“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Nərimanov rayonunda yerləşən obyektdə yanğın olub - VİDEO

Tarix 27.01.26, 9:06

Font ölçüsü : - / +
bitmap-img6


Paytaxtın Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində yerləşən obyektdə yanğın baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə məlumat daxil olub.

Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunub.
“Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı ümumi sahəsi 560kv.m. olan istilik sistemləri satışı ilə məşğul olan dördmərtəbəli obyektin mansard hissəsində yanğın baş verdiyi və havanın küləkli olması səbəbindən yayılma riskinin yüksək olduğu müəyyən edilib.

Yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənməsinə, o cümlədən digər mərtəbələrə və bitişik yerləşən obyektlərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində obyektin mansardının yanar konstruksiyaları və rəflərə yığılmış santexnika malları 80kv.m. sahədə yanıb.

Obyektin böyük hissəsi və bitişik obyektlər yanğından mühafizə olunub.
Xəsarət alan olmayıb”, - məlumatda deyilir.




Xəbərin oxunma sayı : 217




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap