Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova
Axtar
 
  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

  • / Maqazin / — 01 Noyabr 2025

    “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı

  • / Maqazin / — 27 Oktyabr 2025

    Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova

  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

ABŞ millisinin baş məşqçisi Poçettino: “Mən süpürgəçi deyiləm!“

Tarix 20.11.25, 23:56

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ milli komandasının baş məşqçisi Maurisio Poçettino yoldaşlıq oyununda Uruqvay yığması üzərində 5:1 hesablı qələbədən sonra keçirilən mətbuat konfransında emosiyalarını saxlaya bilməyib.

Sovsport.ru xəbər verir, o, heyətin qeyri-sabitliyi ilə bağlı jurnalistin suallarından narazı qalıb.

Poçettino jurnalistin niyə start heyətini müəyyən edə bilmədiyini və yığmaya bu qədər çox sayda oyunçu çağırdığı sualına əsəbiləşib:

"Bəlkə də mətbuat konfransını dayandırmalıyıq ki, mən soyunma otağına gedib, sonra qayıdım və hər şeyi yenidən başlayaq. Çünki elə təəssürat yaranır ki, biz 1:5 hesabı ilə məğlub olmuşuq. Mən ABŞ milli komandasının məşqçisiyəm, süpürgəçi deyiləm! Zəhmət olmasa, daimi oyunçular deyəndə nəyi nəzərdə tutduğunuzu izah edin, çünki bu mənim üçün tam aydın deyil".

Qeyd edək ki, argentinaəsilli məşqçi ABŞ komandasının başında olduğu bir il müddətində 71 futbolçudan istifadə edib. Bu hal mediada Poçettinonun əsas heyəti müəyyənləşdirə bilməməsi kimi qınaq obyektinə çevrilib.

Poçettinonun rəhbərliyi altında komanda 13 qələbə qazanıb, 7 dəfə məğlub olub və iki dəfə heç-heçə edib.



Xəbərin oxunma sayı : 358




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap