qüvvələri bir neçə ay ərzində cəbhə xəttində təşəbbüsü ələ keçirə və Rusiyanı Donetsk bölgəsinin Ukraynanın nəzarəti altında qalan hissəsini ələ keçirmək planlarından imtina etməyə məcbur edə biləcəklər. "İnanıram ki, növbəti altı ay ən vacib dövrdür", - Biletski deyib.



Xəbərin oxunma sayı : 493




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap