“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

“Yaxın Şərqdə müharibənin yeganə qalibi Rusiyadır“ - Aİ lideri

Tarix 10.03.26, 14:24

Font ölçüsü : - / +
bitmap-img6


Avropa İttifaqı (Aİ) Yaxın Şərqdəki münaqişələrdə bütün tərəfləri maksimum təmkin göstərməyə və danışıqlar masasına qayıtmağa çağırıb.

APA xəbər verir ki, bu barədə Aİ Şurasının Prezidenti Antoniu Koşta Aİ səfirlərinin konfransında bildirib.

Onun sözlərinə görə, enerji qiymətlərinin artması ilə Rusiya yeni resurslar qazanır və Ukrayna cəbhəsinə diqqətin azalmasından faydalanır: “İndiyə qədər Yaxın Şərqdə müharibənin yeganə qalibi Rusiyadır”.

Aİ lideri qeyd edib ki, yeni reallıqda Rusiya sülhü pozur, Çin ticarəti pozur və ABŞ qaydalara əsaslanan beynəlxalq nizama meydan oxuyur: “Bu yeni reallıqda Avropa İttifaqının missiyası nə olmalıdır? Birincisi, beynəlxalq hüquqa əsaslanan qaydaları müdafiə etməliyik. BMT Nizamnaməsində təsbit olunmuş və beynəlxalq müqavilələrimizdə göstərilən prinsiplərə hörməti təşviq etməliyik”.



Xəbərin oxunma sayı : 256




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap