“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Bakıda nəqliyyatın intensiv hərəkət etdiyi körpü qəzalı vəziyyətdədir? - VİDEO

Tarix 03.07.25, 9:00

Font ölçüsü : - / +
bitmap-img6


Bakıda nəqliyyatın intensiv hərəkət etdiyi körpü qəzalı vəziyyətdədir?
Bakıda ən çox istifadə olunan körpülərdən birində təhlükəli vəziyyət yarandığı bildirilir.

Xezerxeber.az-ın məlumatına görə, söhbət Bakıda metronun "Koroğlu" stansiyasının yaxınlığında yerləşən və "Koroğlu körpüsü" kimi tanınan körpüdən gedir. Sosial şəbəkələrdə yayılan kadrlarda körpünün çatladığı və təhlükəli vəziyyətdə olduğu iddia edilir. Sürücülərin sözlərinə görə, hər hansı az hərəkətlilik burada ağır nəticələrə səbəb ola bilər.

Sürücülər deyirlər ki, sözügedən körpü Bakıda ən çox istifadə edilən yolun üzərində yerləşir və burada hər gün nəqliyyat sıxlığı yaşanır.

Maraqlıdır ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən körpüdə təhlükəli vəziyyət yaranmadığı bildirilir. Qurumdan "Xəzər Xəbər"ə bildirilib ki, körpüdə çat yoxdur. İnsanların narahatlığına səbəb olan görüntülərdəki isə körpünün konstruksiyasının birləşən hissəsidir.

Yol infrastrukturu və nəqliyyat üzrə ekspert Yasin Mustafayev isə deyir ki, qeyd olunan deformasiya şovudur, lakin normadan artıq genişdir.

Ekspertin sözlərinə görə, dəmir-beton konstruksiyalarda müəyyən məsafədənbir deformasiya şovu yəni, temperatur şovu qoylur ki, isti və soyuq havalarda genişlənmə və sıxılma zamanı həmin hissədə deformasiya baş versin. Bu olmadıqda bütün konstruksiya boyu çatlar baş verə bilər.





Xəbərin oxunma sayı : 235




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap