“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Piyadanın öldüyü qəza ilə bağlı hökm - Sürücülük vəsiqəsi yox imiş

Tarix 15.07.25, 12:51

Font ölçüsü : - / +
bitmap-img6


Biləsuvarda avtomobillə piyadanı vuraraq ölümünə səbəb olan sürücü hakim qarşısına çıxarılıb. İstintaq zamanı müəyyən olunub ki, sürücünün sürücülük vəsiqəsi olmayıb.

Musavat.com xəbər verir ki, hadisə Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün inşa edilmiş 3 saylı qəsəbə ərazisində qeydə alınıb.

İmişli rayonu, Qızılkənd kənd sakini, 1998-ci il təvəllüdlü Elçin Heydarlı idarə etdiyi “Mercedes” markalı avtomobillə 1988-ci il təvəllüdlü Hörmət Nurullayevi vurub. Piyada aldığı xəsarətdən hadisə yerində ölüb.

İstintaq zamanı müəyyən edilib ki, Elçin Heydarlının sürücülük vəsiqəsi yox imiş. Elçin ifadəsində deyib ki, yolda olan zaman idarəetməni itirdiyi üçün yol kənarı ilə gedən 3 piyadadan birini vurub.

Onun sözlərinə görə, hadisə yerində piyadanın öldüyünü başa düşdüyü üçün qorxub. Buna görə də piyadanın yanında olan şəxslərdən təcili yardım çağırmasını istəyib. Özü isə polis şöbəsinə gedərək təslim olub. Baş verən hadisəyə görə peşman olan Elçin mərhumun ailəsi ilə barışdığını deyib.

Məhkəmədə hüquqi varis kimi dindirilən mərhumun qardaşı bildirib ki, təqsirləndirilən şəxsdən şikayətçi deyillər.

Məhkəmənin hökmü ilə Elçin barəsində 5 il azadlıqdan məhrumetmə cəzası təyin edilib. Elçin cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.



Xəbərin oxunma sayı : 352




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap