“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

“BYD” üçün 19 minə yaxın ödədi - Ortada nə maşın var, nə də pul...

Tarix 07.03.26, 22:43

Font ölçüsü : - / +
bitmap-img6


“Hyperauto Azerbaijan” şirkəti mənə qarşı xaricdən maşın gətirmək adı ilə dələduzluq edib. Ötən il noyabrın 8-də “BYD Destroyer” avtomobili üçün 18 850 AZN ödəniş etsəm də, ortada nə maşın var, nə də pulumu qaytarırlar”.

Bu şikayətlə “Qafqazinfo”ya Bakı sakini Əhməd Verdiyev müraciət edib. 

Onun sözlərinə görə, sözügedən şirkətdən özü ilə bərabər, 10 nəfər narazı şəxs var: “Mən tək deyiləm, ortada kütləvi dələduzluq var. Aylarla “bu gün-sabah maşın gəlir” deyib məni aldatdılar. Sonra ofisə çağırıb dedilər ki, guya onların özlərini də aldadıblar, 3 avtovozları itib, işlədikləri adam onlara fırıldaq gəlib və 360 min manat ziyana düşüblər. Söz verdilər ki, narahat olmayım, mənə Bakıdan maşın alıb verəcəklər. İnanıb onlara vaxt verdim, 2 ay da belə yola verdilər. Hələ ki, tonla boş vəd verirlər, ortada isə heç nə yoxdur.

Ən pisi də odur ki, mən bu maşını almaq üçün bankdan kredit çəkmişdim, aylardır boş-boşuna kredit ödəyirəm. Şirkətin rəhbəri söz vermişdi ki, aylıq bank ödənişini özü edəcək, 1 ay zorla aldım, indi heç onu da ödəmir”.

Şikayətçinin iddiasına görə, hazırda sözgedən şirkət rəhbərliyi “Amay” ticarət mərkəzindəki ofislərindən narazı şikayətçilərin hədə-qorxuları səbəbindən qovulub və başqa ofisə köçüblər: “Son 1 həftəyə qədər onlayn satış etsələr də, hazırda şirkət dilerlər arasından çıxarılıb və bütün elanları tamamilə silinib. İndi başqa ad altında fəaliyyət göstərib-göstərmədiklərini dəqiq bilmirəm. Məndə bütün ödəniş qəbzləri, müqavilə və yazışmalar var. Məndən başqa, 3 nəfər polisə rəsmi şikayət edib, daha 7 nəfər də şikayət etməyə hazırlaşır”.

Şikayətlə bağlı “Hyperauto Azerbaijan” şirkətinin rəhbərliyi ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab ala bilmədik. 

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən isə sorğumuza cavab olaraq bildirildi ki, fakta görə Xətai Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə cinayət işi başlanılıb. Həmin şəxslə bağlı məsuliyyət tədbirləri görülür.






Xəbərin oxunma sayı : 562




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap