“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Bələdiyyə sənədi ilə ev tikənlərə şad xəbər - VİDEO

Tarix 11.01.26, 23:56

Font ölçüsü : - / +
bitmap-img6


Bələdiyyə sənədi ilə alınan torpaq sahələrindəki tiklilərə çıxarış almaq mümkün olacaq.

Xezerxeber.az-ın xəbərin görə, əmlak məsələləri üzrə ekspertlər hesab edirlər ki, Bakıda və Abşeron yarmadasında təqribi 300-500 min sənədsiz ev var ki, bunlar da əsasən bələdiyyə və qeyri yaşayış sahəsi üçün nəzərdə tutulan torpaq sahələrində vaxtı ilə tikilən evlərdir.

Ekspert Ramil Osmanlı deyir ki, sənədsiz evlərin leqallaşdırılması bir mərhələdən ibarət deyil. Proses əsasən torpaq sahəsinin hüquqi statusundan asılı olaraq dəyişir. Ekspert deyir ki, bəzi hallarda torpaq sahəsinin yenidən bələdiyyədən alınması zərurəti yaranır ki, bu da əlavə maliyyə öhdəlikləri deməkdir.

Ekspert deyir ki, praktikada bu məbləğ bəzən 3500-4000 manata qədər arta bilir. Amma torpaq sahəsi artıq hüquqi baxımdan problem yaratmırsa və yalnız özbaşına tikilinin ilkin qeydiyyatı aparılırsa, xərclər nisbətən azalır. Bu halda əsas ödənişlər texniki pasport və çıxarışın alınması ilə bağlı olur.

Burada da orta hesabla çıxarış üçün rüsum və xidmət haqları 200 manata qədər, texniki pasport isə 200-300 manat təşkil edir. Ekspert deyir ki, ümumilikdə, ölçülərdən asılıdır, amma xərclər təqribən 500-1000 manat aralığında olur.






Xəbərin oxunma sayı : 436




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap