“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

Astarada sərxoş kişi arvadını döydü - Odun parçası ilə

Tarix 13.12.25, 9:31

Font ölçüsü : - / +
bitmap-img6


Astarada kişi həyat yoldaşını odun parçası ilə döyüb.

AzFakt.com-un məlumatına görə, hadisə rayonun Şüvi kəndində baş verib. Kənd sakini, 1996-cı il təvəllüdlü Elçin Dadaşov mütəmadi olaraq spirtli içki qəbul edərək yaşadığı evə gəlib. Bu səbəbdən onunla həyat yoldaşı arasında tez-tez mübahisələr yaranıb.

Bir müddət əvvəl E.Dadaşov yenidən kənd ərazisində yerləşən kafedə spirtli içki qəbul etdikdən sonra sərxoş vəziyyətdə evə gəlib. O, evdə həyat yoldaşından yemək istəyib. Həyat yoldaşı isə onun növbəti dəfə spirtli içki qəbul etməsinə etiraz edərək yemək verməyib. Nəticədə, cütlük arasında mübahisə yaranıb.

E.Dadaşov evdə sobanın yanında yığılmış odun parçasını götürərək həyat yoldaşına zərbələr endirib.

Hadisə yerinə polis əməkdaşları gəliblər və E.Dadaşov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb və iş məhkəməyə göndərilib. Astara Rayon Məhkəməsində tərəflər arasında barışıq əldə olunub, zərərçəkmiş şəxsə dəymiş maddi ziyan ödənilib.

Məhkəmənin qərarı ilə cinayət işinə xitam verilib.



Xəbərin oxunma sayı : 244




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap