Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

Aprel döyüşlərində şəhid olan pilotların xatirəsi anılıb - VİDEO

Tarix 02.04.26, 19:35

Font ölçüsü : - / +
bitmap-img6


2016-cı ilin Aprel döyüşləri zamanı qəhrəmancasına şəhid olan hərbi pilotlarımız - mayor Urfan Vəlizadə, mayor Təbriz Musazadə və baş leytenant Əbu Bəkr İsmayılovun anım günü münasibətilə mərasim keçirilib.

Müdafiə Nazirliyindən verilən xəbərə görə, Hərbi Memorial Məzarlıqda keçirilən tədbirdə müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı general-leytenant Namiq İslamzadə, Müdafiə Nazirliyinin əməkdaşları, ictimaiyyət nümayəndələri, şəhidin ailə üzvləri və yaxınları iştirak ediblər.


Əvvəlcə şəhidlərimizin məzarları ziyarət edilərək önünə əklil və gül dəstələri düzülüb, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Mərasimdə çıxış edənlər şəhidlərimizin şərəfli xidmət yolundan, vətənpərvərliyindən və peşəkarlığından danışıb, onların gənc pilotlara örnək olduğunu qeyd ediblər.


Bildirilib ki, hərbi qulluqçularımızın əməliyyatlar zamanı döyüş meydanında nümayiş etdirdikləri şücaət və qəhrəmanlıq sayəsində torpaqlarımız işğaldan azad edildi və bu gün həmin ərazilərdə şanlı üçrəngli Azərbaycan bayrağı fəxarətlə dalğalanır. Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi xalqımızın qəlbində daima yaşayacaqdır.

Tədbir çərçivəsində general-leytenant Namiq İslamzadə şəhid ailələri ilə görüşərək onların qayğıları ilə maraqlanıb.

Görüş zamanı şəhidlərimizin ailə üzvləri və yaxınları göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Müdafiə Nazirliyinin rəhbərliyinə dərin minnətdarlığını bildiriblər.





Xəbərin oxunma sayı : 223




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap