Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

Azər Bağırova hökm oxundu - Dövlətə xəyanətdə ittiham olunur

Tarix 25.05.26, 16:54

Font ölçüsü : - / +
bitmap-img6


DTX tərəfindən keçirilmiş tədbirlər nəticəsində xaricdə tutularaq Azərbaycana gətirilmiş, casusluq formasında dövlətə xəyanətdə ittiham olunan Azər Bağırovun cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.

APA-nın əldə etdiyi xəbərə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Azər Bağırov 16 il 06 ay müddətinə azadlıqdan məhrum edilib. Cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Məhkəmə baxışı zamanı müəyyən edilib ki, Azər Bağırov xarici xüsusi xidmət orqanı nümayəndələrinin tapşırığı ilə digər ölkənin ərazisində casusluq fəaliyyəti ilə məşğul olub, hərbi və strateji obyektlərinin yerləşdiyi ərazilərin foto-video çəkilişlərini, məkan məlumatlarını toplayaraq ötürüb və sair əməllər törədib.

Azər Bağırovun necə ifşa olunduğunun detalları açıqlanmayıb.

Qeyd edək ki, bu Azər Bağırovun ilk məhkumluğu deyil. O, daha əvvəl qəsdən adam öldürməyə cəhdə görə cəza çəkib.

Məlum olduğu kimi, kriminal keçmişi olan azərbaycanlıların müxtəlif xarici xüsusi xidmət orqanları tərəfindən üçüncü ölkələrin ərazində örtük altında kəşfiyyat-təxribat əməllərinə cəlb olunması hallarına qarşı kompleks tədbirlər aparılır.



Xəbərin oxunma sayı : 316




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap