“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

“Zəngəzur dəhlizinin açılması ilə tranzit ticarət artacaq“ - Türkiyəli nazir

Tarix 18.09.25, 11:51

Font ölçüsü : - / +
bitmap-img6


Zəngəzur dəhlizinin açılması ilə Uzaq Şərqdən başlayaraq Avropaya uzanan Orta Dəhlizin canlanması və tranzit ticarətin artması mümkün olacaq.

"Report" Türkiyə KİV-ə istinadən xəbər verir ki, bunu Türkiyənin ticarət naziri Ömər Bolat Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər Birliyinin (TÜİB) Ankarada təşkil etdiyi "Körpü Azərbaycan - Türkiyə iqtisadi əlaqələri qala gecəsi"ndə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Türkiyə Azərbaycanla iqtisadi əlaqələrində inteqrasiyanı, yəni bütövlüyü hədəfləyir:


"İki dövlət, bir millət olan Türkiyə və Azərbaycan xalqları qardaşlıqdan da artıq bir yaxınlıq içərisindədir. Azərbaycandakı Türkiyə sevgisi tamam başqa bir şeydir, bunu şəxsən hiss edib, şahidi olmuşam. Nə xoş ki, hər iki ölkənin insanları sanki öz ölkələrində başqa bir vilayətə gedirmiş kimi çox rahat hərəkət edirlər. Uçuşlar çox sıx, məsafələr qısa, vaxt azdır və can Azərbaycan 32 illik işğaldan Qarabağı azad edib. İndi isə orada çox böyük bir investisiya qoyuluşu və yenidənqurma fəaliyyəti həyata keçirilir".

Türkiyəli nazir Azərbaycanın əhəmiyyətli bir strateji keçid nöqtəsi olduğunu vurğulayıb:

"Türkiyə xüsusilə enerji sahəsində Azərbaycandan xammal idxal edir. Biz sənaye məhsullarında və xidmətlərdə də Azərbaycana dəstək oluruq. Mərkəzi Asiyaya, Uzaq Şərqə açılarkən Azərbaycan bizim üçün çox mühüm bir strateji keçid nöqtəsidir. Zəngəzur dəhlizinin açılması ilə yaxın zamanda Türk dünyasının coğrafi baxımdan da bir-biri ilə bütövləşməsi, iqtisadi əlaqələrin inkişafı, Uzaq Şərqdən başlayaraq Avropaya uzanan Orta Dəhlizin canlanması və tranzit ticarətin artması mümkün olacaq".



Xəbərin oxunma sayı : 148




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap