“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Rusiyada döyüşlərə məcburi cəlb edilən azərbaycanlılar nə etməlidirlər? - VİDEO

Tarix 17.07.25, 10:40

Font ölçüsü : - / +
bitmap-img6


Rusiyada döyüşlərə məcburi cəlb edilən azərbaycanlılar nə etməlidirlər?
Rusiyanın müxtəlif şəhərlərində yaşayan azərbaycanlıların bir qismi Rusiya-Ukrayna müharibəsinə müxtəlif yollarla cəlb olunur. Kimsə maaş və vəd edilən güzəştlər üçün, kimisi isə sadəcə zor tətbiq edilməklə, hədələnməklə və deportasiya riski ilə üz-üzə qaldığı üçün razılaşır.

Onlardan bəziləri artıq geri dönməyib, ölüm xəbərləri yayılıb, yaxınlarına cənazələri verilib.

Xezerxeber.az-ın məlumatına görə, Rusiya tərəfindən Ukraynada döyüşən və öldürülənlərdən biri də Zərdab sakinidir. Rayonun Məlikli kənd sakini Fəxri Hacıyev düz 52 yaşında döyüş meydanına aparılıb. O, hərbi əməliyyat zamanı döyüşdə öldürülüb. Mərhumun qarşdaşı Ziyəddin Hacıyev isə bildirir ki, qardaşı ani vəziyyətdə hərbiyə cəlb edilib. Nə baş verdiyini heç özləri də tam anlaya bilməyiblər. O, qardaşının zorla döyüşlərə cəlb edildiyini ehtimal edir.

Rusiyanın hərbi sistemində qeyri-rus millətlər, o cümlədən azərbaycanlılar daha çox "alət" kimi istifadə olunur. Onlara hərbi təlim verilir, bəzi hallarda məxfi əməliyyatlara cəlb olunurlar. Çətin vəziyyətlə üzləşən vətəndaşlarımız isə bu şərtlərlə razılaşmağa məcbur edilirlər.

Bəzi hallarda həmyerlilərimiz, bilmədən və ya çarəsizlikdən Rusiya hərbi sisteminə qoşularaq sonradan ciddi çətinliklərlə üzləşirlər. Onlar hazırlıq düşərgələrindən, təlim paliqonlarından, hətta döyüş bölgələrindən ailələri ilə əlaqə saxlayaraq yardım istəməyə çalışırlar. Elə Goranboy rayonunun Borsunlu kənd sakini Şəhruz Əliquliyevin yayımladığı video da bu vəziyyətin bariz nümunəsidir. O, Rusiya ordusuna qoşulduqdan sonra çətin duruma düşdüyünü bildirərək ictimaiyyətdən və aidiyyəti qurumlardan kömək istəyib.

Rusiyada çətin vəziyyətdə yaşayan və müharibəyə göndərilən azərbaycanlılar çox vaxt bu cür kömək çağırışları edirlər. Aidiyyəti qurumlar da bildirir ki, belə hallarla üzləşən şəxslər dərhal ölkəmizin diplomatik nümayəndəliyinə, aidiyəti qurumlara məlumat verməlidir. Həmçinin bu prosesləri ictimailəşdirməlidirlər.

Qeyd edək ki, məhz aidiyyəti qurumlara vaxtında məlumat verilməsi nəticəsində təzyiqlə hərbi təlimlərə cəlb olunan azərbaycanlılar arasında geri qayıdanlar da var. Belə ki, Çeçenistanda saxlanılan və Ukraynaya göndəriləcək 3 Azərbaycan vətəndaşı, Azərbaycan XİN-in vaxtında müdaxiləsi ilə ölkəyə gətirilib.

Xatırladaq ki, Azərbaycan qanunvericiliyinə əsasən, xarici ölkənin ərazisində - xüsusilə vətəndaşı olmadığın bir dövlətin ordusunda - muzdlu kimi döyüşmək qadağandır. Cinayət Məcəlləsinə görə, belə şəxslər ağır həbs cəzası ilə cəzalandırıla bilər.

Bənzər hallar əvvəllər də yaşanıb. Xarici ölkələrdəki qanunsuz silahlı dəstələrin tərkibində döyüşənlər Azərbaycanda məhkəmə qarşısına çıxarılaraq ağır həbs cəzası alıblar. Belə halın Rusiya tərəfindən döyüşlərə könülü qatılan Azərbaycan vətəndaşlarına qarşı da təkrarlanacağı istisna edilmir. Odur ki, döyüşə gedərkən 2  yox, 3 dəfə düşünmək lazımdır.






Xəbərin oxunma sayı : 334




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap