“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Masazırda “hazır bina” üzərində gizli mərtəbə əməliyyatı - Qanunlar kimə işləyir? (FOTO)

Tarix 11.03.26, 12:20

Font ölçüsü : - / +
bitmap-img6


Abşeron rayonu Masazır qəsəbəsində, məscidin yaxınlığında yerləşən və tikintisi artıq tamamlanmış 4 mərtəbəli yaşayış binasının damında yeni – 5-ci mərtəbənin tikilməsinə başlanılması ciddi suallar doğurur. Pəncərələri quraşdırılmış, fasadı formalaşmış və faktiki olaraq hazır vəziyyətə gətirilmiş binanın üzərində sonradan əlavə mərtəbə tikilməsi şəhərsalma və tikinti qanunvericiliyinin açıq şəkildə pozulması ehtimalını gündəmə gətirir. Sual isə olduqca sadədir, əgər bu bina üçün əvvəlcədən 5 mərtəbə tikintisinə icazə verilmişdisə, niyə tikinti tamamlanandan sonra əlavə mərtəbə inşa edilir?

Mediatv.az bildirir ki, layihədə 5 mərtəbə nəzərdə tutulmuşdusa, bu mərtəbə niyə əsas tikinti mərhələsində deyil, bina artıq hazır vəziyyətə gətiriləndən sonra tikilməyə başlanıb? Əgər layihə üzrə icazə cəmi 4 mərtəbə idisə, o halda damın üzərində aparılan hazırkı işlər açıq-aşkar qanun pozuntusu sayılmalıdır. Çünki tikinti layihəsində hər hansı dəyişiklik – xüsusilə də əlavə mərtəbənin artırılması – konstruktiv təhlükəsizlik baxımından ciddi risklər yaradır.Mütəxəssislər bildirirlər ki, layihəyə sonradan edilən belə dəyişikliklər zamanı bir sıra mühüm prosedurlar mütləq yerinə yetirilməlidir. Bunlara aşağıdakılar daxildir: binanın daşıyıcı konstruksiyalarının əlavə yükə davamlılığı ilə bağlı yenidən mühəndis hesablamalarının aparılması,yanğın təhlükəsizliyi normalarının yenidən qiymətləndirilməsi,layihə dəyişikliklərinin dövlət ekspertizasından keçirilməsivə müvafiq dövlət qurumlarının rəsmi icazəsinin alınması.Lakin Masazır qəsəbəsində baş verən bu tikinti prosesində sadalanan normativ tələblərin yerinə yetirilib-yetirilmədiyi barədə heç bir açıq məlumat yoxdur. Bu isə haqlı olaraq sual doğurur: qanunlar doğrudanmı hamı üçün eyni şəkildə tətbiq olunur? Əgər tikinti icazəsiz həyata keçirilirsə, onda Abşeron Rayon İcra Hakimiyyəti niyə bu prosesə müdaxilə etmir? Ərazidə aparılan açıq-aşkar tikinti işləri göründüyü halda yerli icra strukturlarının susqunluğu nə ilə izah olunur?

Burada isə ortaya çox ciddi və düşündürücü sual çıxır,adi bir vətəndaş həyətində kiçik bir toyuq hini tikəndə belə dərhal məmurlar peyda olur, cərimələr yazılır, tikinti dayandırılır. Amma çoxmərtəbəli binanın üzərində açıq-aşkar əlavə mərtəbə tikiləndə niyə heç kim görmür?Bəzi sakinlər deyir ki, belə hallarda icra strukturlarının nümayəndələri çox operativ davranır. Hətta bəzən həyətlərdə kiçik tikililər belə dərhal sökülür. Amma Masazırda göz qabağında aparılan bu tikinti işləri nədənsə aidiyyəti qurumların diqqətindən kənarda qalır.Bu isə haqlı olaraq sual yaradır, rayon rəhbərliyi və məsul şəxslər doğrudanmı bu tikintidən xəbərsizdir?

Xüsusilə də rayon ərazisində tikintilərə nəzarət mexanizmlərinin mövcud olduğu bir vaxtda belə bir tikintinin aylarla davam etməsi ciddi şübhələr yaradır. Bu məsələdə yerli icra strukturlarının mövqeyi də maraq doğurur. Masazır sakinləri isə haqlı olaraq soruşur, qanun yalnız sadə vətəndaşlar üçünmü işləyir? Əgər qanunsuzluq varsa, onda bu tikinti niyə dayandırılmır? Digər tərəfdən, tikintilərə nəzarət edən əsas qurumlardan biri olan Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi bu prosesdən xəbərdardırmı? Komitənin nəzarət və monitorinq mexanizmləri niyə işə düşmür? Qurumun müvafiq strukturları bu tikintidə yoxlama aparıbmı? Ən maraqlı məqam isə başqa bir ehtimaldır: bəlkə də layihə icazəsi sonradan dəyişdirilib? Əgər belədirsə, bu dəyişiklik hansı əsaslarla edilib? Həmin qərar qəbul edilərkən hansı mühəndis-texniki rəy və ekspertiza nəticələri nəzərə alınıb? Unutmaq olmaz ki, yaşayış binalarında sonradan mərtəbə artırılması təkcə hüquqi məsələ deyil, həm də insan həyatı ilə bağlı təhlükəsizlik məsələsidir. Daşıyıcı konstruksiyaların əlavə yüklənməsi, layihədən kənar dəyişikliklər və normativ tələblərin pozulması gələcəkdə ciddi fəsadlara səbəb ola bilər.İddialara görə, bu tikintini həyata keçirən şəxs Abşeron rayonunun müxtəlif ərazilərində də oxşar şəkildə qanunsuz tikinti işləri aparır. Masazır qəsəbəsində baş verən bu tikinti faktı bir daha göstərir ki, bəzi hallarda şəhərsalma qaydaları kağız üzərində qalır, real həyatda isə tikinti sahibinin istəyi qanundan üstün tutulur.

Açıklama yok.
Açıklama yok.
Açıklama yok.




Xəbərin oxunma sayı : 211




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap