“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Bakıda qadın kirayə götürdüyü mənzili başqasına satdı - MƏHKƏMƏ

Tarix 26.01.26, 19:07

Font ölçüsü : - / +
bitmap-img6


Külli miqdarda ziyan vurmaqla dələduzluqda ittiham olunan Maya Mustafayevanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hafiz Kamranovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Maya Mustafayevanın səkkiz il müddətinə azadlıqdan məhrum edilməsini məhkəməyə təklif edib.

Zaman məhdudiyyətindən vəkillər çıxış üçün vaxt istəyiblər. Növbəti proses fevralın 9-na təyin olunub.

İttihama görə, Maya Mustafayeva 2023-cü ilin sentyabrında Bakı sakini Şəmşad Mikayılovu mənzil satışı adı ilə aldadıb. M.Mustafayeva onu iş yoldaşı Həzrət Qələndərli ilə tanış edib. Həzrət Maya vasitəsilə özü və qohumlarının münasib qiymətə ev aldığını deyərək Şəmşad Mikayılovu inandırıb. Onlar birlikdə Yasamal rayonu, MİDA-2 (Mənzil İnşaatı Dövlət Agentliyi) yaşayış kompleksindəki mənzilə baxıblar. Maya Mustafayeva evə görə 17 min manat ilkin ödəniş tələb edib. Bundan sonra sənədləri onun adına keçirəcəyinə vəd verib.

Əvvəlcə onun kart hesabına dörd min manat göndərilib. Daha sonra Maya qalan pulu tələb edərək verilməyəcəyi təqdirdə həmin məbləğin də batacağını bildirib. Bundan sonra Şəmşad Mikayılov Sabunçuda olan evini 12 min manata sataraq pulu Mayaya verib. Amma vəd olunan kimi evin sənədləri təqdim edilməyib. Maya Şəmşadı aldatmaqda davam edib. Nə bankla müqavilə bağlanıb, nə də evin sənədləri təqdim olunub.

Sonradan məlum olub ki, həmin evin sahibi Gülrza Əliyevdir və Maya bu mənzili ondan kirayəyə götürüb. Bu barədə notarial qaydada müqavilə də mövcud olub. Şəmşad Mikayılov Daxili İşlər Nazirliyinə müraciət etdikdən sonra Maya Mustafayeva tutulub. O, iltizamla öhdəlik götürüb ki, 10 günə pulu qaytaracaq. Amma bu vəd də yerinə yetirilməyib. Maya Mustafayeva telefon nömrəsini dəyişib və onunla əlaqə saxlamaq mümkün olmayıb.

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri nəticəsində Maya Mustafayevanın gizləndiyi ünvan müəyyən olunub və o tutularaq istintaqa təhvil verilib. Maya Mustafayevaya Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.



Xəbərin oxunma sayı : 406




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap