“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Xalasının telefonunu 940 manata satdı - Pulu bir günə xərclədi

Tarix 27.06.25, 17:39

Font ölçüsü : - / +
bitmap-img6


Qonaq getdiyi evdə bir gecə qalan 18 yaşlı gənc xalasının mobil telefonunu oğurlayıb. 3400 manat dəyəri olan telefonu 940 manata satan gənc həmin məbləği bir günə xərcləyib.

Musavat.com xəbər verir ki, hadisəni törədən Məhəmmədin 18 yaşı tamam olub.

Bu, onun ilk cinayət əməli olmayıb. Belə ki, Məhəmməd həmin ərəfədə başqa bir oğurluq və soyğunçuluq əməli törətdiyi üçün barəsində olan cinayət işi üzrə araşdırma gedirmiş. Həmin zaman onun barəsində həbs qəarı seçilməyibmiş.

Məhəmməd hadisə günü Xırdalanda yaşayan xalasıgilə qonaq gedib. Gecə yatdığı otaqda xalasının mobil telefonunu stolun üstündən götürərək evdən çıxıb. O, siqaret almağa getdiyini deyib. Həmin telefonu “20 Yanvar” metrostansiyasının yaxınlığında 940 manata satıb.

Məhəmməd deyib ki, əldə etdiyi pulu həmin gün şəxsi ehtiyaclarına xərcləyib. Törətdiyi əməldən peşman olduğunu deyən Məhəmməd bildirib ki, xalası onu bağışladığı üçün barəsində yüngül cəza təyin edilməsini istəyir.

Təqsirləndirilən şəxs bu əməlinə görə 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Bu müddət ərzində elektron qolbaq gəzdirəcək. Onun barəsində digər cinayət işi üzrə istintaq davam edir.



Xəbərin oxunma sayı : 259




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap