Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

  • / Maqazin / — 04 Oktyabr 2025

    Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO

  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

İmamoğlu barəsində daha bir istintaq başladılıb - Casusluq ittihamı ilə

Tarix 24.10.25, 11:19

Font ölçüsü : - / +
bitmap-img6


Əkrəm İmamoğlu barəsində casusluq ittihamı ilə istintaq başladılıb.

APA Türkiyə mediasına istinadən xəbər verir ki, İstanbul Baş Prokurorluğunun açıqlamasında Terror Cinayətlərinin İstintaq Bürosu tərəfindən aparılan istintaqın 4 iyulda casusluq ittihamı ilə həbs edilən Hüseyn Günün rəqəmsal materiallarına əsaslandığını bildirilir.

Açıqlamada “bir çox xarici kəşfiyyat rəsmiləri ilə əlaqə saxladığı” deyilən Hüseyn Günün İmamoğlunun müşaviri Necati Özkana “təlimat verdiyini göstərən danışıqlar apardığı” qeyd olunub.

Baş Prokurorluğun açıqlamasında jurnalist Merdan Yanardağın Hüseyn Günlə “casusluq fəaliyyəti ilə bağlı çoxsaylı əlaqələr və yazışmaların olduğu” bildirilir. Həmçinin, Yanardağın “seçki prosesi üçün mətbuat bölməsini təşkil etdiyi, Hüseyn Gündən müavinət aldığı və 2019-cu il yerli seçkiləri manipulyasiya etmək üçün xarici kəşfiyyat orqanları ilə əməkdaşlıq etdiyi və bununla da casusluq cinayəti törətdiyi” iddia edilib.

İstanbul Böyükşəhər Bələdiyyəsi ilə bağlı digər istintaq işi üzrə iddia edilir ki, "İstanbul Senin" tətbiqi vasitəsilə "4,7 milyon insanın şəxsi məlumatlarının xarici ölkələrə ötürülməsi", "İBB HANEM" tətbiqi vasitəsilə isə "11 milyon insanın seçki qutusu məlumatlarının emal edilərək proqram xaricinə ötürülməsi" həyata keçirilib.

İstintaq çərçivəsində 13 nəfər haqqında həbs qərarı verilib.



Xəbərin oxunma sayı : 430




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap