![]() |
|














Bir ildə 64 məktəb bağlanıb - Ekspertlərdən HƏYƏCAN TƏBİLİ
Tarix 29.06.25, 20:04 |
|

Azərbaycanda məktəblərin sayı azalıb. Rəsmi statistikaya görə, 2023-2024-cü tədris ilinin əvvəlində ölkədə 4 388 məktəb fəaliyyət göstərirdisə, 2024-2025-ci ildə bu göstərici 4 324-ə bərabər olub. Yəni bir il ərzində ölkədə olan məktəblərin sayı 64 ədəd azalıb. Rayonlar üzrə təhlillər göstərir ki, bəzi bölgələrdə məktəblərin fəaliyyətinin dayandırılması daha çox müşahidə olunub. Lerik rayonunda doqquz, Ağsu rayonunda səkkiz, Quba rayonunda yeddi məktəb bağlanıb. Füzuli, Qax, Yardımlı və Ağdaş rayonlarında dörd, Şamaxı, Şəmkir və Balakən rayonlarının hər birində üç məktəb fəaliyyətini dayandırıb. Məktəblərin bağlanmasının əksəriyyəti ibtidai təhsil pilləsində baş verib. Əgər 2023-2024-cü tədris ilində ölkə üzrə 292 ibtidai məktəb fəaliyyət göstərirdisə, bu il onların sayı 245-ə enib. Deməli, cəmi bir il ərzində 47 ibtidai məktəb fəaliyyətini dayandırıb.
AzFakt.com "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir:
"Məktəblərin hər birinə fərdi qaydada yanaşılır"
Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, millət vəkili Mehriban Vəliyeva bildirir ki, rasionallaşdırılmaya təqdim edilən məktəblərin hər birinə fərdi qaydada yanaşılır:
"Vətəndaşların yaşayış yerlərini dəyişmələri, şəhər və rayon mərkəzlərinə axın etmələri ilə əlaqədar bəzi yaşayış məntəqələrində məktəblərin şagird sayının azalması səbəbindən təbii şəkildə fəaliyyətini dayandırması və ya şagird sıxlığı nəticəsində yeni təhsil müəssisələrinin açılması zərurəti yaranır. Müəssisələrdəki şagird sayı və kadr təminatı məsələləri nəzərə alınaraq təhlillər aparılır. Məqsəd mövcud məktəb şəbəkəsinin optimallaşdırılması, mövcud resursların və ayrılan xərclərin səmərəli bölüşdürülməsi, eləcə də, daha dayanıqlı təhsil infrastrukturunun və keyfiyyətli təhsil mühitinin formalaşdırılmasıdır. Rasionallaşdırma prosesi zamanı bəzi məktəblərin fəaliyyəti dayandırılsa da, bəzi məktəblərin tipinin dəyişdirilməsi və ya birləşdirilməsi, eləcə də peşə təmayüllü siniflərin açılması həyata keçirilib. Ümumiyyətlə, rasionallaşdırılmaya təqdim edilən məktəblərin hər birinə fərdi qaydada yanaşılıb, bu müəssisələrdə təhsil alan şagirdlərin təhsil almaq hüququ və tədrisin fasiləsizliyi həmin və ya digər məktəbdə təmin edilir".
"Daha 130 məktəblə bağlı qərar veriləcək"
Millət vəkilinin sözlərinə görə, təhsil müəssisələrinin rasionallaşdırılmasında əhalinin artan dinamikası, coğrafi əlverişlilik, infrastruktur, ən yaxın məktəbə qədər məsafə, şagird və müəllim sayı, siniflərin komplektləşdirilməsi və digər meyarlar nəzərə alınır:
"2024-cü il üzrə 147 müəssisə rasionallaşıb. 2025-ci ildə 130-a qədər təhsil müəssisəsi ilə bağlı rasionallaşdırma tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulur".
"Proses davamlı olacaq"
Əməkdar müəllim Asif Cahangirov deyir ki, Azərbaycanda şagird sayı 30-dan az olan xeyli məktəb mövcuddur. Mütəxəssis hesab edir ki, həmin məktəblərin fəaliyyətini dayandırması qaçılmaz olacaq:
"Onların saxlanılması məqsədəmüvafiq deyil. Çünki kifayət qədər vəsait sərf olunur. Eyni zamanda, bu məktəblərdə əsasən, pedaqoji bacarıqları zəif müəllimlər çalışırlar. Yüksək bilik və bacarıqlara malik müəllimlər aşağı əməkhaqqı olan məktəbləri seçmirlər. Ona görə belə məktəblərdə rasionallaşdırma mütləq getməlidir və bu proses davamlı olacaq".
"Məktəblilər üçün xüsusi avtobuslar ayrılmalıdır"
Asif Cahangirovun fikrincə, rasionallaşdırma prosesində bir sıra məqamlar mütləq nəzərə alınmalıdır:
"Qənaət edilmiş vəsait təhsilin inkişafına, xüsusilə müəllimlərin əməkhaqqının artırılmasına yönəldilməlidir. Qərar qəbul edilərkən bütün infrastruktur problemləri həll olunmalıdır. İlk növbədə nəqliyyat məsələsinə diqqət yetirilməlidir, yollar şagirdlərin məktəbə gedib-gəlməsi üçün təhlükəsiz olmalıdır. Mən bu təcrübəni Polşada öyrənmişəm. Özüm də məktəbliləri daşıyan xüsusi avtobusu müşayiət etmişəm. Həmin avtobus bir neçə kənddən uşaqları məktəbə daşıyırdı. Beynəlxalq tələb budur ki, həmin avtobusların sürücüləri xüsusi hazırlıqdan keçməlidirlər. Avtobusda mütləq müşahidəçi müəllim olmalı, şagirdlərin daşınma qaydalarına riayət edilməlidir".
"Məktəblərin bağlanması bir ocağın, məbədin itməsi deməkdir"
Əməkdar elm xadimi, professor Şahlar Əsgərov isə məktəblərin bağlanmasına həssaslıqla yanaşmağı tövsiyə edir. Onun sözlərinə görə, məktəblərin sayında baş verən azalma cəmiyyət qarşısında yeni vəzifələr qoyur:
"Biz bu məsələnin üzərindən səssizcə keçməməliyik. Bu prosesin sosial və psixoloji aspektləri nəzərə alınmalıdır. Bu, yalnız təhsil məsələsi deyil, həm də sosial, iqtisadi və demoqrafik problemlər yarada bilər. Məktəblərin bağlanması bir ocağın, məbədin itməsi deməkdir. Sovet dövründə bu məktəblər təsadüfən tikilməmişdi. Bir sinifdə 30-35 uşaq eyni anda təhsil alırdı. Müəllim azlığı yox, sinif çatışmazlığı vardı. Amma indi mənzərə başqadır. Əslində Elm və Təhsil Nazirliyi bu vəziyyətlə bağlı həyəcan təbili çalmalıdır. Əgər biz məktəbləri səssizcə bağlasaq, təkcə məktəblər deyil, bütöv kəndlər boş qala bilər".
Şagirdlərin yaş qrupu nəzərə alınmalıdır
Təhsil eksperti Elçin Əfəndi bildirir ki, ümumtəhsil məktəblərində şagird sayı ilə bağlı ciddi disbalans müşahidə olunur: "Hazırda orta təhsil müəssisələrində bir milyon 600 min şagird təhsil alır. Elə məktəblər var, ümumi şagird sayı 20-yə çatmır. Belə olduğu halda, əlbəttə, tədbir görülməlidir. Bu baxımdan proses növbəti illərdə də davam edəcək".
Ekspert vurğulayır ki, məktəblərin bağlanması zamanı ilk növbədə nəqliyyat məsələsinin həlli vacibdir: "Çünki kəndlər, məktəblər bir-birindən xeyli aralı ola bilir. Nəqliyyat məsələsi həllini taparsa, məktəbləri birləşdirmək problem yaratmayacaq".
Xəbərin oxunma sayı : 196
Sosial
Xəbərlər
-
Saxta teleqram kanalının məlumatı təxribatdır - RƏSMİ
-
8 ildir yeni bina sakinlərə nə təhvil verilir, nə də kirayə haqqı ödənilir - ŞİKAYƏT
-
“Əhliman Gənciyevi dubinka ilə döyüb, elektroşokla işgəncə veriblər“ - Vəkilin AÇIQLAMALARI
-
Ov tüfəngi ilə qaynanası, arvadı və baldızını vurdu... - Hadisənin DETALLARI
-
Yekaterinburqda 2 qardaşı öldürülən Seyfəddin Hüseynlidən yeni açıqlama - VİDEO
-
Bakı-Qəbələ qatarlarından istifadə edənlərin NƏZƏRİNƏ
-
Trampdan Maskla bağlı yeni açıqlama: “O, əla oğlandır”
-
Yekaterinburqda məhkəmə şousu başa çatdı - Kimlər həbs edildi? + FOTOLAR
-
Bir ildə 64 məktəb bağlanıb - Ekspertlərdən HƏYƏCAN TƏBİLİ
-
Çinə viza rejimi ləğv ediləndən sonra aviabiletlər bahalaşıb? - VİDEO
-
Ukrayna müharibəsi 2026-cı ilə qədər davam edə bilər - CNN
-
Özünü vəkil kimi təqdim edən Səbiyyə Panəliyevanın dələduzluğu davam edir - “Bir dur deyən yoxdur“
-
“Emerald” hotelində şok olay: Otağına çağırdığı qadın kişi çıxdı….
-
“Faşist Putin hakimiyyətini pisləyirik“ - Aygün Attar
-
İcra başçısı-qadın sahibkar qalmaqalı: mülk dağıdanların milyonluq mülkləri - VİDEO
-
Klublarımızın yay planları: Kim gəlir, kim gedir?
-
Azərbaycan parlamentinin nümayəndə heyətinin Rusiyaya səfəri ləğv edildi - RƏSMİ
-
“Vətən Bağı“ İB Naxçıvanda “Narkotikə yox“ layihəsinə start verdi - FOTOLAR
-
Mehrab Xəlilovun rəhbəri olduğu “Jobs” MMC vətəndaşları aldadıb - VİDEO
-
“Rusiyanın yay hücumu uğursuzluğa düçar olur“ - The Telegraph
-
Unudulmuş Nobel laureatı və sovet Rusiyası - Siqrid Unsetin acı müşahidələri
-
Füzulidə kanalda batan şəxsin axtarışları davam edir - VİDEO
-
Yekaterinburq məhkəməsi Akif Səfərovu həbs etdi - 22 günlük
-
Azərbaycanda Rusiya ilə bağlı mədəni tədbirlər ləğv edilir - Rəsmi
-
Lənkəranda hadisə: İş adamı xəstəxanalıq oldu, saxlanılan var
-
FTX-nin əməliyyatı quduz itin hərəkəti kimi qiymətləndirilməlidir - DEPUTAT
-
Bəzi yerlərdə yağış yağacaq, şimşək çaxacaq - Sabahın havası
-
Naxçıvanda ağır qəza: Məmur və ər-arvad öldü (FOTO)
-
“Makron və Merts sağlam düşüncələrini tamamilə itiriblər” - Lavrov
-
Eyni məhsul, kəskin qiymət fərqi: “Bahadırsa, almayın“
-
İran aylar ərzində uranın zənginləşdirilməsini bərpa edə bilər - Qrossi
-
Mərkəzi Bankdan yeni QAYDALAR: Kredit əldə etmək sosial şəbəkə aktivliyinizdən asılı ola bilər
-
Bakıda bərbad vəziyyətdə olan bəzi yolların “bəxt“i niyə açılmır? - VİDEO
-
Yekaterinburqda saxlanılan azərbaycanlıların məhkəməsi başladı - Fotolar
-
Azərbaycanda gəlinliklərin baha olmasının səbəbi nədir? - VİDEO
-
Qayınanasını öldürdü, arvadı ilə baldızını yaraladı - Masallıda dəhşətli hadisə
-
Biləcəridə yol problemi - Səkilər yoxdur, maşınlar küçəyə park olunur
-
Eyni Rusiya, eyni ssenari: Şovinizm və qəddarlıq
-
“Ziraat Bank Azərbaycan“ geriləyir - Əhali pullarını geri götürür
-
Bakıda gənc “lyuk“a düşməyib, yol çöküb - VİDEO
-
35 nəfərin zəhərləndiyi “Dönər evi“ yenidən açıldı - Jurnalistlərə hücum etdilər (VİDEO)
-
Rusiyada azərbaycanlılara qanlı OMON hucumunun şahidləri danışdı - VİDEO
-
Göygöldə sərxoş şəxs polisin silahını götürmək istəyib - TƏFƏRRÜAT
-
Azərbaycanda hansı bölgədə nə qədər bankomat var? - Siyahı
-
İsrailin raket zərbələri nəticəsində öldüyü deyilən Əli Şamxani üzə çıxıb - FOTO
-
“QAZel”in içindəki palçığı bizə yedizdirmək istəyirdilər - Vüqar Səfərov
-
675 min manat vergi borcu olan hospitalda qanuni təmsilçi “oyunu” - Üçüncü dəyişiklik
-
Rusiyada iki qardaşı öldürülən Seyfəddin Hüseynli: Digər yaxınlarımız hazırda təzyiq altındadır
-
Hansısa bir şirkət viza ilə bağlı qarantiya verirsə, bu, cəfəngiyatdır - AÇIQLAMA
-
Ən çox sosial yardım bu rayona verilir - STATİSTİKA
-
Rusiyalı diplomat Azərbaycan XİN-ə çağırıldı - Kəskin etiraz bildirildi
-
Yetkinlik yaşına çatmayan qız 27 yaşlı oğlanla ailə qurdu, atası polisə xəbər verdi - TƏFƏRRÜAT
-
Ukrayna kəşfiyyatından daha bir uğurlu əməliyyat - 4 ədəd Su-34 qırıcısı məhv edildi
-
Rusiyada öldürülən azərbaycanlıların sayı 5-Ə ÇATDI
-
Əcnəbilər Azərbaycan banklarına nə qədər pul qoyub?
-
“Bu, Azərbaycan-İran münasibətlərinə xələl gətirmək məqsədi daşıyır” - XİN
-
Tramp təkzib etdi: Bu insanlar xəstədir!
-
28 il əvvəl satdığı maşının cərimələri adına gəlir... VİDEO
-
Baş yepiskop Paşinyanı devirməyə hazırlaşırmış - İttihamlar açıqlandı
-
Çin hərbi potensialını görünməmiş sürətlə artırır - ABŞ generalı
-
Rusiyada öldürülən qardaşların əmisi oğlu da QƏTLƏ YETİRİLDİ
-
İran vurulan nüvə obyektlərində işlərə başlayıb - Peyk görüntüləri yayılıb + FOTO
-
Zaqatalada təhlükəli vəizyyət: 100-dən çox ev su altında qala bilər (FOTO)
-
Azərbaycan XİN bəyanat yayıb - Rusiyada azərbaycanlılara hücumlarla bağlı
-
Bostanlarda yığılan qarpız yerində neçəyədir? - VİDEO
-
Yay tətilinə gedən tələbələr kirayə qaldıqları evləri bu səbəbdən boşaltmır - VİDEO
-
Göyçay sakinləri illərdir yolsuzluqdan əziyyət çəkir - ŞİKAYƏT
-
Bu sosial şəbəkədən hesablar kütləvi şəkildə oğurlanır - XƏBƏRDARLIQ
-
İrəvan məhkəməsindən qərar:Arxiyepiskop Mikael Acapaxyanı həbs edildi
-
Fars körfəzi regionunda radiasiya səviyyəsi normal həddədir - AEBA
-
Azərbaycanda özündən böyük kişilərlə evlənən qızların sayı çoxalır - VİDEO
-
“Münaqişə zamanı həm İran, həm də İsrail vurulub“ - Tramp
-
Bakı-Tbilisi-Qars layihəsində əməkdaşlıqla səmərəliliyi artıracağıq - Hakan Fidan
-
“İranın ermənipərəst səfiri ilə bağlı lazımi addımlar atmasını gözləyirik“ - XİN
-
“Ukrayna ilə danışıqların növbəti raundunu İstanbulda keçirməyə hazırıq“ - Putin
-
Sosial şəbəkədə yayılan suallardan imtahanda istifadə edilməyib - Rəsmi
-
Azərbaycanda sabit tarif dövrü başlayır: Kim nə qədər ÖDƏYƏCƏK...
-
İsrail ordusunun 7 əsgəri pusquya düşərək öldürüldü - VİDEO
-
Maşınlarını işçilərə yudurdan direktor və müavini - Cəzalandırılacaq
-
Ermənistanda kilsə tərəfdarları ilə xüsusi təyinatlılar arasında toqquşma - VİDEO
-
Xalasının telefonunu 940 manata satdı - Pulu bir günə xərclədi
-
Ən çox sosial yardım bu rayona verilir - STATİSTİKA
-
Mingəçevrdi mənzillər necə obyəktə çevrildi? - FOTOLAR
-
Yaxşı mütəxəssis çoxdur, güvənən yoxdur - Kənarda qalan yerli məşqçilər
-
“Cibinə siqaret al, qoy” deməsi üstündə qətl... - 20 illik dostunu öldürüb
-
Prezident Azərbaycan-İran əlaqələrinə xələl gətirmək istəyənlərdən danışdı - FOTO
-
Bağı narkotik plantasiyasına çevirib, videokameralarla izlədi - Göyçayda
-
Azərbaycan iqtisadiyyatı orta hesabla 2,5 % artacaq - Yaxın beş ildə
-
37 dərəcə isti olacaq - Sabahın havası
-
Bölgələrdə taksilər niyə bahalaşdı? - Açıqlama
-
Hər 1 manat Yağmurun həyatını xilas edə bilər - MÜRACİƏT
-
“Məni alan cekpot udub, hərtərəfli qızam“ - Qumral
-
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı inkişaf etdirilir - Müdafiə Nazirliyi
-
Ronaldo “Əl-Nəsr”də qaldı - Rekord məbləğ alacaq
-
Çıxarışı olmayan mənzillərlə bağlı vacib xəbər - VİDEO
-
“Azərbaycanfilm” və yaxın yaşayış binasına ziyan dəyib - RƏSMİ
-
Prezident yeni səfirləri qəbul etdi - FOTOLAR
-
DİN və Dövlət Komitəsindən Məhərrəm ayı ilə bağlı - Müraciət
-
Uşaqlar arasında “beşinci xəstəlik“ yayılıb - Nə etməli?
-
Meloni qəribə davranışları ilə yenidən gündəmdə - VİDEO
-
Gümüş bahalaşmaqda davam edir - VİDEO
-
Ukrayna iqtisadiyyatı çökmək üzrədir - “Vaşinqton Post“
-
Mobil təhlükə artır: “SMS Blaster“ fırıldağı sürətlə yayılır
-
Bu adamlar yumurta yeməməlidir - Səbəbi AÇIQLANDI
-
ABŞ Çinlə ticarət razılaşması imzalayıb - TRAMP
-
“40 min manat ziyandayam“ - Arıçılar çətin vəziyyətdə - VİDEO
-
Tibb qardaşı klinikada travmatoloq işləyirmiş... - VİDEO
-
Rüsumlar ABŞ-yə 88 milyard dollar gəlir gətirib - Tramp
-
Partlayış kinostudiyanın anbarında baş veribmiş - Mədəniyyət Nazirliyi
-
Azərbaycanda ət bahalaşacaq - SƏBƏB
-
Narkotikə “yox” deyək - DİN-dən yeni sosial çarx
-
Yol kənarında ağaclara su verən texnikalar avtomobillərə təhlükədir? - VİDEO
-
Xətai rayonunda qanunsuz tikintiyə hansı məmur icazə verib? - FOTOLAR
-
“Normallaşma müzakirələri davam edir“ - Ermənistan XİN
-
Tatların yaşadığı kənddə nələr gizlədilib? - Sirli evlər, diqqətçəkən adətlər
-
Deputat başqasına məxsus obyekti gizlicə nazirin qaynatasına satıb - QALMAQAL
-
İrana hücum zamanı öldürülən yüksək rütbəli hərbi komandanlar - SİYAHI
-
Polkovnik generalı əvəzlədi - MN-də daha bir dəyişiklik
-
Azərbaycanda evlənənlərin yaş fərqi: 29 yaşlı gəlinlə 60 yaşlı bəy...
-
Yağacaq, şimşək çaxacaq - Sabahın havası
TOP 10
ARXİV