“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Sırğasını satıb oğlunu işə düzəltmək istədi - Dələduzluğa məruz qaldı

Tarix 07.03.26, 21:42

Font ölçüsü : - / +
bitmap-img6


Bakıda 1500 manat müqbilində Ədliyyə Nazirliyinə mayor rütbəsində "işə” düzəldən şəxs cəzalandırılıb. 

Qaynarinfo-nun məlumatına görə, 1983-cü il təvəllüdlü Samir Məmmədov saxlanılaraq barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə protokol tərtib edilib və işə məhkəmədə baxılıb. 

Məlum olub ki, S.Məmmədov V.N. adlı zərərçəkmiş qadından 1500 manat pul alaraq onun oğlunu mayor rütbəsində Ədliyyə Nazirliyinə işə düzəldəcəyinə söz verib. O, həmin pulları Binəqədi rayonunda Mərkəz adlanan ərazidə zərərçəkmiş qadından götürüb. 

Qızıl sırğasını satıb pulunu təqsirləndirilən şəxsə verən V.N. sonradan Samir tərəfindən dələduzluğa məruz qaldığını anlayaraq polisə şikayət verib. 

Məhkəmənin hökmü ilə S.Məmmədovu İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilib və barəsində 180 saat müddətində ictimai işlər tənbeh tədbiri tətbiq edib. 



Xəbərin oxunma sayı : 418




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap