“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

Ağdamın Kəngərli kəndində çəkilən görüntünün reallığı - VİDEO

Tarix 29.12.25, 21:42

Font ölçüsü : - / +
bitmap-img6


Divara bitişik yandırılan manqal izolyasiya üçün nəzərdə tutulan materialı deformasiya edib.

Xezerxeber.az xəbər verir ki, son günlər sosial şəbəkələrdə Ağdam rayonunun Kəngərli kəndində məskunlaşan bir sakinin paylaşdığı görüntülər müzakirələrə səbəb olub. Həmin görüntülərdə guya yaşayış evlərinin fasadında yanğına səbəb ola biləcək materiallardan istifadə edildiyi iddia olunur.

Məsələ ilə bağlı əməkdaşlarımız Kəngərli kəndində olub, yayılan iddiaları yerində araşdırıblar. Görüntüləri paylaşan şəxsin evdə olmadığı bildirilsə dəi  Ev sahibinin atası Vəli Rüstəmov  yaşayış şəraitindən narazılıqlarının olmadığını qeyd edib.

Hadisənin baş verdiyi əraziyə baxış zamanı isə məlum olub ki, yanğın evin fasad örtüyündən deyil, divara bitişik şəkildə yandırılan manqaldan yayılıb. Ərazidə plastik əşyaların və taxta materialların yanaraq zərər gördüyü müşahidə olunub.

Daha sonra isə kənd boyunca sakinlərlə həmsöhbət olduq. Yaşadıqları evlərində onlar üçün yaradılan şəraitlə maraqlandıq.

Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, `video yayılan kimi, dərhal həmin ev nəzarətə götürülüb və araşdırmalara başlanıb.

Nazirliyin Dövlət Yanğın Nəzarəti Xidmətinin rəis müavini Cəmil Xudiyevin sözlərinə görə, fasaddakı üzlüyün tez yanması iddiası əsassızdır.

Rəis müavini onu da əlavə etdi ki, bu material alova davamlı olduğu üçün yanmayıb, sadəcə yüksək temperaturdan əriyib. İctimaiyyət yalnız rəsmi mənbələrə inanmalıdır.






Xəbərin oxunma sayı : 589




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap