“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

AZAL-da bitməyən problemlər - Şirkət nəyi gizlədir, yenə dotasiya?

Tarix 10.01.26, 19:35

Font ölçüsü : - / +
bitmap-img6


Ötən gün Bakıdan Naxçıvana və Naxçıvandan Bakıya həyata keçirilən uçuşlarda gecikmələrin olduğunu sərnişinlər arasında bir daha narazılıqlar yaradıb...

Əslində bu, sərnişinlər üçün artıq adi hala çevrilmiş bir problemdir və mütəmadi ictimai narazılıq doğurur. Təbii ki, həmişə olduğu kimi, bu problem də AZAL-ın ən aşağı mətbuat xidmətinin əməkdaşları tərəfindən şablon olaraq hava şəraiti və dolayı problemləri əsas gətirilməklə məhz reklamlarından yararlanan xəbər kanalları vasitəsilə ört-basdır edilir. Bir cümlə, bir fikir ilə bütün problemləri həll etmiş hesab edirlər. Çünki AZAL kimi şirkətlər üçün müştəri məmnuniyyəti, sistemli xidmət və sair hallar görüntü naminədir. 

Amma AZAl-ın öz yaxın medasına nə deməsindən asılı olmayaraq, məsələ təkcə bir günün və ya bir reysin gecikməsi deyil. Lakin, problem daha dərin və illərdir həllini tapmayan sistemsizlikdir. 

Bakı-Naxçıvan xətti: strateji marşrut, yoxsa xroniki xaos?.. 

Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın əsas hissəsi arasında alternativ quru yolunun məhdudluğu bu istiqamətdə aviareysləri strateji əhəmiyyətli nəqliyyat xəttinə çevirib.

Buna baxmayaraq, Bakı–Naxçıvan marşrutu illərdir gecikmələrlə, bilet çatışmazlığı ilə, reyslərin son anda dəyişdirilməsi, sərnişinlərin saatlarla hava limanlarında gözlədilməsi ilə yadda qalır. Bu problemlər tək-tük texniki nasazlıq yox, davamlı xarakter alan idarəetmə boşluğudur.

Maraqlı paradoks ondadır ki, AZAL dünyanın ən bahalı aviaşirkətlərindən biri kimi tanınır, baqaj qiymətlərinin bahalığına görə MDB ölkələri arasında lider mövqedədir, daxili və beynəlxalq reyslərdə yüksək tarif siyasəti yürüdür. Hər halda özlərini belə göstərirlər... 

Buna baxmayaraq, “Azərbaycan Hava Yolları” QSC, yəni məhşur AZAL uzun illərdir dövlət dotasiyası ilə yaşayır. Hər il AZAL dövlət büdcəsindən subsidiya alır. Məsələn, 2025-ci il üçün AZAL-a təxminən 5,9 milyon manat subsidiya ayrılıb. Bu da 2024-lə müqayisədə təxminən 18.9% artım demək idi. Ona görə ki, şirkət özünü daha bazarda daha rahat hiss etsin, inkişaf etsin və zaman-zaman fəaliyyətini tənzimləsin. Amma bu dotasiya düz 30 ildir ayrılır və hələ də ölkədaxili adi Bakı-Naxçıvan reysi sistemlənə bilmir. 

Təsəvvür edin, bahalı bilet satılırsa, əlavə xidmətlər rekord qiymətlərlə təklif olunursa, niyə şirkət özünü maliyyə baxımından təmin edə bilmir? Axı bir daha təkrar edirik, şirkətin hesabatlarında hər şeyin əla olduğu, uçuşların sayının artdığı, inkişafın olduğunu deyən AZAL rəhbərliyi niyə hələ də naxçıvana reysləri tənzimləyə bilmir?

Ümumi problemlər və dotasiya ...

Bakı–Naxçıvan reyslərində mütəmadi yaşanan problemlər təsadüfi görünmür. Çünki əvvəlki illərdə də AZAL bu istiqamətdə uçuşların çətinliyini, marşrutun xüsusi statusunu, maliyyə yükünü əsas gətirərək dövlətdən dotasiyanın artırılmasını tələb edib. Bu baxımdan indiki gecikmələr və sistemsizlik istər-istəməz belə bir sual doğurur, bu vəziyyət yenidən dotasiyanın artırılması üçün arqument rolunu oynamır ki?

AZAL-ın rəsmi hesabatlarına nəzər saldıqda isə tam fərqli tablo ortaya çıxır: Uçuşların sayı artıb, sərnişin axını yüksəlib, idarəetmə sistemli şəkildə quruldub, aviaparklar yenilənib.Əgər bütün bunlar doğrudursa, onda problem nədir? 

Bakı–Naxçıvan kimi əsas marşrut niyə illərdir problemli qalır?

Şirkət niyə dövlətə qazandırmaq bir yana, öz maliyyə dayanıqlığını belə qura bilmir?

Rəsmi statistikalarla sərnişinlərin yaşadığı reallıq niyə üst-üstə düşmür?

Ortaya çıxan ziddiyyətlər AZAL-ın maliyyə və idarəetmə mexanizmlərinə ciddi suallar yaradır. Bahalı tariflər, yüksək baqaj ödənişləri, artan uçuş sayı, müsbət rəsmi hesabatlar. Bütün bunlara baxmayaraq, şirkət hələ də dotasiyadan asılı vəziyyətdədir. Bu isə artıq təsadüf ola bilməz.

Qeyd edək ki, AZAL “Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)” publik hüquqi şəxsin tabeliyində fəaliyyət göstərən şirkətdir. AZCON Holdinq Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tərkibində yaradılıb və Müşahidə Şurasının sədri nazir Rəşad Nəbiyevdir. AZCON Holdinqin icraçı direktoru isə Şahin Babayev, AZAL-ın prezidenti isə Samir Musa oğlu Rzayevdir. (Bizimesr.az)



Xəbərin oxunma sayı : 391




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap