“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

Əczaçılıq məhsullarının istehsalı iki dəfə artıb, spirt və gübrə istehsalı isə azalıb - STASTİKA

Tarix 13.12.25, 14:27

Font ölçüsü : - / +
bitmap-img6


Cari ilin yanvar-noyabr aylarında kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində ümumilikdə 2 milyard 76.3 milyon manatlıq məhsul istehsal olunub.

AzFakt.com rəsmi statistikaya istinadən xəbər verir ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əczaçılıq məhsullarının istehsalı 94.9 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 13.7 faiz, kimya sənayesi məhsullarının istehsalı isə 8.7 faiz artıb.

Kimya sənayesi məhsulları üzrə polietilen istehsalı 13.2 faiz, etilen istehsalı 12.1 faiz yüksəlib. Rezin və plastik kütlə məmulatları sahəsində isə polietilendən başqa digər plastmas kisələr və çantaların istehsalı 95.2 faiz, plastmas çubuqlar, millər və profillərin istehsalı 26.6 faiz, plastmas butulkalar, flakonlar və oxşar məmulatların istehsalı 24 faiz artım göstərib.

2025-ci ilin yanvar-noyabr aylarında kimya sənayesi üzrə əsas məhsulların istehsalı da müxtəlif dinamika ilə müşayiət olunub. Bu dövrdə 42 milyon 368.3 min kubmetr təsirsiz qaz istehsal edilib ki, bu da illik müqayisədə 6.1 faiz artım deməkdir. Onun 22 milyon 220.7 min kubmetri azotun payına düşüb. Lak-boya məmulatlarının istehsalı 39 min 24.3 ton olub və 2 faiz artıb.

Qeyri-üzvi kimyəvi maddələrin istehsalı 20 min 560 ton təşkil edərək 32.7 faiz azalıb. Bu məhsullar arasında yod istehsalı 185.2 ton olub ki, bu da əvvəlki ilə nisbətən 4 faiz azdır. Üzvi kimyəvi maddələrin istehsalı 788.3 min ton təşkil edib və 5 faiz azalıb.

Hesabat dövründə 141.3 min ton etilen (12.1 faiz artım), 131.6 min ton propen (10 faiz artım), 407.5 min ton metanol (13 faiz azalma) istehsal olunub. Etil spirti istehsalı 66.3 min dekalitr təşkil edərək 11 faiz azalıb. Gübrə və azot birləşmələrinin istehsalı isə 533.9 min ton olub və əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 9.8 faiz azalma qeydə alınıb.



Xəbərin oxunma sayı : 235




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap