![]() |
|














20 Sentyabr - Dövlət Suverenliyi Günü xalqımızın azadlıq və müstəqillik uğrunda apardığı mübarizənin simvoludur
Tarix 17.09.25, 21:00 |
|

Müstəqil dövlət qurmaq və onu inkişaf yoluna çıxarmaq hər bir xalqa nəsib olmur. Çoxsaylı xalqlar əsrlər boyu başqa dövlətlərin əsarəti altında yaşayıb, müstəqillik arzularını həyata keçirə bilməyiblər. Azərbaycan xalqı isə tarixin müxtəlif dönəmlərində ağır sınaqlardan keçsə də, azadlıq ideyasını qoruyub saxlayıb. Yadellilərin işğalına, siyasi, hərbi və iqtisadi çətinliklərə baxmayaraq, dövlətçilik arzusu heç vaxt itməyib, milli iradə nəsildən-nəslə ötürülərək xalqın mənəvi dayağı olub. Bu səbəbdən də müstəqil Azərbaycan dövləti yüzilliklərin mübarizəsinin təbii nəticəsi kimi tarix səhnəsində möhkəmlənib.
Dövlətlərin mövcudluğunu müəyyən edən əsas anlayışlardan biri isə məhz suverenlikdir. Tarixi və hüquqi düşüncədə bu anlayış dövlətin bütün qərarlarını öz iradəsi əsasında qəbul etməsi, daxili və xarici siyasətində heç bir asılılıq tanımaması ilə izah olunur. Beynəlxalq hüquqa görə, suveren dövlət müəyyən olunmuş ərazidə daimi əhaliyə, vahid hakimiyyətə və digər dövlətlərlə münasibətlər qurmaq imkanına sahib olmalıdır. Bu şərtlər dövlətin beynəlxalq hüquqi statusunu və müstəqil varlığını təmin edir. Ən əsası, suverenlik yalnız hüquqi anlayış deyil, həm də dövlətin azad iradəsinin, bərabərhüquqlu mövqeyinin və milli müstəqilliyinin rəmzidir.
XX əsrin sonlarından etibarən Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi təcavüzkar siyasət ölkəmizin suverenliyini ciddi şəkildə pozmağa yönəlmişdi. Ermənistan silahlı qüvvələri Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərini işğal edərək, 30 ildən artıq müddətdə orada etnik təmizləmə apardı, şəhər və kəndləri yerlə-yeksan etdi, tarixi və mədəni abidələri dağıtdı. Xocalı soyqırımı isə bu siyasətin ən dəhşətli cinayət nümunəsi oldu. Beynəlxalq ictimaiyyət həmin əraziləri hər zaman Azərbaycanın suveren torpaqları kimi tanısa da, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin icrası istiqamətində aparılan uzunmüddətli danışıqlar nəticəsiz qaldı və Ermənistan sülh prosesinə səmimi yanaşmadığını açıq şəkildə göstərdi. 2018-ci ildə Ermənistanda hakimiyyət dəyişikliyi baş versə də, münaqişənin həlli ilə bağlı real addımlar atılmadı. Yeni hökumət əvvəlki hakimiyyətlərin təcrübəsini davam etdirərək, vaxt uzatma taktikasına üstünlük verdi. Azərbaycanın və vasitəçilərin bütün sülh təklifləri rədd edildi, hətta danışıqların əvvəldən başladılacağı bəyan olundu. Bu qeyri-konstruktiv mövqe qarşısında Azərbaycan susqun qala bilməzdi. 2020-ci ilin sentyabrında Ermənistanın başladığı genişmiqyaslı hərbi təxribat isə vəziyyəti daha da gərginləşdirdi. Azərbaycan Ordusu bu dəfə qətiyyətli cavab verdi və İkinci Qarabağ müharibəsində 44 gün ərzində Ermənistan ordusunu darmadağın etdi. Nəticədə işğal altındakı torpaqlarımızın böyük hissəsi azad edildi, Kəlbəcər, Ağdam və Laçın rayonları isə 2020-ci ilin sonuna qədər tamamilə boşaldıldı. Azərbaycan bununla da öz gücü ilə beynəlxalq hüququn və BMT qətnamələrinin icrasını təmin etdi.
Müharibədə məğlubiyyətə uğrayan Ermənistan və onun dəstəklədiyi qondarma Dağlıq Qarabağ rejimi sülh prosesinə qoşulmaqdan imtina etdi. Halbuki həmin qurum beynəlxalq hüquq normalarına görə qeyri-qanuni idi və heç bir dövlət tərəfindən tanınmırdı. Azərbaycanın suveren ərazilərində belə bir separatçı rejimin mövcudluğu qəbul edilə bilməzdi. 9 noyabr 2020-ci il bəyanatı bölgədə yeni vəziyyət yaratdı. Ermənistanla Qarabağdakı separatçılar arasında əlaqə yalnız Azərbaycan ərazisindən - Laçın dəhlizi vasitəsilə təmin edilməli idi. Lakin ermənilər bu dəhlizdən sülh naminə istifadə etmək əvəzinə, silah-sursat daşınmasına yönəldilər. Atəşkəs dəfələrlə pozuldu, təhlükəsizlik davamlı təhdid altında saxlanıldı. Qondarma rejim militarist bəyanatlarla çıxış edərək, Azərbaycan dövlətinin səbrini sınamağa çalışdı.
Azərbaycan 2023-cü ildə qətiyyətli addım ataraq bu vəziyyətə son qoydu. Aprelin 23-də Laçın-Xankəndi yolunun başlanğıcında, Həkəri çayı üzərində nəzarət-buraxılış məntəqəsi yaradıldı. Bu, suverenliyin təmin olunması baxımından böyük uğur idi və ən önəmlisi, heç bir hərbi əməliyyata ehtiyac qalmadan əldə edildi. Beləliklə, Azərbaycan bütün beynəlxalq tanınmış sərhədlərində öz hakimiyyətini tam şəkildə bərqərar etdi.
2013-cü ilin sentyabrında bölgədə Ermənistan silahlı birləşmələrinin törətdiyi genişmiqyaslı təxribatların qarşısını almaq və ərazilərimizin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Silahlı Qüvvələri tərəfindən antiterror tədbirləri həyata keçirildi. Bu əməliyyat yalnız hərbi baxımdan deyil, həm də strateji və siyasi nöqteyi-nəzərdən böyük əhəmiyyət kəsb edirdi, çünki uzun illər boyu işğal altında qalan ərazilərdəki qanunsuz hərbi fəaliyyət Azərbaycan dövlətçiliyinin və suverenliyinin əsasına birbaşa təhdid yaratmışdı. Əməliyyat 23 saat 43 dəqiqə davam etdi və yüksək peşəkarlıq, dəqiqlik və planlı hərbi strategiya ilə həyata keçirildi. Qısa müddət ərzində bölgədə yerləşdirilmiş qanunsuz hərbi birləşmələr tamamilə tərksilah edildi, onların strateji mövqeləri və nəzarət etdiyi ərazilər Azərbaycan dövlətinin hakimiyyətinə qaytarıldı. Bu, yalnız hərbi nailiyyət deyil, həm də uzun illər boyu davam edən işğalın, separatizmin və qeyri-qanuni rejimlərin yaratdığı təhlükənin aradan qaldırılması demək idi. Əməliyyatın ən önəmli siyasi nəticələrindən biri isə qondarma Dağlıq Qarabağ rejiminin özünü buraxdığını rəsmi şəkildə elan etməsi oldu. Bu hadisə Azərbaycanın ərazilərində dövlət hakimiyyətinin tam bərpası anlamına gəlirdi və bölgədə uzun illərdir davam edən qeyri-qanuni hərbi strukturun ləğv edilməsi ilə nəticələndi. Beləliklə, Azərbaycan dövlətinin suverenliyi yalnız kağız üzərində deyil, reallıqda bütün ərazilərdə tam təmin edildi. Dövlətin konstitusiya quruluşu bərpa olundu, hüquqi və siyasi sferada suverenliyi qorunmuş oldu, həmçinin beynəlxalq aləmdə Azərbaycanın mövqeyi daha da möhkəmləndi. Bu əməliyyat həm də Azərbaycanın tarixi ərazi bütövlüyünü bərpa etməsi, xalqın milli iradəsinin gücünü nümayiş etdirməsi və gələcəkdə belə təxribatların qarşısının qətiyyətlə alınması üçün əhəmiyyətli bir nümunə oldu. Qısa müddət ərzində əldə olunan bu nailiyyət həm də bölgədə sabitliyin bərqərar olunmasına, yerli əhalinin təhlükəsizliyinin təmin edilməsinə və Azərbaycan dövlətçiliyinin davamlı inkişafına zəmin yaratdı.
Azərbaycanın tarixi yolunda yeni mərhələ isə 2024-cü ildə Prezident İlham Əliyevin imzaladığı Sərəncamla təsdiqləndi. Sentyabrın 20-si Dövlət Suverenliyi Günü kimi təsis olundu. Bu gün müstəqillik uğrunda yüzilliklər boyu aparılan mübarizənin, ərazi bütövlüyünün bərpasının və xalqın milli iradəsinin rəmzi olaraq təqvimə daxil edildi. Dövlət Suverenliyi Gününün təsis olunması Azərbaycanın 1991-ci ildən bəri keçdiyi çətin və şərəfli yolun məntiqi yekunu hesab olunur. Bu tarix həm 2020-ci ildəki böyük Qələbənin, həm də 2023-cü ildə həyata keçirilən antiterror tədbirlərinin kulminasiya nöqtəsini simvolizə edir. Eyni zamanda XXI əsrdə Azərbaycan dövlətinin müstəqilliyinin daha da möhkəmlənməsini və suverenlik ideyasının tam reallaşmasını əks etdirir. Prezident İlham Əliyevin 2024-cü ilin dekabrında imzaladığı Sərəncamla 2025-ci ilin "Konstitusiya və Suverenlik İli" elan edilməsi isə dövlətçilik tariximizdə xüsusi yerə malikdir. Bu qərar həm Konstitusiyanın, həm də suverenliyin milli həyatımızdakı əhəmiyyətini bir daha nümayiş etdirir və onları inkişaf modelimizin əsas dayaqları kimi təqdim edir. Suverenliyin möhkəmlənməsi dövlətlərin beynəlxalq aləmdə tanınması və mövqeyinin güclənməsi üçün əsas şərtlərdəndir. Konstitusiya isə dövlətin hüquqi-siyasi əsaslarını müəyyənləşdirərək milli kimliyi təsdiqləyir. Bu iki anlayışın birlikdə vurğulanması müasir Azərbaycan dövlətçiliyinin gücünü və perspektivlərini dünyaya tanıdır.
Müasir mərhələdə Azərbaycan xalqı tarixi dönüş nöqtəsini yaşayır. Tam suverenliyin təmin olunduğu, ərazi bütövlüyünün bərpa edildiyi və sərhədlərin toxunulmaz hala gətirildiyi şəraitdə ölkəmiz sürətli inkişaf yolundadır. Qarşıdakı illərdə bu reallığı qoruyub saxlamaq və uğurları daha da artırmaq isə dövlətimizin əsas prioriteti olacaqdır.
Ceyran Xəlilova
Xəbərin oxunma sayı : 133
Sosial
Xəbərlər
-
“Zəngəzur dəhlizinin açılması ilə tranzit ticarət artacaq“ - Türkiyəli nazir
-
Sabunçu 22 saylı orta məktəbdə valideynlərdən pul yığılır? - İDDİA/VİDEO
-
Beyləqanda Milli Musiqi Günü qeyd olundu - FOTOLAR
-
Məzahir Pənahovun oğlu keçmiş arvadına uduzdu - 300 minlik əmlakı qaytaracaq
-
Gürcüstanda SOCAR-ın avtomobilinə silahlı hücum olub – Fotolar
-
Övladını yaxın qohumla evləndirmək üçün valideynlikdən imtina etməyi düşünənlər var - VİDEO
-
Bakıda qənd sexində döşəmə çöküb - Ölən var
-
Ələt qəsəbəsinin sakinləri yollardan şikayətçidir - VİDEO
-
Aeroportdan şəhərin mərkəzinə neçəyə gedə bilərik? - Qiymətlər
-
Bakıda əyri bitən ağaclar piyadalara təhlükədir - VİDEO
-
“Tramp özünü dünyanın imperatoru hesab etməkdən əl çəkməlidir“ - Braziliya prezidenti
-
Azərbaycanda hər kəs maaşından gəlir vergisi ödəyəcək? - VİDEO
-
Dövlət Bayrağımız suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanmaqdadır
-
Azərbaycan xalqının mətanətini və mərdliyini əks etdirən gün
-
“Qarabağ”ın rəqiblərindən məğlubiyyət - ÇL-də gecənin nəticələri
-
20 Sentyabr - Dövlət Suverenliyi Günü xalqımızın azadlıq və müstəqillik uğrunda apardığı mübarizənin simvoludur
-
20 sentyabr - Azərbaycanın Dövlət Suverenliyi Günü
-
Avropa İttifaqı İsrailə qarşı sanksiya paketi təklif edir - Ticarət qadağası da gündəmdədir
-
Məcnun Məmmədov Yaponiya səfiri ilə görüşdü - Fotolar
-
Fətəli xan Xoyskinin 150 illik yubileyi keçiriləcək - SƏRƏNCAM
-
Qarabağ Universitetinin yeni tələbə yataqxanası istifadəyə verildi - Fotolar
-
Nifrət səfirləri olmayın - İrakli Kobaxidze Aİ səfirlərinə çağırış etdi
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Selçuk Bayraktardan daha bir möhtəşəm layihənin anonsu: Yeni sosial platforma yaradılır
-
Bacısından şikayət edən qadını məhkəmə önündə sürüdü - “Səni öldürəcəyəm”
-
Azərbaycanın xarici ticarət dövriyyəsində əsas ölkələr - Birinciliyi bu ölkə qoruyur
-
“İsrailə sanksiyalarla bağlı yekun qərara gəlməmişik“ - Rəsmi Berlin
-
Dələduzluğa məruz qalan vətəndaşdan Vilayət Eyvazova - MÜRACİƏT
-
“Zümrüd Residence“dən 3 otaq ev aldı, 2 otaq çıxdı - “Kupça“ da ala bilmirik“
-
Azərbaycandan ən çox hansı ölkələrə pul köçürülür? - SİYAHI
-
Lənkəranskinin qardaşının 700 minlik villası ilə bağlı fırıldağın - Təfərrüatı
-
“Putini şirnikləndirməklə razılaşma cəhdi nəticə verməyəcək“ - Lavrov
-
Beyləqanda Dövlət Suverenliyi Günü ilə bağlı tədbir keçirildi - Fotolar
-
Mərhum generalın cinayət işi üzrə məhkəmə yekunlaşdı - İş adamlarına hökm oxundu
-
Fransadan Azərbaycana pul köçürmələri 5 dəfəyə yaxın artıb - Tam siyahı
-
Rayonlara leysan və dolu yağacaq - Sabahın havası
-
Gədəbəy rayonunda maye qazdoldurma məntəqəsi bağlandı - VİDEO
-
Vəkil Cavidan Osmanlıya cinayət işi başlanılıb - Dələduzluğa görə
-
Əvvəl arvadını öldürdü, sonra özünü bıçaqladı - Sumqayıtda cinayət
-
Türkiyə mediasında “Qarabağ”ın zəfəri bu cür təqdim edildi - FOTO
-
“Sədərək” və “Binə”də valyuta köçürmə sistemi - 1,5 milyonluq dələduzluq və müəmmalı Həmzə…
-
Bank borclarına görə qərarların 50%-i icra olunmur - Deputat
-
Zelenski Qərbə çağırış etdi: “Daha çox Ukraynanı düşünün”
-
“Villa İnşaat``dan ev almaq istəyən şəxsin 30 min manatı mənimsənilib - VİDEO
-
Bu zəfər futbolçulara stimul verəcək - Qurban Qurbanov
-
Trampın səfəri zamanı dron uçurdular - Həbs edildilər
-
Masazır və Xırdalanda qiymətlər Bakıdan niyə bahadır? - Açıqlama
-
İsrail və Suriya rəsmiləri Bakıda görüşəcək - Bu tarixdə
-
Xırdalanda “Albus“ MMC-nin tikinti işləri sakinlərdə narazılıq yaradıb - VİDEO
-
“Heç bir şərt olmadan Tramp və Putinlə görüşə hazıram“ - Zelenski
-
Babək prospektində yerləşən təkər bazarında yanğın olub - VİDEO
-
Əhalinin dərman xərcləri xeyli artıb - VİDEO
-
Xarici diplomlar hansı hallarda tanınır? - VİDEO
-
Separatizmə son qoyan əməliyyat
-
Azərbaycanın suveren hüququ - lokal antiterror tədbirləri
-
“Futbolçularımdakı inam qələbə qazanmağa kömək etdi“ - Qurban Qurbanov
-
“Qarabağ“dan möhtəşəm geridönüş - “Benfika”nı da devirdi! + VİDEO
-
Tramp Azərbaycanla bağlı növbəti paylaşım edib: Bu mənim üçün əbədi dostluq olacaq
-
“BMT Təhlükəsizlik Şurasının tərkibində islahatlara ehtiyac var“ - Quterreş
-
Vardanyan Paşinyanın və ATƏT-in Minsk qrupunun üzvlərinin dindirilməsini istəyir - MƏHKƏMƏ
-
İlham Əliyev BƏƏ Prezidenti ilə görüşünə dair paylaşım edib - VİDEO
-
Bu binalarda satılan mənzillərin qiyməti artıb - VİDEO
-
Azadlıqda olan həmin vəzifəlilərin həbsi tələb edildi - VİDEO
-
Sumqayıtda yaşayış binasında yanğın baş verib - VİDEO
-
“MFX-Trading İnvestisiya Şirkəti”ndə eniş davam edir - Dövriyyəsi 207 milyona yaxın azalıb
-
Azərbaycan xüsusi təyinatlılarının da iştirak etdiyi çoxmillətli təlim başa çatıb - VİDEO
-
Vacib və labüd əhəmiyyət daşıyan antiterror tədbirləri
-
Bəzi ərazilərdə qaz olmayacaq - XƏBƏRDARLIQ
-
İpoteka ilə ev almaq istəyənləri sevindirəcək xəbər - Bu ərazidə...
-
“Zelenski Rusiya ilə razılığa gəlməli olacaq“ - Tramp
-
Qəbristanlıqlarla bağlı xaos: İdarəetmə bələdiyyələrə verilə bilərmi?
-
“İtaliya Rusiyanın hücumuna hazır deyil“ - Müdafiə naziri
-
Azərbaycandan 4 ölkəyə məhdudiyyət - Mallar geri qaytarıldı
-
Şanlı Qələbələr ayı
-
BƏƏ Prezidentinin Azərbaycana rəsmi səfəri başa çatdı - FOTO
-
Leysan olacaq, şimşək çaxacaq - Sabahın havası
-
Ali Məhkəmənin hakimi təqaüdə yola salındı - FOTO
-
İlham Əliyevin adından BƏƏ Prezidentinin şərəfinə rəsmi nahar verildi - FOTO
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Prezidentlər Cıdır düzündə Qarabağ atlarının şousunu izləyiblər - FOTOLAR
-
Nazirlik Nigar Köçərlinin kitablarını müsadirə edib? - Rəsmi açıqlama
-
“Veysəloğlu-Distribusiya“ ucqar kəndlərdə məktəblilərə dəstəyini davam etdirir - FOTOLAR
-
Prezidentlər Milli Xalça Muzeyinin Şuşa filialında olublar - FOTOLAR
-
“Qarabağ”ın gəncləri “Benfika”ya uduzdu - 1:7
-
Azərbaycanda az iş saatı ilə yüksək maaş alan sahələr - CƏDVƏL
-
Tramp bu nəşri məhkəməyə verdi - 15 milyard dollar tələb edir
-
Güllələnmiş heykəllərə baxdılar - FOTOLAR
-
Məktəbli bıçaqlanaraq öldürüldü - Sinif yoldaşı saxlanıldı
-
DOST işçiləri arasında dava: Süpürkəçi həmkarını vurdu
-
“Vaxt olur, Səmiyyəyə yemək almağa imkanım çatmır, kömək edin” - MÜRACİƏT
-
Prezidentlərin Şuşada geniş tərkibdə görüşü oldu - FOTOLAR
-
Leysan yağacaq, şimşək çaxacaq - Sabahın havası
-
BƏƏ Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi oldu - FOTOLAR
-
Azərbaycan gələn il nə qədər borc alacaq və nə qədər qaytaracaq? - MƏBLƏĞ
-
Vəkil olmaq istəyənlərin nəzərinə - Qanun dəyişir
-
Maliyyə Nazirliyinin işçiləri “gecələr niyə yatmırlar?” - Təfərrüat
-
Bir evdən məktəbə yola düşən 6 uşaq... - FOTO
-
İlham Əliyev BƏƏ Prezidentini Füzulidə qarşıladı - Fotolar
-
“Buraxılış imtahanında yeni test modeli tətbiq ediləcək“ - Məleykə Abbaszadə
-
Tanınmış idmançı vəkilinin pulunu vermədi - Məhkəmədə uduzdu
-
Faiq Ağayev canlı efirdə aparıcı Zümrüdü tənqid etdi - VİDEO
-
Bakının mərkəzindəki gecə klubu bağlandı - VİDEO
-
Gələn il Azərbaycanda inflyasiya azalacaq - RƏSMİ
-
Uğursuz göz əməliyyatından sonra əlil oldu - TƏFƏRRÜAT
-
Azyaşlı övladı Fransada əllərindən alınan azərbaycanlı qadından açıqlama - VİDEO
-
Bu iki səfirliyin Azərbaycanda vergi borcları var - 250 min manat
-
Yasamal rayon 286 saylı məktəbdə summativ pulu yığılır? - İDDİA
-
Qafqaz İslam Ordusu Bakını necə xilas etdi? - 107 il öncənin tarixi həqiqəti
-
Feldşer Müdafiə Nazirliyini məhkəməyə verdi - Əvvəl uddu, sonra uduzdu
-
Avro yenidən 2 manatı keçdi - Rəsmi məzənnələr
-
İsrail genişmiqyaslı hücuma başladı - Qəzzanı ələ keçirmək istəyir
-
Bakıda böyük dəyişiklik başlayır: Hansı ərazilər yenidən qurulacaq? (VİDEO)
-
Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar
-
“Benfika“ya qarşı çəkinmədən oynayacağıq“ - Qurban Qurbanov
-
Prezident o evlə bağlı tapşırıq verdi - VİDEO
-
“İlon Mask “Tesla” səhmlərini 1 milyard dollara aldı” - “Bloomberg”
-
Keyfiyyətli təhsil ucuz başa gələ bilməz - NAZİR
-
Bu ərazilərdə qaz kəsiləcək - XƏBƏRDARLIQ
-
Bu ərazilərdə qaz kəsiləcək - XƏBƏRDARLIQ
-
Türk əsilli Sinan Selen gizli xidmətin rəhbəri oldu - Almaniyada tarixi ilk
TOP 10
ARXİV