“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

“Evimiz Store“un rəhbəri ilə bağlı qərar verildi - Yarım milyonluq borca görə...

Tarix 10.03.26, 16:30

Font ölçüsü : - / +
bitmap-img6


Bakıda "Evimiz Store" (keçmiş "Master Tibot") əmtəə nişanı altında fəaliyyət göstərən "Azər Yapı Market" şirkətinin rəhbəri ilə bağlı məhkəmə qərar verib. 

Qaynarinfo-nun məlumatına görə, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən "Azər Yapı Market" şirkətinin rəhbəri və qanuni təmsilçisi, 1970-ci ildə Bakı şəhərinə anadan olmuş Abdinov Bəhram Övsət oğlu barəsində məhkəməyə şikayət edilib. 

Buna səbəb Bəhram Abdinovun Lokal Gəlirlər Baş İdarəsinə 638381.15 manat vergi borcunun olması olub. Yaranmış borc məbləğinin 5 gün ərzində müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə bildirişlər göndərilib, lakin ödəniş edilməyib.
 
Maraqlı şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməyib və bunun  səbəbi barədə məlumat verməyib. Məhkəmənin hökmü ilə Bəhram Abdinovun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb. 

O, həmçinin "Ntd Service S.R.O." şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbəridir. 

Xatırladaq ki, Azərbaycanda ən böyük "ev üçün hər şey" tipli mağazalardan olan "Evimiz"də məişət texnikası, mebel, qab-qacaq, tekstil, saatlar, çilçıraqlar və s. satılır. Əvvəllər "Master Tibot"un "Gilan Holdinq"ə daxil olduğu göstərilirdi. Hazırda "Master Tibot"un varisi olan "Evimiz"in adı "Gilan Holdinq"ə daxil olan qurumlar siyahısında yoxdur.

2020-ci ildən 2025-ci ilin noyabr ayına kimi şirkətin qanuni təmsilçisi Cəfərov Ceyhun İsmayil oğlu olub. 



Xəbərin oxunma sayı : 562




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap