Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova
Axtar
 
  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

  • / Maqazin / — 01 Noyabr 2025

    “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı

  • / Maqazin / — 27 Oktyabr 2025

    Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova

  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

“Mərhələli şəkildə 20 min tamştat müəllim vəzifəsi yaradılacaq“ - Emin Əmrullayev

Tarix 20.11.25, 23:45

Font ölçüsü : - / +
bitmap-img6


Yeni mexanizmin məqsədi müəllimin saat 6-ya qədər məktəbdə qalması demək deyil.

Bunu elm və təhsil naziri Emin Əmrullayev "İTV"də yayımlanan "Diqqət Mərkəzi" proqramında deyib.

O bildirib ki, məqsəd həm də müəllimin daha geniş fəaliyyət imkanlarının olmasıdır: "Hazırda "tam ştat müəllim" anlayışı yalnız 30–36 saatlıq həftəlik iş yükü kimi tənzimlənir, amma konkret mexanizm yoxdur. Biz isə bu işi real 30–36 saatlıq iş modeli kimi görürük. Bu model müəllimə hansı imkanları yaradır? Müəllim yalnız 18–24 saat dərs deməklə kifayətlənməməlidir. Bu dərs yükündən savayı, o, şagirdlər, məktəb və təhsilin keyfiyyəti üçün əlavə fəaliyyət göstərə bilər. Başqa bir müəllimin dərsinə daxil olub müşahidə apara bilər, həmkarına metodik tövsiyələr verə bilər, çox yaxşı müəllimdirsə, gənc müəllimlərə mentorluq edə bilər, şagirdlərin əlavə fəaliyyətləri ilə bağlı metodik təkliflər verə bilər, sinifdənkənar işlər təşkil edə bilər, müxtəlif müsabiqələr, olimpiadalar hazırlaya bilər, idman müəllimidirsə, məktəb turnirləri təşkil edə bilər. Bu fəaliyyətlər hazırda faktiki olaraq edilir, amma ödənişsiz edilir. Məsələn, idman müəllimi məktəbdə turnir keçirir, amma biz bu işə maaş vermirik. Niyə? Çünki onun iş saatı yalnız dərs yükünə hesablanır. Yeni modeldə isə bu fəaliyyətlərə görə ödəniş ediləcək".

Nazir hesab edir ki, müəllimin məktəbdə daha çox vaxt keçirməsi və gördüyü əlavə işlərin ödənməsi Azərbaycanın təhsilinə yalnız müsbət təsir göstərəcək: "Məsələn, idman müəllimi istedadlı uşaqlarla daha çox işləyə biləcək, əlavə məşğələ və sınaqlar təşkil edəcək, onların inkişafına real töhfə verəcək".

Nazirin sözlərinə görə, mərhələli şəkildə 20 min tamştat müəllim vəzifəsi yaradılacaq: "Müəllimimizin oturmağa yeri belə yoxdur. Ən yaxşı halda öz sinfi olan müəllimlərimiz var, onların da dərs saatı çoxdur. 12-13 saat dərsi olan müəllimin öz iş otağı yoxdur. Buna görə də müəllimin rifahını yüksəldək deyəndə, ilk növbədə, maaşını yüksəldək, daha sonra işə aidliyini, motivasiyasını yüksəldək və iş şəraitini yaxşılaşdıraq deyirik".

E.Əmrullayev bildirib ki, tam ştata keçən müəllimin aylıq əməkhaqqısı orta əməkhaqqıdan iki dəfə çox olarsa və 20 min müəllim bu əməkhaqqını alarsa, təhsildə köklü islahatların başlanğıcı qoyulacaq: "Tam ştatlı müəllim həftəlik 30-36 işləyəcək, onun 18-24 saatı tədrislə məşğul olacaq. Təbii ki, bu bütün müəllimlərin bir hissəsidir, qalan müəllimlər yenə də saathesabı dərs deməyə davam edəcəklər. Çünki biz kiçik məktəbləri bu sistemə keçirə bilməyəcəyik, söhbət böyük məktəblərdən gedir".



Xəbərin oxunma sayı : 262




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap