“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Sabunçuda ailə dramı: Ər arvadını, baldızını və onların nənəsini bıçaqladı

Tarix 13.02.26, 19:52

Font ölçüsü : - / +
bitmap-img6


Bakının Sabunçu rayonunda Emil həyat yoldaşı Elnarəni, baldızı Gülarəni və onların nənəsi Xumarı (adlar şərti verilib - red.) bıçaqlayıb.

AzFakt.com "Teleqraf"a istinadən xəbər verir ki, Emil 2024-cü il mayın 16-da rəsmi nikah münasibətində olduğu arvadı Elnarə ilə telefonla əlaqə saxlayıb və ondan qonaq getdiyi anasıgildən evə qayıtmasını tələb edib.

Elnarə bu zaman onunla birgə yaşamaqdan bezdiyini və ayrılmaq istədiyini bildirib.

Bundan qeyzlənən Emil qisas niyyəti ilə arvadını öldürmək qərarına gəlib.

O, mayın 17-də saat 17 radələrində qayınanasının evinə yollanıb, aqressiv şəkildə arvadından çölə çıxmasını istəyib. Emilin əsəbi vəziyyətdə bacısına nəsə edəcəyindən ehtiyatlanan Gülarə nənəsi Xumarı çağırıb. Xumar ondan səs-küy salmamasını, çıxıb getməsini tələb edib.

Mübahisə zamanı Emil qəflətən Xumarın sifətinə yumruq vurub.

Daha sonra baldızı Gülarəni boynundan tutaraq bıçaqla ona zərbələr endirib.

Bunun ardınca arvadı Elnarəyə hücum çəkib, bıçaqla xəsarət yetirib.

Vaxtında tibbi yardım göstərildiyi üçün onların həyatlarını xilas etmək mümkün olub.

İstintaq orqanı tərəfindən Emilin barəsində Cinayət Məcəlləsinin 128 (qəsdən sağlamlığa zərər vurma), 126.2.2 (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özü və ya yaxın qohumları barəsində qəsdən sağlamlığa ağır zərər vurma), 126.2.3 (xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qəsdən sağlamlığa ağır zərər vurma) və 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi üsulla adam öldürməyə cəhd) maddələri ilə ittiham elan edilib.

İş üzrə ifadə verən Emil elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

Təqsirləndirilən şəxs qeyd edib ki, mayın 17-də saat 16 radələrində evdən çıxıb və arvadı Elnarə ilə söhbət etmək üçün onun anasının evinə gedib:

"Bir qədər keçmiş arvadımın ana nənəsi Xumar gəldi, bizi boşatdıracağını, Elnarəni məndən də yaxşı bir oğlana ərə verəcəyini dedi. Xumarın bu sözlərindən sonra əsəblərim pozuldu. Onunla mübahisə etməyə başladım.

Elnarə ünvanıma nalayiq söyüşlər işlətdiyi üçün onun sifət nahiyəsindən yumruqla zərbə vurdum. Sonra əsəblərimə hakim ola bilmədim, cibimdən bıçağı çıxararaq məlum hadisəni törətdim".

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Emil 16 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Emilin apellyasiya şikayəti təmin olunmayıb.

Bu qərardan kasasiya şikayəti verilib. İş araşdırılması üçün Ali Məhkəmənin hakimi Zaur Hüseynovun icraatına verilib. Yaxın günlərdə şikayət araşdırılacaq.



Xəbərin oxunma sayı : 358




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap