“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Babək prospektində qalmaqallı tikinti - nə icazə var, nə də nəzarət (FOTOLAR)

Tarix 10.03.26, 10:31

Font ölçüsü : - / +
bitmap-img6


Paytaxtın Nizami rayonu ərazisində, Babək prospektində yerləşən orta məktəbin yaxınlığında aparılan tikinti işləri ciddi suallar doğurur.

Mediatv.az-a daxil olan məlumatlara görə, ərazidə iri miqyaslı tikinti işləri həyata keçirilsə də, prosesin qanuniliyi ilə bağlı vəziyyət qaranlıq olaraq qalır. Məlumatda bildirilir ki, tikinti aparılan sahədə məktəbin ətrafı geniş şəkildə qazılıb, əraziyə ağır texnika cəlb olunub və tikinti normalarına açıq şəkildə əməl olunmur. Xüsusilə məktəbə yaxın ərazidə belə geniş qazıntı işlərinin aparılması həm təhlükəsizlik, həm də şəhərsalma baxımından ciddi risklər yaradır. Valideynlər və sakinlər bildirirlər ki, məktəbli uşaqların hərəkət etdiyi ərazidə bu cür nəzarətsiz tikinti işlərinin aparılması təhlükəli vəziyyət yaradır. 

Daha ciddi məlumat isə tikintidə çalışan fəhlələrlə bağlıdır. Bildirilir ki, işçilər əmək müqaviləsi bağlanmadan işlədilir. Bu isə əmək qanunvericiliyinin kobud şəkildə pozulması deməkdir. Belə olan halda sual yaranır: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti bu vəziyyətdən xəbərdardırmı? Əgər xəbərdardırsa, niyə tədbir görülmür? Məsələnin digər tərəfi isə tikintinin ümumiyyətlə qanuni olub-olmaması ilə bağlıdır. Araşdırma zamanı məlum olub ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin şəhərsalma məlumat bazasında sözügedən tikinti ilə bağlı hər hansı rəsmi məlumata rast gəlinmir. Bu isə tikintinin icazəsiz aparılması ehtimalını daha da gücləndirir. Belə olan halda ortaya bir sıra ciddi suallar çıxır, məktəbə bitişik ərazidə aparılan bu tikintiyə kim icazə verib,aidiyyəti dövlət qurumları bu vəziyyətdən xəbərdardırmı,tikinti normalarının pozulmasına niyə göz yumulur,əmək müqaviləsi olmadan işlədilən fəhlələrin hüquqlarını kim qoruyacaq? Paytaxtın mərkəzi prospektlərindən birində, məktəb yaxınlığında bu cür qalmaqallı tikinti işlərinin aparılması bir daha göstərir ki, bəzi hallarda qanunlar kağız üzərində qalır, nəzarət isə formal xarakter daşıyır.

Ümid edirik ki, məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti, eləcə də digər aidiyyəti qurumlar dərhal araşdırma aparacaq və qanunsuz tikinti iddialarına aydınlıq gətirəcəklər. 


    




Xəbərin oxunma sayı : 250




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap