“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

“Burada oxuyan şagird necə yüksək bal toplasın?” - VİDEO

Tarix 11.02.26, 21:10

Font ölçüsü : - / +
bitmap-img6


Xaçmaz rayon Aslan Aslanov adına Yergüc kənd tam orta məktəbinin qəzalı vəziyyətdə olması ilə bağlı sosial şəbəkədə görüntülər yayılıb.

Həmin kadrları jurnalist Ülkər Qasımqızı feysbukda paylaşıb.

Onun sözlərinə görə, hazırda məktəbdə 392 şagird təhsil alır:

“Bu məktəbdə hansı təhsildən danışa bilərik?

Burada oxuyan şagird necə yüksək bal toplasın? Axı o uşaq soyuqdan sinif otağında otura bilmir”.

Videoda sinif otaqlarından birində odun peçindən istifadə olunduğu aydın görünür:

“Bir o sinifdə odun peçi var…”

Məsələ ilə bağlı Quba-Xaçmaz Regional Təhsil İdarəsindən sorğumuza cavab olaraq bildirilib ki, idarənin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, müasir avadanlıqlarla təmin olunması, yeni məktəb binalarının inşası və mövcud məktəb binalarının əsaslı təmiri idarənin əsas prioritetlərindən biridir:

“Son iki il ərzində Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində olan 67-dən çox məktəbdə cari, 12 məktəbdə isə əsaslı təmir işləri həyata keçirilib. Eyni zamanda, 5 modul tipli məktəb istifadəyə verilmiş, 8 məktəb binası isə tam sökülərək yenidən inşa edilib. Hal-hazırda Quba, Qusar və Şabran rayonlarında yeni məktəb binalarının tikintisi davam edir. Belə ki, Quba rayonu Hacıhüseynli kəndində 528 şagird yerlik məktəb binası, Qusar rayonu Kuzunqışlaq kəndində 220 şagird yerlik məktəb binası, Şabran rayonu Ağalıq kəndində isə 648 şagird yerlik tam orta ümumtəhsil məktəbinin tikintisi aparılır.

Bildiririk ki, Xaçmaz rayonu Aslan Aslanov adına Yergüc kənd tam orta ümumtəhsil məktəbinin mövcud vəziyyətindən xəbərdarıq. Binanın əsaslı təmiri və yenidən tikintisi ilə bağlı məsələ qeydiyyata alınıb. Adıçəkilən təhsil müəssisəsinin tikintisi ilə bağlı layihələndirmə işləri artıq yekunlaşıb.

Qeyd edirik ki, təhsil müəssisələrinin tikinti və təmiri növbəlilik və prioritetlik prinsipi əsasında həyata keçirilir”.





Xəbərin oxunma sayı : 94




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap