“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Serftifikasiyadan kəsildi, məktəbə texniki işçi kimi düzəlmək istədi - Dələduzluğun qurbanı oldu

Tarix 11.07.25, 18:17

Font ölçüsü : - / +
bitmap-img6


Ağcəbədidə müəllimlərin serftifikasiya imtahanından kəsilən ibtidai sinif müəllimi işlədiyi məktəbə yenidən işə düəzlmək istəyərkən dələduzluqla üzləşib. 

Qaynarinfo-nun əldə edtydiyi məlumata görə, imtahandan kəsildiyi üçün işdən çıxarılan həmin şəxsin atası Elnur adlı tanışına qızının işdən çıxarıldığını bildirib. Elnur isə ona qızını yenidən işlədiyi məktəbdə texniki işçi kimi işə düzəldə biləcəyini deyib. Bunun müqabilində isə 2000 manat pul istəyib. Deyilən məbləğ Elnura verilsə də, vədini yerinə yetirməyib. 

Elnur başqa bir şəxsin adına 3950 manat kredit götürüb ödəmədiyinə görə barəsində hüquq-mühafizə orqanlarına şikayət edilib. Həmin şəxs saxlanılıb və ona Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə ittiham elan edilib. Həmçinin məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. 

Cinayət işinə Ağcəbədi Rayon Məhkəməsində hakim Rəşad Nuriyevin sədrliyi ilə baxılıb. Elnur məhkəmədə verilmiş ittihamla özünü təqsirli bildiyini deyib. Təqsirləndirilən şəxs dəymiş ziyanı ödəyəcəyini deyərək məhkəmdən yüngül cəza verilməsini xahiş edib.   

Məhkəmənin hökmü ilə ilə ona 2 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib.



Xəbərin oxunma sayı : 277




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap