| |
|
Binəqədi rayonunda fərdi yaşayış evi obyektə çevrilib - Hacıbaba Babayevin saxta arayışı ilə...
Tendersiz 53 milyonluq sifariş! - AYNA-nın heyrət doğuran qanunsuzluğu üzə çıxdı
250 milyonluq dələduzluqda ittiham olunan azərbaycanlı iş adamı kimdir? - 11 şübhəli var
Pirallahıda DOST işçiləri MİS-ə transfer olunur - Maraqlı təfərrüat…
Türkiyə -““Böyük İsrail” savaşı - Azərbaycan nə etməlidir?
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri
Qaradağ rayonunda qanunsuz daş karxanaları - Başçının müavini himayə edir?
Bir qrup adam ölkəyə gizli yolla mal gətirir - Şəbəkənin başında kimlər dayanır?
Büdcəyə quyu qazanlar - Füzuli rayon Mərkəzi Xəstəxanası “Otkat“ əməliyyatı...
Liderlər Ağ Evdə tarixi sazişi imzaladı - Birgə Bəyannamənin TAM MƏTNİ
Britaniyada Mahmudovlarla bağlı qalmaqal - Vəkillərinə rekord cərimə kəsildi...
Fransa kəşfiyyatının Bakıdakı məxfi işləri ifşa oldu - Əyləncəli tədbirlər təşkil edib...
“Bizim ərazimizdə icarədar ola bilməz” - Prezident nidanı qoydu!
“Heç vaxt işğalla barışmayın!“ - İlham Əliyev ukraynalılara məsləhət verdi
Ramiz Mehdiyevin dövlət çevrilişi planı necə ifşa olunub? - “Mehdiyev işi”nin bütün DETALLARI
Tarix 16.10.25, 19:26 |
|
Təhlükəsizlik Şurasının üzvü, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllərinin və dövlətə xəyanətinin detalları məlum olub.
APA etibarlı mənbələri vasitəsilə öyrənib ki, Ramiz Mehdiyev Rusiyanın dəstəyi ilə dövlət çevrilişi etməklə bağlı plan hazırlayıb və bunu öz kanalları vasitəsilə Rusiyaya təklif edib.
Ramiz Mehdiyev nə vaxt hərəkətə keçib?
Ramiz Mehdiyev Azərbaycanla Rusiya arasında münasibətlərdə yaranmış gərginlik dövründən faydalanmağa çalışıb. Xatırladaq ki, ötən ilin 25 dekabrında AZAL təyyarəsinin Rusiya səmasında vurulmasından sonra Azərbaycan və Rusiya münasibətlərində ciddi gərginlik yaranıb. Rusiyanın AZAL təyyarəsinin vurulması ilə bağlı üzr istəyib, təzminat ödəməkdən boyun qaçırması rəsmi Bakıda kəskin etirazlar doğurub. Rusiya ilə münasibətlərin gərginləşməsi hər iki ölkənin ictimai və media mühitində geniş müzakirə və tənqidlərə səbəb olub.
Ramiz Mehdiyev isə bu vəziyyətdən istifadə edərək, öz kanalları və köhnə dostları vasitəsilə Rusiyaya dövlət çevrilişi planının hazır olduğunu, bu məsələdə Moskvadan dəstək gözlədiyini çatdırıb.
Xatırlatmaq yerinə düşər ki, Rusiya-Azərbaycan münasibətlərində gərginlik pik həddə olanda - bu il mayın 9-da İmişli Rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov SSRİ bayrağı altında, sinəsində rus imperiyasının rəmzi olan “Georgi lenti” ilə tədbir təşkil etmişdi. Bu hərəkətinə görə vəzifəsindən uzaqlaşdırılan, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilmiş Saleh Səmədov Ramiz Mehdiyevin köhnə dostlarından və biznes ortaqlarından biri hesab olunur.
Ramiz Mehdiyevin hansı planı olub?
Ramiz Mehdiyev planında dövlət hakimiyyətini zorla ələ keçirdikdən sonra keçid dövrü üçün müvəqqəti Dövlət Şurası formatında qurum yaradılmasını təklif edib. Bu plan 87 yaşlı köhnə bürokratın özünün rəhbər olmasını nəzərdə tutub. Məlumata görə, Mehdiyev rəhbərlik edəcəyi Dövlət Şurasında təmsil olunacaq şəxslərlə bağlı məlumatı da Rusiya ilə bölüşüb.
Ramiz Mehdiyevin planı necə ifşa olunub?
Məlumatlı mənbənin APA-ya bildirdiyinə görə, Azərbaycan və Rusiya prezidentlərinin görüşdüyü Düşənbədə Rusiya tərəfi özü Ramiz Mehdiyevin təklifi və onun şəbəkəsinin planı haqqında Azərbaycan tərəfinə məlumat verib.
Görünən odur ki, 87 yaşılı Ramiz Mehdiyev artıq davamlı xahişləri və israrı ilə Rusiyanı da bezdirib. Ona görə də Rusiya heç bir perspektiv vəd etməyən Mehdiyevdən tamamilə imtina edib və onun planı, şəbəkəsi ilə bağlı rəsmi Bakını özü məlumatlandırıb.
Ramiz Mehdiyev – Rusiyanın köhnə dostu
Ramiz Mehdiyevin Rusiyaya yaxınlığı həmişə bəlli olub. O, hələ sovet dövründən Moskvanın agentura şəbəkəsinin üzvü kimi tanınıb. Ramiz Mehdiyev uzun illər öz imkanlarından istifadə edərək, Azərbaycan hakimiyyətində də Rusiyanın “dostları” olan məmurların vəzifə pillələrində, parlamentdə və mediada irəliləmələrinə şərait yaradıb.
Vətən Müharibəsindən əvvəl isə Azərbaycanda rusiyapərəst məmurlar vəzifələrindən uzaqlaşdırıldı, Ramiz Mehdiyev də vəzifəsindən azad olundu.
Bunun ardınca Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti seçilən Ramiz Mehdiyev orda da intriqalardan əl çəkmədi. AMEA-dan da siyasi məqsədləri üçün yararlanan Ramiz Mehdiyev elm mərkəzində dözülməz mühit yaratdı, az qala AMEA-nın bütün institutları onun istefasını tələb etdi. 2022-ci il fevral ayının 14-də AMEA-da keçirilən iclasda yaşı ilə əlaqədar vəzifəsini tərk etdiyini və bu məsələ ilə bağlı dövlət başçısı İlham Əliyevə müraciət edəcəyini bildirdi. Fevralın 19-da AMEA-nın Ümumi Yığıncağı keçirildi və Ramiz Mehdiyevin istefası qəbul edildi.
Ancaq martın 17-də Ramiz Mehdiyevin Akademiyada olduğu haqda məlumat yayıldı. AMEA-dan verilən açıqlamada Ramiz Mehdiyevin binaya şəxsi əşyalarını götürmək üçün gəldiyi bildirilmişdi. Ancaq sonra məlum oldu ki, Ramiz Mehdiyev Akademiyada, məhz Akademiya Prezidentinin otağında Rusiyadan gələn nümayəndələrlə - Rusiya Elmlər Akademiyasının prezidentinin köməkçisi ilə görüş keçirib.
Yay aylarında isə Ramiz Mehdiyevin bir qrup sabiq məmurla Novxanıda görüş keçirməsi barədə mediada məlumat yayıldı. Görüşün məzmunu barədə məlumat olmasa da, görüş tarixi Rusiya Azərbaycan münasibətlərindəki gərginliyin pik vaxtına təsadüf etdiyini göstərir.
Qeyd edək ki, Ramiz Mehdiyevin AMEA-ya rəhbərlik etdiyi dövrdə törədilmiş qanun pozuntuları ilə bağlı cinayət işi var. Hesablama Palatasının 2020-2023-cü illəri əhatə edən yoxlamaları nəticəsində AMEA-da çoxlu sayda nöqsan və qanunsuzluqlar aşkarlanıb.
Baş prokuror Kamran Əliyev bu il oktyabrın 1-də jurnalistlərə açıqlamasında bildirib ki, AMEA-dakı qanun pozuntuları ilə bağlı hərtərəfli araşdırma aparılır.
“Həmin cinayət işində bir neçə epizod üzrə istintaq aparılıb, artıq bəzi epizodlarda ibtidai istintaq tamamlanıb. Cinayət işləri baxılması üçün məhkəməyə göndərilib”, - deyə Baş prokuror vurğulayıb.
Ramiz Mehdiyevin ailəsi, sərvəti
Ramiz Mehdiyevlə bağlı mediada yayılan qalmaqallardan biri onun kürəkəni, eks-deputat İlham Əliyevin Novxanı qəsəbəsindəki bağ evində qızı Fidan Əliyevaya toy etməsi idi. 2020-ci il avqustun 18-də, ölkədə sərt karantin rejiminin tətbiq olduğu vaxtda Mehdiyevin bağ evində 100-dən çox qonağın iştirakı ilə keçirilən mərasim aşkarlanandan sonra onun kürəkəni İlham Əliyev inzibati qaydada həbs edilmişdi.
Mediada yayılan məlumatlara görə, Mehdiyev ailəsinin yüzlərlə hektar torpaq sahələri, saysız-hesabsız daşınmaz əmlakı, bank və böyük şirkətlərdə əmlak payları var. Ramiz Mehdiyevin qızı Kamilə Əliyevanın “Baku Oksford Məktəbi”ndə 1/2 hissə pay uğrunda mübarizəsi bu yaxınlarda Ali Məhkəmədə onun məğlubiyyəti ilə başa çatıb.
Ramiz Mehdiyevin həyat yoldaşı Mehdiyeva Qalina Yuriyevna barəsində də məhkəmə iddiası qaldırılıb.
Mehdiyeva Qalina Yuriyevna barəsində məhkəmə iddiası qaldıran şəxs “Fireland Vineyards” MMC-nin ("Odlar Yurdunun Üzümlükləri") qanuni təmsilçisi Səidov Elmar Çingiz oğludur.
Ramiz Mehdiyevin ailəsi, yəni həyat yoldaşı Qalina Mehdiyeva və oğlu Timur Mehdiyev onun külli miqdarda borclanmasına səbəb olublar.
Yeri gəlmişkən, təkcə Novxanı qəsəbəsində Ramiz Mehdiyevin ailəsinə məxsus 155 hektar torpaq sahəsi olub.
Kənd Təsərrüfatı Nazirliyinin 2015-2018-ci illər üçün açıqladığı rəsmi məlumatlara görə, Novxanı kəndində subsidiya alan cəmi 2 fermer təsərrüfatı olub. Onlardan biri Mehdiyeva Qalina Yuriyevna, digəri isə Mehdiyev Timur Ramiz oğluna məxsus olub.
2017-ci ildə açıqlanan məlumata görə, Mehdiyeva Qalina Yuriyevna sahib olduğu 113 hektar torpaq sahəsinə görə 5 650 manat, Mehdiyev Timur Ramiz oğlu isə 42 hektar torpaq sahəsinə görə 2 100 manat subsidiya alıblar.
"Bank BTB” ASC də Ramiz Mehdiyevin ailəsinə məxsusdur. Belə ki, bu bankın səhmlərinin 74,98%-i (49 min 829 ədəd) Mehdiyeva Nigar İsmayıl qızına - Ramiz Mehdiyevin gəlininə məxsusdur.
Ramiz Mehdiyev dövlət mükafatlarından məhrum ola bilər
Hazırda Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.
Bu maddələr isə onun Təhlükəsizlik Şurasının üzvü statusundan, eyni zamanda fəxri adlardan və dövlət mükafatlarından məhrum ediləcəyi ehtimalını yaradır.
Ramiz Mehdiyev Azərbaycan Respublikasının “İstiqlal”, “Şöhrət”, “Şərəf” və Heydər Əliyev ordenləri ilə təltif olunub. O, həmçinin, AMEA-nın həqiqi üzvü, Azərbaycan Respublikasının Həqiqi dövlət müşaviri, YAP Veteranlar Şurasının üzvüdür.
YAP Veteranlar Şurasının sədri Arif Rəhimzadə APA-ya Ramiz Mehdiyevin partiyadan çıxarılacağını deyib.
AMEA Prezidenti İsa Həbibbəyli isə agentliyin bununla bağlı sualını eşidən kimi telefonu qapadıb.
Hüquqşünas Şamil Paşayev APA-ya bildirib ki, Ramiz Mehdiyev xüsusilə ağır cinayət törətməkdə ittiham edilir: “Ramiz Mehdiyevin xüsusilə ağır cinayət törətməkdə ittiham olunmasını nəzərə alaraq, onun fəxri adlardan və dövlət təltiflərindən məhrum edilməsinin zəruriliyi məhkəmə tərəfindən müəyyən edilə bilər. Belə ki, xüsusilə ağır cinayət törətmiş şəxsin məhkum olunması zamanı məhkəmə cinayətin ictimai təhlükəliliyinin xarakterini və dərəcəsini, təqsirkarın şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum edilməsinin zəruriliyi nəticəsinə gəldikdə onun Prezident sərəncamı ilə verilmiş adlardan və təltiflərdən məhrum edilməsi məsələsinə baxılması üçün bu barədə Prezidentə təqdimat göndərilməsi haqqında qərar qəbul edir”.
Şamil Paşayev bildirib ki, digər dövlət orqanları tərəfindən verilmiş xüsusi və ya hərbi rütbədən, yaxud təltifdən məhrum edilmə ilə bağlı isə məhkəmə özü qərar qəbul edir.
Ramiz Mehdiyev barəsində cinayət işi və ittiham olunduğu maddələr
Qeyd edək ki, Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.
Bakı şəhəri Səbail rayon məhkəməsi Mehdiyev Ramiz Ənvər oğlu barədə cinayət işi üzrə bu il oktyabrın 14-da qərar qəbul edib.
Qərara əsasən, məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək, 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.
Xəbərin oxunma sayı : 1414
Gündəm
Xəbərlər
-
Hülya Avşar uzun aradan sonra dəyişdi - FOTO
-
Trampın Rusiyaya münasibəti Rubioya görə dəyişib - “Bloomberg“
-
“Kapital Bank” ın depozit portfeli kəskin şəkildə azalıb - Müştərilər 822 milyon manatı geri götürdülər
-
“ƏDV geri al” gözəllik salonları və kosmetoloji mərkəzlərə də şamil olunacaq - VİDEO
-
Tibbi göndərişi olan xəstə Sabunçu Tibb Mərkəzinə qəbul edilməyib - VİDEO
-
Arayik və dəstəsinin məhkəməsi davam etdirilir - FOTOLAR
-
Yüksəliş Partiyasının keçmiş sədri həbs olunub - Vəkili açıqladı
-
Mahirə görə iclas oldu: Oynamamasının səbəbi nədir?
-
Gələn il veteranlara verilən 80 manat artırılacaq? - AÇIQLAMA
-
Nəticəsi eyni olan direktor namizədlərində öncəlik kimə verilir? - RƏSMİ
-
PA-nın noyabr ayına olan vətəndaş qəbulu - CƏDVƏL
-
Bakının mərkəzində bu binalar plana düşdü: söküntüsünə başlanılır
-
“Türkiyə və Körfəz dövlətləri birlikdə Qəzzanın bərpası ilə məşğul olacaqlar“ - Ərdoğan
-
“Müəllimlərin əməkhaqqının artması üçün təkliflər təqdim edəcəyik“ - İdris İsayev
-
Ruslar Putinə nə qədər etibar edir? - SORĞU
-
Səngəçal və Ceyranbatan qəsəbələri zülmətə qərq olub - VİDEO
-
Prezident generalı vəzifəsindən azad etdi - Yeni təyinat + DOSYE
-
Sanatoriya direktoru vəzifədən çıxarıldı - AHİK sədrindən dəyişiklik
-
Xurma Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilir? - Tam siyahı
-
“Bu dəfə əzrayılın əlindən qaçdım...” - İnsult keçirən Abid Şərifov
-
“Mənim Ramiz haqqında deyiləcək heç bir sözüm yoxdur“ - Kürəkəni suala belə cavab verdi
-
Zaur Mikayılovla Xanlar Fətiyev arasında 746 minlik sövdələşmə - Maraqlı iddialar yayıldı
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
-
İlkin Süleymanovun vəkili saxlanıldı - Xuliqanlıqda ittiham olunur
-
Emin Əmrullayevlə bağlı müdhiş plan: nazir görün necə yola salınır...
-
“Dedim cəza alsam, bəlkə düzələrəm“ - 6 manatlıq cinayət
-
Türkiyəli Neyroplastiklik üzrə mütəxəssis Qüsursuz Nitq Mərkəzində!
-
“Hamıya məlumdur ki, Ermənistan Azərbaycanla sülh bağlayıb“ - Mirzoyan
-
Bakının bir küçəsində nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq - Xəbərdarlıq
-
Kənddə işləyəcək gənc müəllimlərə əlavə 2000 manat veriləcək - Gələn ildən
-
Yeyinti ilə həbs edilən qadın şirkəti ittiham edir - “54 milyon gizlədilib“
-
Putin İlham Əliyevə zəng edib - Nələr müzakirə olunub?
-
Neft Fondu 9 ayda 10 milyard qazanıb - İqtisadçı açıqladı
-
“360Marcom“ MMC KOBİA üçün niyə bu qədər önəmlidir? - ARAŞDIRMA
-
“Sputnik Azərbaycan“ın şef redaktoru ev dustaqlığına buraxıldı - Məhkəmə qərar verdi
-
“Arbitraj mübahisələrin ədalətlə, operativ həllinə imkan verir“ - İnam Kərimov
-
Deputatlar arasında gərginlik - Araya spiker girdi
-
Prezident yol təmirinə 2 milyon ayırdı - SƏRƏNCAM
-
AYB-nin iddiası təmin olundu: Şair təzminat ödəməli, yazı silinməldir
-
“Türk dövlətləri müxtəlif platformalarda daim bir-birilərini dəstəkləyirlər“ - Mikayıl Cabbarov
-
Bu məhkəmələrə yeni hakimlər təyin edildi - ADLAR
-
Kolumbiyalı narkotacirlər Trampın ətrafındadır - Qustavo Petro
-
Araz Musayevin Xırdalanda təhlükə yaradan tamahı - VİDEO
-
Sabunçuda əməliyyat - 11 kq narkotik vasitə aşkarlandı
-
İmamoğlu barəsində daha bir istintaq başladılıb - Casusluq ittihamı ilə
-
Milli Məclisin iclası başladı: Gündəlikdə 17 məsələyə var
-
Tikinti şirkəti ilə razılaşmayanların evlərinin sayğacları oğurlanır - VİDEO
-
Qızıl indi də ucuzlaşır - Qiymətdə nə qədər enmə var?
-
Masazır-Bakı marşrutu üzrə avtobuslar üçün xüsusi zolaq yaradıldı - Fotolar
-
Naxçıvanda uzun müddətdir boş qalan yüksək vəzifələr - SİYAHI
-
“Anamı ölümcül hala salıblar, heç bir həkim yiyə durmur“ - VİDEO
-
Bakı ABŞ-ın Yaxın Şərqdəki səylərində rol oynayır - KİV
-
Kirayə mənzil sahiblərinə pis xəbər - “Vergi yükü 30 faizə çatacaq”
-
Şirkətlər maaşdan tutulacaq gəlir vergisini kompensasiya edəcəklər? - VİDEO
-
Bu gün instaqramda diqqət çəkənlər - FOTOLAR
-
Futbol tarixində Leandro Andrade kimisi olmayıb - “Qarabağ“lıdan inanılmaz nəticə
-
Hindistanda dini gərginlik: Qılıncla rəqs edən qrup məscidi hədəf aldı
-
Təmirə bağlanan yol körpənin ölümünə səbəb oldu - VİDEO
-
“Bu həm mənim, həm də ABŞ liderinin səhvi olar” - Putin
-
Arayik və dəstəsinin məhkəməsi davam etdirilir - Bu şəxslərin ifadələri elan olundu
-
Məktəb direktorlarının təyinatında yeni qaydalar - VİDEO
-
Donald Tramp Si Cinpinlə görüşəcək - Oktyabrın 30-da
-
Alkoqollu içkilərin pərakəndə satışına dair minimum qiymət müəyyənləşdi - Siyahı
-
Paytaxtda daha bir yola sarı tor çəkildi - FOTO
-
“Kiyevin iştirakı olmadan Budapeştdə heç bir görüş olmayacaq“ - Zelenski
-
Agentliyə aparat rəhbəri təyin olundu - İcra başçısının oğludur
-
Müəllimlərin sertifikatlaşdırılması başa çatdı - NƏTİCƏ
-
“Yeni sanksiyalar Rusiyaya təzyiq cəhdidir“ - PUTİN
-
“Turanbank” rəhbərliyi əmanətçinin 100 min dollarını mənimsəyib? – Hüquqşünas baş bankirə məlumat verdi
-
Bu şəxslərin təhsil güzəştləri gələn il də qüvvədə qalacaq - SİYAHI
-
Kiçik mühərrikli avtomobillər hansı ölkələrdən və neçəyə gətirilir? - Siyahı
-
Əraqçıdan sərt mesaj: “İranı hədələyənlər növbəti uğursuzluğa gedirlər“
-
“Azparking”dən toplanan pullar hara xərclənir? - AÇIQLAMA
-
Rektor özünə 117 minlik xidməti avtomobil alır? - GDU Xəlilovun şirkəti ilə müqavilə imzaladı
-
Xəstəxananın direktoru xəstə baxıcısını döydürüb? - FOTO/ VİDEO
-
Evləri kirayə verənlərin gəlirlərindən vergi tutulacaq - 10%
-
“Tomohawk” raketlərini Avropa ölkələrindən də ala bilərik“ - Zelenski
-
Daxili İşlər Nazirliyinə yeni səlahiyyət verildi - Əsədov qərar imzalayıb
-
Hibrid avtomobillər bahalanacaq? - Güzəşt ləğv olunur
-
Tibb ixtisası üzrə verilən şəhadatnamə... - Agentlikdən xəbərdarlıq
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Azərbaycanda kart ovuna çıxan şəbəkə - 78 minlik əməliyyat ifşa olundu
-
5,2 milyon doza dabaq peyvəndi gətiriləcək - MƏBLƏĞ
-
Media subyektlərinə vergi güzəştinin müddəti uzadılır - 3 il
-
Gələn il pensiyalar nə qədər artacaq? - MƏBLƏĞ
-
Erməni əsirliyində olmuş şəxs: “Ruletka” oynayıb Tağını öldürdülər”
-
“Yıxılana balta vurmaq Əli Nağıyevə layiq hərəkət deyil” - Keçmiş nazir
-
Ölkəyə gətirilən mobil telefonlara aksiz vergisi də tətbiq ediləcək - 100 MANAT...
-
Heyvan bazarlarında fəaliyyətlər nə zaman bərpa olunacaq? - Rəsmi açıqlama
-
Tikinti şirkəti su sayğaclarını oğurlatdırır - İddia - VİDEO
-
Milyonlarla borcu var - Mərkəzi Bank AEV-i cərimə etdi
-
Suriyadan altı azərbaycanlı ölkəyə gətirildi - XİN-dən açqılama
-
Neft gəlirləri azalır, vergilər artırılır - 2025 və 2026-cı il büdcə gəlirlərinin müqayisəsi
-
Yüz min manatlıq dələduzluq etmişdi - Hakim cəzasını azaltdı
-
“Səma LTD“ hansı qaydaları pozub? - Maliyyə sanksiyası və cərimə...
-
“Heç bir ərazi güzəşti olmayacaq“ - Zelenski
-
“Vaşinqton bəyannaməsi konkret nəticələr verir“ - Paşinyan
-
Şəmkirdə maskalı basqın - Ev sahibinə xəsarət yetirən şəxs saxlanıldı
-
Həyat yoldaşının səhifəsində narkotiki təbliğ edən video paylaşdı - Bloger həbs edildi
-
Azərbaycanda insanlar arasında dabaq xəstəliyinə yoluxma faktı aşkarlanmayıb - RƏSMİ
-
Narazılıq artır: “Ay AYNA, bizim pullar hara gedir?!“ (VİDEO)
-
Bakının iki rayonundakı qəzalı binaların söküntüsünə başlanılır - ÜNVANLAR
-
İlham Əliyev Macarıstanın Baş nazirinə məktub göndərdi - MƏTN
-
Həmin hadisəyə görə məhkəməlik oldular - Vatsapda ikisi də nalayiq danışıb...
-
“Məsələn, ailənin 5 üzvü var və həmin ailənin...“ - Sosial yardım nə qədər artırılacaq?
-
Sosal sığorta haqqının ödənilməsinə dair dəyişiklik müzakirə mərhələsindədir - RƏSMİ
-
“Hamısına rüşvət vermişəm, kimə istəyirsən, de!“ - “Faktor Lizinq“ sakinlərin evini əlindən alıb?
-
“Tomahawk” raketlərini ukraynalılara öyrətmək üçün uzun müddət lazımdır - Tramp
-
Maşınlarını məktəb işçilərinə yuduzduran Arifə Məmmədova direktor təyin olundu - FOTO
-
Bakıda avtomobildə partlayış olub - Xəsarət alan var
-
ABŞ Rusiya ilə nəticəsi olacaq görüşlərə hazırdır - Rubio
-
İcbari tibbi sığortada dəyişiklik: İşsizlər də gələn ildən ödəniş edəcəklər
-
“Çelsi”, “Liverpul” və “Bavariya”dan böyükhesablı qələbə - Çempionlar Liqası
-
Məşhurlar instaqramda nələr paylaşdılar - FOTOLAR
-
Günəşdə güclü partlayış baş verdi - Maqnit qasırğası ola bilər
-
II Qareginin bir qrup şəxslə erməni kilsəsini ələ keçirib - Paşinyan
-
Azərbaycanın strateji valyuta ehtiyatları artıb - VİDEO
-
“Nə qədər ki, ABŞ əsassız tələblər irəli sürür, İran danışıqlara getməyəcək“ - Əraqçı
-
İmişlidə pambıqyığan kombayn çatışmazlığı yaşanır, məhsul itkiyə gedir - VİDEO
-
Çempionlar Liqası: “Qarabağ“ İspaniyada uduzdu
TOP 10
ARXİV





