“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Beyləqanda Dövlət Suverenliyi Günü ilə bağlı tədbir keçirildi - Fotolar

Tarix 17.09.25, 14:22

Font ölçüsü : - / +
bitmap-img6


Bu gün Beyləqanda Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbir keçirilib. 

AzFakt.com xəbər verir ki, tədbirdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, RİH başçısı aparatının əməkdaşları, idarə və müəssisə rəhbərləri və əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbiri giriş nitqi ilə açan Ə. Əzizov 20 Sentyabr - Dövlət Suverenliyi Gününün Azərbaycan tarixindəki əhəmiyyətindən, müstəqil dövlətçiliyimizin möhkəmlənməsində həlledici rolundan danışıb. RİH başçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın suverenliyinin gücləndirilməsi, milli maraqların qorunması istiqamətində qətiyyətli addımlar atıldığını, 44 günlük Vətən müharibəsində əldə olunan qələbədən sonra 2023-cü il 19-20 sentyabr tatixində həyata keçirilən antiterror əməliyyatlarının ölkəmizin ərazi bütövlüyünün və suveren hüquqlarının tam təmin edilməsinə xidmət etdiyi diqqətə çatdırıb. Ə.Əzizov Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa-quruculuq işləri barədə də danışaraq, bütün bunların qazanılan Qələbələrin nəticəsi olduğu vurğulayıb.

Daha sonra Beyləqan Rayon Ağsaqqallar Şurasının sədri Etibar İmanov, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin Beyləqan rayon nümayəndəsi Məhəmməd Qələndərov və Mil-Muğan Regional Təhsil İdarəsinin Beyləqan rayon təhsil sektorunun müdiri Elvin Abbasov da çıxış edərək, tariximizin bu əlamətdar gününün Azərbaycanın dövlətçilik tarixində xüsusi önəm daşıdığını, ərazi bütövlüyünü tam bərpa edən Azərbaycan dövlətinin hazırda müstəqilliyinin ən gözəl günlərini yaşadığını diqqətə çatdırıblar.

Tədbir iştirakçıları Dövlət Suverenliyi Gününün əhəmiyyətini bir daha dəyərləndirərək, Azərbaycanın suverenliyinin qorunmasının və inkişafının hər bir vətəndaş üçün prioritet olduğunu vurğulayıblar. 





Xəbərin oxunma sayı : 190




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap