Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova
Axtar
 
  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

  • / Maqazin / — 01 Noyabr 2025

    “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı

  • / Maqazin / — 27 Oktyabr 2025

    Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova

  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

“Kənd təsərrüfatı məhsullarının ixracı ilk dəfə 1 milyard dolları keçib“ - Məcnun Məmmədov

Tarix 20.11.25, 22:39

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan tarixində ilk dəfə həm kənd təsərrüfatı və həm kənd təsərrüfatında emal olunmuş məhsulların ixracı bu ilin 9 ayında 1 milyard ABŞ dollarını keçib.

Bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov "Baku TV"yə müsahibəsində deyib.

Onun sözlərinə görə, yanvar-sentyabr aylarında tərəvəz ixracının həcmi 23 %, meyvə ixracı isə 37 % artıb: "Bu, çox böyük nəticədir. Azərbaycan tarixində ilk dəfə olaraq həm kənd təsərrüfatı və həm kənd təsərrüfatında emal olunmuş məhsulların ixracı ilk 9 ayda 1 milyard ABŞ dollarını keçib. Ümid edirəm ki, bu tendensiya gələcəkdə də davam edəcək".

Nazir vurğulayıb ki, Azərbaycanın ərzaqlıq yumurta ixracı xeyli artıb: "Əgər 2022-ci ildə 12 milyon ədəd ərzaqlıq yumurta ixrac olunmuşdusa, ötən il bu göstərici 7 dəfəyə qədər artaraq 84 milyondan çox olub.Azərbaycanda sənaye müəssisələrində ərzaqlıq yumurta istehsalı 43 %-dən çox artıb".

Onun sözlərinə görə, Azərbaycanda son 5 ildə heyvandarlıq sahəsində müəyyən dəyişikliklər var: "Bu dövr ərzində heyvandarlıqda 11 %-ə qədər artım qeydə alınıb. Ən böyük artımı quşçuluqda - həm ət, həm yumurta istehsalında - müşahidə edirik. Son illərdə yumurta istehsalı 20 %-dən çox artıb. Sənaye müəssisələrində ərzaqlıq yumurta istehsalı isə 43 %-dən çox artıb. Əslində, bu, yaxşı xəbərdir. Çünki sənayeləşmə baş verir və bizim də əsas hədəflərimizdən biri kənd təsərrüfatında məhsul istehsalının sənayeyə yönəldilməsinə nail olmaqdır".




Xəbərin oxunma sayı : 286




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap