“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Özünü vəkil kimi təqdim edən Səbiyyə Panəliyevanın dələduzluğu davam edir - “Bir dur deyən yoxdur“

Tarix 29.06.25, 19:00

Font ölçüsü : - / +
bitmap-img6


Özünü vəkil kimi təqdim edən Səbiyyə Panəliyeva vətəndaşlara külli miqdarda ziyan vurub.

Bu barədə AzFakt.com-un redaksiyasına Səbiyyə Panəliyevanın dələduzluqları barədə şikayətlər daxil olub.

Şikayətçinin sözlərinə görə, ümumilikdə 10-12 nəfər zərərçəkmiş adamın olduğu məlumdur. 

"Tək məndən 1025 manat pul alıb, digər şəxslərdən alınan vəsait isə daha böyükdür. 12 min manat, 7 min manat və s. Araşdırmalardan sonra müəyyənləşdirdik ki, Səbiyyə Panəliyeva heç vəkil də deyilmiş. Zərərçəkmişlərin bir hissəsi rəsmi şəkildə də şikayət ediblər. Mənim bank problemlərim var idi hüquqi yardıma ehtiyacım oldu, "İnstagram" sosial şəbəkəsində "bhkm_huquq_merkezi" adlı səhifə qarşıma çıxdı, onlara müraciət etdim. 1025 manat pulumu alsa da, faktiki heç bir iş görmədi. Hər yerə şikayət etmişik, bir dur deyən yoxdur, yenə də vətəndaşları aldatmağa davam edir". 

Digər bir şikayətçi isə Səbiyyə Panəliyeva tərəfindən 3100 manat aldadıldığını bildirir. 

"Bizə viza lazım idi, bunun üçün Səbiyyə Panəliyeva müraciət etdik. 3100 manat da ödəniş etdik, lakin sonradan aldadıldığımızı anladıq, hazırda isə bir çox yerlərə şikayət etmişik. Pulumuzu ala bilmirik".

Açıklama yok.

Digər şikayətçi isə Daşkəsən rayon sakinidir. Onun sözlərinə görə, özünü hüquqşünas vəkil kimi təqdim edən Səbiyyə Panəliyeva 6120 manat pulunu mənimsəyib.

"Mənim bank işlərimə kömək edəcəyini vədd etmişdi, sonra məlum oldu ki, ümumiyyətlə vəkil deyil, Sonradan rəsmi şikayət etdik, pulu geri qaytaracağına söz versə də, hər gün bir bəhanə ilə bizi aldadır". 

Açıklama yok.

Məsələ ilə bağlı Vəkillər Kollegiyasından bildirilib ki, barəsində şikayət olunan Panəliyeva Səbiyyə İlham qızı Vəkillər Kollegiyasının üzvü deyil. Qeyd olunub ki, həmin şəxslə bağlı əvvəllər də Kollegiyanın Rəyasət Heyətinə daxil olmuş müraciətlər üzrə tərəfimizdən vətəndaşlara izahlar verilib, şikayətləri aidiyyəti hüquq-mühafizə orqanlarına göndərilib.

Bildirək ki, bir müddət əvvəl özünü "hüquq müdafiəçisi" kimi təqdim edən  Səbiyyə Panəliyevanın dələduluğu ilə bağlı vətəndaşlar "Xezerxeber" televiziyasına şikayət etmişdilər. 




Xəbərin oxunma sayı : 289




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap