“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

Azərbaycana bal idxalı azalıb: Hansı ölkələrdən gətirilir?

Tarix 23.12.25, 9:00

Font ölçüsü : - / +
bitmap-img6


2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycana ümumi dəyəri 477.71 min ABŞ dolları olan 85.32 ton təbii bal idxal olunub.

AzFakt.com rəsmi statistikaya istinadən xəbər verir ki, ötən ilin müvafiq dövründə ölkəmizə 114.12 ton bal idxal olunmuşdu. Onun ixrac dəyəri 649.18 min dollar təşkil etmişdi.

Bu ilin 10 ayı ərzində isə Azərbaycandan 21 min dollar dəyərində 600 kq təbii bal ixrac olunub. "Duty free" mağazalarında satıldığı üçün həmin məhsulun hansı ölkəyə getdiyini təyin etmək mümkün olmayıb.

İdxal olunan təbii balın əsas hissəsi Türkiyə, Ukrayna, Rusiya və Gürcüstanın payına düşüb. Belə ki, Türkiyədən 22.55 ton (128.06 min dollar), Ukraynadan 20.16 ton (100.78 min dollar), Rusiyadan 15.74 ton (78.7 min dollar), Gürcüstandan isə 8.79 ton (43.95 min dollar) təbii bal gətirilib. Eyni zamanda, Belarus, İran, Almaniya, Fransa, İspaniya, Avstriya, İtaliya, Macarıstan, Qırğızıstan, Meksika və Böyük Britaniyadan da az həcmdə idxal qeydə alınıb.



Xəbərin oxunma sayı : 247




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap