“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

İran ən irimiqyaslı hücumu həyata keçirib - Hücum azı üç saat çəkib

Tarix 11.03.26, 9:29

Font ölçüsü : - / +
bitmap-img6


Martın 11-nə keçən gecə İranın İsrail ərazisini və bölgədəki Amerika hərbi obyektlərini bombardman etməsi regionda münaqişənin eskalasiyası başlayandan bəri İslam Respublikasının ən irimiqyaslı hücumu olub.

Bu barədə İranın Dövlət Televiziyası (IRIB) məlumat yayıb.

"Bu gecə həyata keçirilən "Gerçək vəd - 4" əməliyyatının sonuncu - 37-ci dalğası İranın bölgədəki düşmən qüvvələrinə və obyektlərinə qarşı ən irimiqyaslı əməliyyatı olub", - televiziya qeyd edib. Məlumata görə, raket və pilotsuz uçuş aparatlarının tətbiqi ilə həyata keçirilən bir neçə hücum azı üç saat çəkib.

Qeyd olunub ki, 37-ci dalğa zamanı "Xürrəmşəhr" raketlərindən istifadə edilib, Təl-Əviv yaxınlığındakı peyk rabitəsi mərkəzi, Hayfa və Qərbi Qüdsdəki İsrail hərbi obyektləri hücuma məruz qalıb. Bundan əlavə, bildirilib ki, ABŞ-nin çoxsaylı hədəfləri, o cümlədən İraqın Ərbil şəhərindəki və Küveytdəki Amerika bazaları bombardmana məruz qalıb.

Bununla yanaşı, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) sonuncu hücum dalğası zamanı 2 tonluq döyüş başlığına malik raketin buraxıldığını bəyan edib.



Xəbərin oxunma sayı : 238




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap