“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

Sadələşdirilmiş dövriyyə artırılır, vergi azaldılır - Qiymətlər də azalacaqmı?

Tarix 22.12.25, 14:41

Font ölçüsü : - / +
bitmap-img6


“Vergi Məcəlləsində” qəbul edilən və gələn il yanvarın 1-dən qüvvəyə minəcəyi gözlənilən dəyişikliklərə əsasən, pərakəndə ticarət və əhaliyə xidmət sahələrində nağdsız dövriyyə üzrə ƏDV qeydiyyat limiti 200 min manatdan 400 min manatadək artırılacaq. Bununla da, vergi ödəyicisinin pərakəndə ticarət və xidmətlər üzrə nağdsız qaydada POS-terminal vasitəsilə aparılan ödəmələr əsasında formalaşan dövriyyəsi 0,5 əmsal tətbiq edilməklə nəzərə alınacaq”.

AzFakt.com bildirir ki, bu barədə iqtisadçı deputat Vüqar Bayramov “Facebook” hesabında yazıb.

Bu o deməkdir ki, gələn ildən etibarən sadələşdirilmiş vergi dövriyyəsinin 2 dəfə artırılması nəzərdə tutulur. Sadə dildə izah etsək, əgər hazırda 12 aylıq ardıcıl dövriyyəsi 200 min manatdan çox olan sahibkarlar 18.0 faiz əlavə dəyər vergisi (ƏDV) ödəyirlərsə, gələn aydan etibarən 400 min manatədək sadələşdirilmiş vergi ödəyəcəklər. Yəni, onların dövriyyəsi 200 min manatı keçsə də belə, 400 min manatdan az olduğu halda ƏDV ödəməyəcəklər. Deputat bildirib ki, bu isə mikro sahibkarların vergi yükünün azalmasına gətirib çıxaracaq.

İqtisadçı qeyd edib ki, sadələşdirilmiş vergi əhaliyə göstərilən xidmətlər üzrə nağdsız qaydada POS-terminal vasitəsilə aparılan ödəmələr əsasında formalaşan vergitutma obyekti üzrə isə 2026-cı il yanvarın 1-dən 3 il müddətinə 6 faiz dərəcə ilə hesablanacaq. Beləliklə, sadələşdirilmiş vergi dərəcəsi 8%-dən 6%-ə endiriləcək. Nağdsız ödəmələr nəzarət-kassa aparatına vahid əməliyyat sistemində inteqrasiya edilmiş POS-terminal vasitəsilə aparılmalıdır.

V.Bayramov hesab edir ki, pərakəndə ticarət və əhaliyə xidmət sektorunda tətbiq edilən yeni güzəştlər sahibkarların xərclərini azaldacaq. Bu isə onların qiymət azalmalarına getmələri üçün də iqtisadi əsas yaradır.

“Qiymətlərin necə dəyişəcəyi isə, təbii ki, sahibkarların qərarlarından asılı olacaq”, - deputat bildirib.



Xəbərin oxunma sayı : 121




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap