| |
|
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
Binəqədi rayonunda neft buruqları ərazisində daha bir qanunsuz tikinti - FOTO/VİDEO
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması - Kompromat savaşı yenidən başlayıb
Sahib Məmmədovun “mənbə” axtarışı qalmaqal yaratdı - İşçilərin otağından dinləyici qurğu tapılıb
Eyyubov və digər vəzifəli şəxslərin əməlləri açıqlandı - Baş Prokurorluq məlumat yaydı
“Bravo”nun sönükən fəaliyyəti - Marketlər şəbəkəsinin rəqabətə davamlılığı niyə hər gün zəifləyir?
Yaponiya-Çin gərginliyi pik həddə: Qarşılıqlı hədələr durmadan artır
Saleh Məmmədovun işçisindən 20 min dollarlıq toy hədiyyəsi - AAYDA sədrini hədəfə gətirdi
Ramiz Mehdiyevin Rusiyaya yazdığı sensasiyalı məktub üzə çıxdı: nələr planlanırmış?
Vergi agenti kimdir və vəzifələri nələrdir? - ARAŞDIRMA
Tarix 12.02.26, 16:46 |
|
Vergi öhdəliklərinin düzgün və vaxtında icrası həm dövlət büdcəsinin formalaşması, həm də sahibkarlıq mühitində şəffaflığın təmin olunması baxımından xüsusi əhəmiyyət daşıyır.
Bu prosesdə mühüm mexanizmlərdən biri də vergi agentidir. Vergi agentləri bir tərəfdən vergi ödəyiciləri ilə dövlət arasında vasitəçi rolunu oynayır, digər tərəfdən isə vergilərin hesablanması, tutulması və büdcəyə köçürülməsi funksiyasını yerinə yetirərək vergi inzibatçılığının səmərəliliyini artırırlar.
Son illər xüsusilə sahibkarlıq subyektləri və fiziki şəxslər üçün inzibati prosedurların sadələşdirilməsi fonunda vergi agentlərinin fəaliyyətinə maraq artıb. Bu mexanizm həm əmək münasibətlərində, həm də mənzillərin kirayə verilməsi kimi gündəlik iqtisadi münasibətlərdə praktik əhəmiyyət kəsb edir. Bu baxımdan, vergi agentinin hüquqi statusu, səlahiyyətləri və məsuliyyəti ilə bağlı məsələlər xüsusi maraq doğurur.
Vergi agenti kimdir, onun hüquq və vəzifələri nədən ibarətdir və vətəndaşlar bu xidmətdən necə yararlana bilər?

Dövlət Vergi Xidmətindən Azərtac-ın sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən, vergi agenti — vergini hesablamağa, onu vergi ödəyicisindən tutmağa və təyinatı üzrə dövlət büdcəsinə köçürməyə borclu olan şəxsdir.
“Son zamanlar inzibatçılıqla bağlı proseslərin sadələşdirilməsi və hüquqi təminat üçün bəzi sahibkarlıq subyektləri vergi agentlərinin xidmətlərindən yararlanırlar. Belə ki, vergi agenti müvafiq vergiləri düzgün və vaxtında hesablamaq, onları vergi ödəyicisindən tutmaq və təyinatı üzrə köçürmək, vergi ödəyicilərinə ödənilən gəlirlərin, onlardan tutulan və təyinatı üzrə köçürülən vergilərin uçotunu aparmaq, vergilərin hesablanmasının, tutulmasının və ödənilməsinin düzgünlüyünə nəzarət etmək üçün zəruri sənədləri dövlət vergi orqanlarına vermək, eləcə də Məcəllə ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək hüququna malikdir. Qanunvericilik vergi agentinə vergi ödəyicisi ilə eyni hüquqları tanıyır. Bu institut vətəndaşların vergi öhdəliklərinin icrasına dəstək verərək vergi inzibatçılığının effektivliyini artırır.
Vergi qanunvericiliyi ilə tənzimlənən münasibətlərin iştirakçıları hesab edilən vergi agentləri fəaliyyət prosesində dəqiq hesablama və ödəniş, ayrı-ayrı uçotun aparılması, sənədli təminat və məlumatlandırma öhdəliyi kimi vəzifələrin yerinə yetirilməsinə görə məsuliyyət daşıyırlar”, - deyə cavabda qeyd olunub.
Vergi agenti ilə vergiödəyicisi arasında yaranan mübahisələrin həlli hansı qaydada həyata keçirilir?

Vəkil Roman QaraşovAZƏRTAC-a bildirib ki, vergi agenti ilə vergi ödəyicisi arasında yaranan mübahisələrin həlli Vergi Məcəlləsi ilə müəyyən olunan subyektləri və onların öhdəliklərini dəqiq ayıran yanaşmaya əsaslanır: “Məcəllə vergi qanunvericiliyi ilə tənzimlənən münasibətlərin iştirakçıları sırasında həm vergi ödəyicisini, həm də vergi agentini ayrıca subyekt kimi tanıyır (maddə 10.0.1–10.0.2) və bu, mübahisəyə baxışın əsas xəttini müəyyən edir — mübahisə “kim haqlıdır” mülahizəsi ilə deyil, “hansı hüquqi öhdəlik kimə məxsusdur və necə icra olunub” sualı ilə müəyyənləşir”.
O qeyd edib ki, vergi agentinin rolu da konkret formulla verilir: “O, vergini hesablamağa, vergi ödəyicisindən tutmağa və təyinatı üzrə köçürməyə borcludur (maddə 17.1), həmçinin Məcəllənin müəyyən etdiyi hallarda ödənilməli vergi məbləğini hesablamaq vəzifəsi birbaşa ona həvalə edilə bilər (maddə 82.2): “Buna görə mübahisələrin mərkəzində adətən “hesablama–tutma–köçürmə” zənciri dayanır və hüquqi qiymətləndirmə də məhz bu zəncir üzrə aparılır. Məcəllə agentin vəzifələrini açıq şəkildə sadalayır: vergiləri düzgün və vaxtında hesablamaq, tutmaq və köçürmək (maddə 17.3.1), hər vergiödəyicisi üzrə ayrıca uçot aparmaq (maddə 17.3.2), nəzarət üçün zəruri sənədləri vergi orqanlarına təqdim etmək (maddə 17.3.3). Əgər verginin tutulması mümkün deyilsə, agent bu barədə və vergi ödəyicisinin vergi borcunun məbləği barədə 30 gün müddətində yazılı məlumat verməlidir (maddə 17.3.4).
Deməli, mübahisənin həlli də sadə və aydın ardıcıllıqla qurulur - agent hesablamanı düzgün aparıbmı, tutma qanuni əsaslarla və vaxtında edilibmi, köçürmə təyinatı üzrə həyata keçirilibmi, tutulma mümkün deyildisə, məlumatlandırma öhdəliyi vaxtında icra olunubmu — hüquqi nəticə məhz bu sualların cavabı əsasında formalaşır”.

Vergi agenti tərəfindən səhvən hesablanan və ya tutulmayan vergilərlə bağlı yaranan mübahisələrdə kim cavabdeh sayılır?
R.Qaraşov vurğulayıb ki, vergi agenti tərəfindən səhvən hesablanan və ya tutulmayan vergilərlə bağlı mübahisələrdə cavabdehlik, Məcəllənin birbaşa qoyduğu öhdəliyin kimdə olmasına görə müəyyən edilir.
“Vergi agenti vergini hesablamaq, onu vergiödəyicisindən tutmaq və təyinatı üzrə köçürmək borcu daşıyır və bu borcun “praktik məzmunu” agentin vergiləri düzgün və vaxtında hesablamaq, tutmaq və köçürmək vəzifəsi kimi konkretləşdirilir. Bu səbəbdən yanlış hesablamaya yol verilməsi, tutmanın aparılmaması və ya köçürmənin icra edilməməsi hüquqi baxımdan agentin öz vəzifəsini lazımi qaydada yerinə yetirməməsi kimi qiymətləndirilir və Məcəllə belə hallarda agentin məsuliyyət daşıdığını açıq şəkildə təsbit edir (maddə 17.4). Bununla yanaşı, Məcəllə xüsusi bir vəziyyəti də nəzərə alır: əgər agentin vəzifələrinin icra edilməməsi və ya lazımınca icra edilməməsi onun birbaşa və ya dolayı tabe olduğu şəxsin təqsiri ilə bağlıdırsa, həmin şəxs də qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıya bilər (maddə 17.5).
Eyni zamanda, burada vacib bir prinsip mütləq qeyd olunmalıdır: vergiödəyicisinin və ya vergi agentinin pozuntuya görə məsuliyyətə cəlb edilməsi onları vergi öhdəliklərini icra etməkdən azad etmir (maddə 53.7). Yəni, agentin pozuntuya görə cavabdeh sayılması, öhdəliyin icrası məsələsini avtomatik aradan qaldırmır, sadəcə pozuntunun hüquqi məsuliyyət daşıyıcısını göstərir. Bu baxımdan düzgün hüquqi nəticə iki xətt üzrə ifadə olunur: pozuntuya görə ilkin cavabdehlik əsasən vergi agentində formalaşır (maddə 17.4; zəruri hallarda 17.5), vergi öhdəliyinin icrası isə məsuliyyət tədbiri tətbiq olunsa belə qüvvədə qalır (maddə 53.7)”, - deyə vəkil R.Qaraşov qeyd edib.
Mənzilin kirayə verilməsi zamanı vergi agenti qismində kimlər çıxış edə bilər və onların vergi öhdəliyi nədən ibarətdir?
Auditor, vergi məsələləri üzrə ekspert Mehdi BabayevAZƏRTAC-a açıqlamasında bildirib ki, yaşayış sahələrinin, yəni mənzillərin kirayə verilməsi zamanı agent rolunda həm hüquqi şəxslər, həm də fərdi sahibkarlar vergi agenti ola bilərlər.
Burada əsas məsələ yaşayış sahəsindən istifadə ilə bağlı bağlanılan müqavilənin icarə deyil, kirayə müqaviləsi olmasıdır ki, ödəmə mənbəyindən 14 faiz deyil, 10 faiz vergi tutulsun.
“Biz kirayə müqaviləsi və icarə müqaviləsi anlayışlarını bir-birindən ayırmalıyıq. Mülki Məcəllədə icarə müqaviləsi barədə göstərilir ki, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir (maddə 700.1). Lakin mənzilin istifadəyə götürülməsi hər hansı bəhər və ya gəlir götürmək məqsədi (sahibkarlıq məqsədilə istifadə) güdmədiyinə görə, belə istifadə müqaviləsi kirayə müqaviləsidir. Adətən kirayə müqaviləsi yaşamaq və kommunal məqsədlər üçün bağlanılır.
Hüquqi şəxslər, yəni müəssisələr, fərdi sahibkarlar öz işçilərinin yaşaması məqsədilə vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxslə, yəni mənzil sahibi ilə kirayə müqaviləsi bağlamaqla da vergi agenti ola bilərlər”,- deyə M.Babayev bildirib.
Onun sözlərinə görə, hətta daşınmaz əmlakın kirayəyə verilməsində vasitəçilik edən agentliklər də vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxsin, yəni bir sakinin mənzilini kirayəyə götürən fiziki şəxsə (məsələn, tələbəyə, bir ailəyə) yaşamaq üçün istifadəyə verilməsini öz adından rəsmiləşdirib, müəyyən bir xidmət haqqı qarşılığında vergi agenti rolunda çıxış edə bilər: “Belə halda vergi agenti rolunda çıxış edən hüquqi şəxs və ya fərdi sahibkar ödəmə mənbəyindən - kirayə haqqından 10 faiz vergi tutmalı və dövlət büdcəsinə ödəməlidir”.

“İnkişaf etmiş ölkələrlə müqayisədə hələlik Azərbaycanda vergi agentləri çox da aktiv deyillər”
Milli Məclisin deputatı, iqtisadçı-ekspert Vüqar BayramovAZƏRTAC-a bildirib ki, vergi qanunvericiliyinə əsasən və dünya praktikasında vergi agentləri vergilərin hesablanmasına və ödənilməsinə məsul olan şəxslərdir.
“Bəzi hallarda vergi agentləri işə götürən kimi fəaliyyət göstərirlər, yəni onlar işçinin vergisini ödəyirlər. Təbii ki, bəzi hallarda vergi agenti vergi ödəyicisi ilə eyni hüquqa malikdir. Vergi agentinin əsas vəzifə funksiyası vergiləri düzgün və vaxtında hesablamaq, təyinatı üzrə köçürməkdir. Təbii ki, burada uçotun aparılması, lazımi sənədlərin hazırlanması, o cümlədən hesabatların təqdim olunması da vergi agentinin funksiyasına daxildir”, - deyə V.Bayramov bildirib.
Onun sözlərinə görə, inkişaf etmiş ölkələrdə vergi agenti kimi həm hüquqi, həm də fiziki şəxslər çıxış edirlər: “Həmin ölkələrdə bəzi hallarda şirkətlər və sahibkarlıq subyektləri vergi agentlərinin xidmətlərindən istifadə edirlər. Onlar ayrıca mühasibatlıq, maliyyə şöbəsi saxlamaqda maraqlı olmurlar və vergi agentləri ilə müqavilə bağlayırlar. Müqaviləyə uyğun olaraq, vergi agentləri həmin sahibkarlıq subyektinin vergilərinin hesablanmasını və ödənilməsini həyata keçirir.
Azərbaycanda da təbii ki, bu funksiya və əməkdaşlıq tətbiq olunur. Ancaq etiraf etmək lazımdır ki, inkişaf etmiş ölkələrlə müqayisədə hələlik Azərbaycanda vergi agentləri çox da aktiv deyillər. Xüsusən də mikro, kiçik, orta sahibkarlar üçün vergi agentlərinin xidmətindən istifadə olunması məqsədəuyğun olar. Çünki bu halda həmin sahibkarlıq subyektləri müəyyən xərclərə qənaət etmiş olar və bu, imkan verər ki, məhz vergilərin vaxtında, doğru hesablanaraq ödənilməsi həyata keçirilsin. Bu kontekstdən, vergi agentləri və onların xidmətindən istifadə edilməsi mexanizminin genişləndirilməsi və tətbiqi məqsədəuyğun olar”.
Xəbərin oxunma sayı : 139
Sosial
Xəbərlər
-
İnstaqramda bu gün nələr paylaşıldı? - FOTOLAR
-
Azərbaycan klublarının qış transferləri - Kim gəlir, kim gedir?
-
Milyonluq əmlak satışı və gizli sövdələşmələr: Avropa Komissiyasında nə baş verir?
-
Saleh Məmmədovdan sonra ATF MMC çökə bilər - Muradov qardaşları çətin durumda
-
Elmi-Tədqiqat Kardiologiya İnstitutunun həyəti niyə bu vəziyyətdədir? - VİDEO
-
Mehdiyev hələ də AMEA-nın həqiqi üzvü saxlanılır - Həbibbəyli məzuniyyətə gedib
-
Gözəllik salonunun rəhbəri bloggerlərin 250 min manatını mənimsəyib? - VİDEO
-
İşsiz qalan bu şəxslərə sığorta pulu ödəniləcək...- AÇIQLAMA
-
“Şamaxinka”da tıxac problemi kökündən həll edilir - YENİ LAYİHƏ
-
“Mercedes“in gəlirləri iki dəfə azaldı - Məşhur brend səbəbləri açıqladı
-
Kamran Əsədovun məhkəməsində şahidlər danışdı: “Məndən 3 min manat istəmişdilər“
-
Sabah Bakı və bəzi bölgələrdə külək güclənəcək - SARI XƏBƏRDARLIQ
-
Eşidə və danışa bilməyən qadına təcavüz etdilər - TƏFƏRRÜAT
-
Naxçıvanda bu yüksək vəzifə ləğv edildi - RƏSMİ
-
Bağ evində meyiti tapılan Rəşad Əliyev yüksək vəzifələrdə çalışıbmış - FOTO
-
Almaniyada yeni qalmaqal: Merts tənbəllik etməməyə çağırdı, vətəndaşlar qəzəbləndilər
-
Nazir bu Mərkəzlərin direktorlarını işdən çıxardı - Yeni təyinatlar
-
Əmək qabiliyyətini itirənlərə müavinət - Tam ödəniləcək
-
Mehdiyevin Rusiyaya zəng edib danışdığı qadının kimliyi məlum olub - Şok detallar
-
Son 14 ildə AÇG yatağında neft hasilatı 2 dəfədən çox azalıb - İllər üzrə hasilat
-
“Nar”ın “Çoox Şanslı” lotereyası möhtəşəm finalla yekunlaşdı - “Li L9 Ultra” sahibini tapdı
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Vergi agenti kimdir və vəzifələri nələrdir? - ARAŞDIRMA
-
Prezident bu hərbçilərə medallar verdi - SİYAHI
-
Dövlət Vergi Xidmətinin işçiləri təltif edildi - Sərəncam
-
Mağazalardan qızıl oğurlayan qadın saxlanıldı - VİDEO
-
Ramiz Mehdiyev işində adı hallanan “Şərq-Qərb”... - Haqqında nə deyilir?
-
Vens Bakıya səfərindən kadrlar paylaşdı - VİDEO
-
“Salt Hotel“də oğurluq: Bir müştəri digərinin telefonunu və pulunu aparıb
-
Bu müəssisələrdə yaşayanlara hər gün 10 manatlıq yemək veriləcək - Müqavilə
-
Fermerlərə subsidiya ödənişlərinə start verilir - AÇIQLAMA
-
Əli Kərimli Azərbaycanı KTMT-yə üzv edəcəyini vəd edib - Qənimət Zahidin səs yazısı + VİDEO
-
Kim Çen Inın qızı rəsmən varis elan edilir? - Kəşfiyyatdan şok açıqlama
-
Mehdiyevin xarici xüsusi xidmət orqanları ilə danışıqları yayıldı - VİDEO
-
Qənimət Zahid və Fuad Qəhrəmanlı nədə günahlandırılır? - Rəsmi açıqlama
-
Sabah havanın temperaturu 18 dərəcəyədək yüksələcək - PROQNOZ
-
Mehdiyevin evindən 17 milyon çıxıb - Əməliyyat görüntüləri + VİDEO
-
“Ermənistanın ABŞ nüvə texnologiyasını seçməsi Rusiyada suallar yaradıb“ - Zaxarova
-
DTX Ramiz Mehdiyev, Abbas Abbasov, Əli Kərimli və digərləri barədə məlumat yaydı - VİDEO
-
“Elm və Təhsil Fondu“nun qrant müsabiqəsinin qalibləri - SİYAHI
-
Azərbaycanda ötən il ət məhsulları bu qədər bahalaşıb - STATİSTİKA
-
Mask işə qəbul prosesini açıqladı - Ənənəvi üsuldan istifadə edir
-
“Vüsal 300“ yenə köhnə ampulasında - Yüksək faiz, qanunsuz lizinq
-
Qaradağda Mədəniyyət Mərkəzi uşaq bağçasına çevrilib - FOTO
-
“ABŞ-nin hərbi müdaxiləsi çətin ki, İranda hakimiyyət dəyişikliyinə gətirib çıxarsın“ - Hakan Fidan
-
Pensiya kapitalı nə qədər artırıldı? - Depurtat rəqəmləri açıqladı
-
Nazir “qoca“ ləqəbli polkovniki vəzifəsindən azad etdi - FOTO
-
Azərbaycanda pasportu olan qoyunların sayı azalıb - SİYAHI
-
Cəlilabadda güclü qar: Ağac aşdı, bir nəfər xilas edildi (VİDEO)
-
“Estetik əməliyyatdan sonra üzüm deformasiyaya uğrayıb” - Video
-
Nəsimi rayonundakı qəzalı evlər söküləcək - Sakinlərə təzminat ödəniləcək?
-
Gültəkin Hacıbəyli Türkiyədən Azərbaycana deportasiya olundu
-
“Araz-Naxçıvan“ Premyer Liqadan gedir? - İDDİA
-
“İran müfəttişlərin nüvə obyektlərinə daxil olmasına icazə verməyə hazırdır“ - Pezeşkian
-
“Qida məhsullarının bahalaşması davam edə bilər“ - VİDEO
-
Azərbaycan-ABŞ iqtisadi münasibətlərinin növbəti mərhələsinin konseptual çərçivəsi
-
Azərbaycan-ABŞ iqtisadi əlaqələri yeni mərhələdə
-
“Eltimin hədiyyəsidir, ailə biznesimizdir“ - Röyanın sözləri diqqət çəkdi
-
Məşhur salonlar şəbəkəsinin rəhbəri bloqerin 150 minini mənimsəyib? - QALMAQAL
-
“Kapital Bank” müştərilərinin kartlarını kütləvi blokladı - Nə baş verir?
-
Ata mülkünə görə xəstə qardaşını amansızlıqla döydü - Məhkəmədə bəraət aldı
-
Bakıda bu ərazidə söküntü başlayır - Yeni tunel tikiləcək + VİDEO
-
ABŞ-la Azərbaycan arasında münasibətlər inkişafdadır
-
NATO “Arctic Sentry“ missiyasına başladığını elan edib - Arktikada mövcudluğunu gücləndirmək üçün
-
İsmayıllı istintaqında əsas sual: icra başçısı həqiqətən xəbərsiz idi?
-
“Burada oxuyan şagird necə yüksək bal toplasın?” - VİDEO
-
ABŞ Meksika və Kanada ilə üçtərəfli ticarət müqaviləsindən çıxa bilər - “Bloomberg“
-
“Nənəmin Təndiri”ni yoxladılar - Nöqsanlar tapıldı
-
Qadınlara qarşı zorakılığa biganə qalmayın! - DİN-dən çağırış - Video
-
Vətəndaşa lazım olan bütün xidmətlər bir ünvandan göstərilməlidir - İlham Əliyev
-
Almaniyada aviasiya böhranı: “Lufthansa“ işçilərinin tətili minlərlə sərnişinə təsir edəcək
-
Sosial şəbəkədə qeyri-etik sözlər işlətdi, həbs olundu - FOTO
-
“Məktəblərdə tədris proqramına müəyyən dəyişikliklər edilməlidir“ - Dövlət başçısı
-
Yüzlərlə məktəb direktorsuz fəaliyyət göstərir: Həll yolu nədir?
-
Fransa yığmasının sabiq futbolçusu Qəbələdə - FOTO
-
Nazirlik Abid Şərifovun qızından ofis icarəyə götürüb - 35 min manata
-
Prezident İlham Əliyev müşavirə keçirdi - FOTO
-
“Verilən sənədlərə imza atmışam...“ - Abasquliyeva ifadə verib
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Hospitalın rəisi vəzifədən azad edilib - Yerinə təyinat oldu
-
Prezident fərman imzaladı - Qrantla bağlı
-
Minlərlə manat ödəndi, sənəd verilmədi - MTK ilə sakinlər üz-üzə
-
Səfər iki ölkə arasındakı yüksəksəviyyəli etimadın və birbaşa liderlik dialoqunun mühüm nəticəsidir
-
Bu məktəblərə yeni direktorlar təyin olundu - ADLAR
-
Kolumbiya Prezidentinə sui-qəsd cəhdi - “Son 2 gündür ölümdən qaçıram”
-
Abşeron rayon Məmmədli kəndində qanunsuz tikintilər - Makler Ceyhun Mirzəyevi hansı məmur himayə edir?
-
Pensiyalar bu tarixdə tam ödəniləcək - 2 ayın artımı ilə birgə
-
Qar yağacaq, yollar buz bağlayacaq... - Sabah şaxta olacaq
-
Xətaidə fərdi yaşayış evləri uçmaq təhlükəsi ilə üz-üzə - VİDEO
-
Türkiyənin iki naziri dəyişdi - Ərdoğandan gözlənilən dəyişiklik
-
“Aİ Macarıstana “açıq müharibə“ elan edib“ - Orban
-
Bakıda kuryeri bıçaqlayıb, qızılları aparan şəxs tutulub - VİDEO
-
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
-
ABŞ vitse-prezidenti Vensin Azərbaycana rəsmi səfəri başa çatıb
-
Bakıda yaşayış binasında yanğın - Sakinlər təxliyə olundu
-
Prezident Ərəb Parlamentinin prezidentini qəbul etdi - FOTOLAR
-
Hava limanı istiqamətində hərəkət məhdudlaşdırılacaq - Bu tarixlərdə
-
Ötən ay Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar - SİYAHI
-
Nəriman ABŞ-da milyonçu olacaq - Maaşı açıqlandı
-
İlhamə Quliyevanın bacısı qızı həbs olundu - 811 min manatlıq dələduzluq
-
Qonşuların ödəmədiyi istliyin haqqının güdazına gedirlər - VİDEO
-
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub göndərdi - MƏTN
-
Azərbaycanda orta aylıq əmək haqqı 9 %-dən çox artıb - RƏSMİ
-
Tramp İranla bağlı sərt danışdı: “Razılığa gəlməsələr...“
-
Əksər ərazilərə yağış, bəzi bölgələrə qar yağır - FAKTİKİ HAVA
-
Vens və xanımı Şəhidlər xiyabanını ziyarət etdi - FOTOLAR
-
Ağsuda niyə kənd məktəbi hasarsızdır? - VİDEO
-
“Qarabağ“ Nərimanı ABŞ klubuna neçəyə satıb? - MƏBLƏĞ
-
Taksi sürücülərinə bildiriş göndərildi - Qiymət bahalaşır?
-
Prezident və xanımı Vens ailəsi ilə - FOTOLAR
-
Bakıda yeni tunel tikiləcək - Daha bir ərazidə söküntü başlayır - Video
-
İnstaqramda bu gün nələr paylaşıldı? - FOTOLAR
-
Azərbaycan klublarının qış transferləri - Kim gəlir, kim gedir?
-
Bakıda bu binanın sakinləri qaz olmadığından evlərində papaq və palto ilə gəzirlər - ŞİKAYƏT
-
İzmirdə FETÖ-yə qarşı əməliyyat -12 nəfər saxlanılıb
-
Salyanda “üstü bəzək, altı təzək“ olan körpü - VİDEO
-
“Minlərlə uşaq bağçaya gedə bilmir” - Fazil Mustafa qanunun icrasını tənqid etdi
-
Xırdalan sakinləri illərdir mənzillərinə çıxarış ala bilmirlər - VİDEO
-
Qobustanda müştərilərin olduğu obyektin qapısını bağlayıb yandırdılar - VİDEO
-
Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalandı - Tam MƏTN
TOP 10
ARXİV






