“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

NATO-nun Baş katibindən Avropa İttifaqına çağırış - ABŞ-dən asılılığı azaldın

Tarix 26.01.26, 23:08

Font ölçüsü : - / +
bitmap-img6

NATO-nun Baş katibindən Avropa İttifaqına çağırış - ABŞ-dən asılılığı azaldın

Baxiş sayı: 205
Dərc olunub: 26/01/2026 - 21:07
Bölmə: Xəbər lenti
Avropa dövlətləri müdafiə sənayesinin inkişafını əhəmiyyətli dərəcədə sürətləndirməli və bununla da təhlükəsizliyin təmin edilməsinə öz töhfələrini artırmalıdır. Çünki ABŞ-nin dəstək dövrü başa çatır.


"Report"un Avropa bürosu xəbər verir ki, bunu NATO-nun Baş katibi Mark Rütte Avropa Parlamentinin xarici işlər, müdafiə və təhlükəsizlik komitələrinin üzvləri ilə görüşdə deyib.

O, NATO-nun Haaqada keçirilmiş sammitində ölkələrin müdafiə xərclərini 2035-ci ilə qədər ÜDM-in 5%-nə çatdırmaq barədə razılaşdıqlarını da xatırladıb: "Bu, çətin, lakin qaçılmaz vəzifədir. Biz bunu etməliyik və tez yerinə yetirməliyik. ABŞ-nin bizim təhlükəsizliyimizlə bağlı məsuliyyətin böyük hissəsini öz üzərinə götürdüyü dövr keçib".

M.Rütte bildirib ki, Avropa müdafiəsinin gücləndirilməsi alyansın iyulda Ankarada keçiriləcək sammiti ərəfəsində NATO-nun mütləq prioriteti olmalıdır: "Avropa müdafiə sənayesi hələ ki öz ehtiyacları, o cümlədən Ukraynanın dəstəklənməsi üçün kifayət qədər silah istehsal etmək iqtidarında deyil".

NATO-nun Baş katibi ABŞ silahlarının tədarükü olmadan Avropanın hərbi balansı saxlaya bilməyəcəyini də etiraf edib: "ABŞ silahları davamlı olmasa, Ukrayna, sözün əsl mənasında, mübarizəni davam etdirə bilməyəcək".


M.Rütte, həmçinin, Rusiya, Çin, İran və Şimali Koreya arasında koordinasiyanın güclənməsinə də diqqət yetirib, onları NATO və Aİ üçün artan çağırış adlandırıb. Lakin Qərb müttəfiqlərinin əməkdaşlıq və inteqrasiya səviyyəsinə görə bu bloku hələ ki xeyli üstələdiyini vurğulayıb.



Xəbərin oxunma sayı : 631




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap