“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Gözəllik salonunun rəhbəri bloggerlərin 250 min manatını mənimsəyib? - VİDEO

Tarix 12.02.26, 21:58

Font ölçüsü : - / +
bitmap-img6


Biri 150 min manatalıq avtomobilini, digəri isə 300 min manatını itirdi…

Xezerxeber.az xəbər verir ki, social şəbəkə platformalarında "Fidan Zeyn" kimi tanınan Fidan Rzayeva və "Azerina" kimi tanınan Əfsanə Qasımlı Bakıda fəaliyyət göstərən "Beautytime" gözəllik salonları şəbəkəsinin sahibi Könül Həmzəyeva tərəfindən aldadıldıqlarını iddia ediblər.

“Xəzər Xəbər”in qaynar xəttinə müraciət edən müraciət edən "Fidan Zeyn" deyib ki, ona ötən ilin yayında  Könül Həmzəyeva tərəfindən birgə gözəllik salonu açmaq təklifi olunub və tərəflər razılığa gəliblər.

Bloqerin iddiasına görə o, bu arzusunu gerçəkləşdirmək məqsədi 150.000 manat vəsaiti Könül Həmzəyevaya təqdim edib. Könül Həmzəyevə layihənin tezliklə gerçəkləşdirləcəyini vəd  etsə də, nə salon  açılıb, nə də atelye…

"Fidan Zeyn" isə bildirir ki, salon fəaliyyətə başladıqdan sonra qazancın bölgüsü məsələsi gündəmə gəldikdə Könül Həmzəyeva müxtəlif bəhanələrlə prosesdən yayınmağa başlayıb. Gah iş dəftərinin itdiyi, gah da ailəvi problemlərin olduğu əsas gətirilərək hesablaşma təxirə salınıb. Beləliklə, tərəflər arasında qurulan ittifaq 3 aydan sonra pozulub.

 Fidan Zeyn iddia edir ki, pulunu geri tələb etdikdə isə hədə-qorxu və şantajla təhdid edilib.

"Azerina" adı ilə tanınan psixoloq Əfsanə Qasımlı da bir neçə epizod üzrə aldadıldığını iddia edir. O, deyir ki, Könül Həmzəyeva xarici ölkədən 120.000 manat dəyərində avtomobil gətirəcəyini vəd edərək ondan ilkin olaraq 100.000 manat alıb. Bir müddət sonra avtomobilin çatdığını bildirərək qalan məbləğin ödənilməsini tələb edib.

Hər iki bloqer məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etdiklərini bildiriblər.





Xəbərin oxunma sayı : 169




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap