“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

Metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalında azalma qeydə alınıb - STATİSTİKA

Tarix 13.12.25, 15:23

Font ölçüsü : - / +
bitmap-img6


Cari ilin yanvar-noyabr aylarında metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində ümumilikdə 1 milyard 174.2 milyon manatlıq məhsul istehsal olunub. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə metallurgiya sənayesi məhsullarının istehsalında 8.6 faiz, hazır metal məmulatlarının istehsalı sahəsində isə 9.7 faiz azalma müşahidə edilib.

AzFakt.com rəsmi statistikaya istinadən xəbər verir ki, hesabat dövründə metallurgiya sənayesi üzrə armatur istehsalı 15.4 faiz, poladtökmə istehsalı 16.3 faiz, mis məftil istehsalı isə 92.7 faiz azalıb. Hazır metal məmulatlarının istehsalı sahəsində metaldan sair məmulatların istehsalında da 28.1 faiz geriləmə qeydə alınıb.

2025-ci ilin yanvar-noyabr aylarında poladtökmə istehsalı 270.6 min ton olub ki, bu da illik müqayisədə 16.3 faiz azdır. Armatur istehsalı 335.3 min ton təşkil edərək 15.4 faiz azalıb. Polad boruların istehsalı 199 min ton olub ki, bu əvvəlki ilə nisbətən 2.1 dəfə çoxdur.

Eyni zamanda, emal edilməmiş qurğuşun, alüminium, sink, nikel və digər metalların istehsalı 34.3 min ton təşkil edib ki, bu da 73.2 faiz artım deməkdir. Alüminium məmulatlarının istehsalı 44 min 478.1 ton olub və 22.8 faiz azalıb. Mis məftil istehsalı isə kəskin azalaraq 35.6 (92.7 faiz) ton təşkil edib.

Hazır metal məmulatları sahəsində metaldan konstruksiyaların istehsalı 22 min 523.8 ton olub və 6.3 faiz artım qeydə alınıb. İzolyasiyası olmayan çoxnaqilli məftil, troslar və oxşar məmulatların istehsalı 8 min 542.3 ton təşkil edərək 4.5 faiz azalıb. Metaldan sair məmulatların istehsalı isə 14 min 964.4 ton olub və illik müqayisədə 28.1 faiz geriləyib.



Xəbərin oxunma sayı : 268




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap