![]() |
|














İcra başçısı-qadın sahibkar qalmaqalı: mülk dağıdanların milyonluq mülkləri - VİDEO
Tarix 29.06.25, 17:52 |
|

Gədəbəyin Aytala kəndində sahibkar Lalə Sultanovaya məxsus tikililərin rayonun memarı Əlövsət Bayramovun göstərişi ilə söküldüyünü xəbər vermişdik. Sahibkar bildirmişdi ki, Gədəbəy Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən heç bir məhkəmə qərarı olmadan konstruksiya ilə yığılmış “A-Frame” tipli 2 ev və 8 söhbətgahı uçurulub. Əmlaklarının dağıdılması nəticəsində Lalə Sultanovaya ümumilikdə 60 min manat ziyan dəyib.
Materialda həmçinin qeyd olunurdu ki, Gədəbəy rayon İcra Hakimiyyətinin memarı Əlövsət Bayramov vəzifəsindən sui-istifadə edərək Başkənd gölünün ərazisində özü üçün restoran tikdirib. O, restorana qanunsuz olaraq qaz xətti də çəkdirib.
L.Sultanovanın sözlərinə görə, icra hakimiyyəti nümayəndələri onun xüsusi mülkiyyətində olan torpaq sahəsinə icazəsiz daxil olublar:
“İyunun 9-da biz dağa gəzməyə getmişdik. Bizə məlumat verdilər ki, torpaq sahənizə tanımadığımız adamlar gəliblər. Biz araşdırdıq, məlum oldu ki, onlar Şəmkir Regional Meşə Təsərrüfatı Xidmətinin əməkdaşlarıdır. Gəlib dedilər ki, siz meşə fondunun ərazisini zəbt etmisiniz. Mən də dedim ki, çıxarışlarım var.

Sonra GPS vurdular, təyin etdilər ki, bura meşə fondunun ərazisi deyil. Buna baxmayaraq, icra hakimiyyəti bu gün camaatı, cənab Prezidenti aldadır ki, ora meşə fondunun ərazisinə düşür. Kənddə Baş plana uyğun olaraq vətəndaşların xüsusi mülkiyyətinə torpaq sahələri verilib. Ora meşə fondunun ərazisi deyil. Bunu Şəmkir Regional Meşə Təsərrüfatı Xidmətinin əməkdaşları da təsdiq etdilər və İcra Hakimiyyətinə də bildirdilər. Sonra icra hakimiyyətinin əməkdaşları, şəhərin bələdiyyəsinin sədri Zülfüqar Yusubov, şəhərin icra nümayəndəsi Elduz müəllim gəldi.

Baxdılar ki, bura həqiqətən meşə fondunun ərazisi deyil. Onlar bura gələndə həmin o modul evləri görüblər. Söhbət istifadə olunan evlərdən gedir. Damı var, metal boruların üzərində yerləşir və 1 ildən çoxdur mövcuddur. Dedilər, sən niyə bunu bizdən icazəsiz tikmisən? Mən də dedim, tikinti etməmişəm, sadəcə, metal boruların üzərinə modul evləri yerləşdirmişəm. Bu da müvəqqəti xarakter daşıyır. Bura mənim kölgələnməyim, daldalanmağım üçündür. Mən niyə daşınar əmlak üçün icazə almalıyam? Onu da xüsusi mülkiyyətimdə olan torpağa qoymuşam. Xüsusi mülkiyyətlə bağlı qərarları mülkiyyətçi verir. Qanunu pozmuşamsa, gəl, məni inzibati cərimə elə, yaxud məhkəməyə ver. Məhkəmə qərar versə ki, bu evlər buradan çıxarılmalıdır, mən götürəcəyəm.

Amma bütün bunlara əhəmiyyət vermədilər. Dedilər ki, elə şey yoxdur, biz icra hakimiyyəti olaraq qərar qəbul etmişik ki, ya həmin evləri oradan götürməlisiniz, ya da biz onları dağıdacağıq”.

Şikayətçi bu hadisədən sonra Prezident Administrasiyasına teleqram vurub və icra hakimiyyətinin özbaşınalığına son qoyulmasını xahiş edib:
“Bildirdim ki, mənə “evini dağıdacağıq” deyərək hədə-qorxu gəlirlər. Ondan sonra polisə, 112-yə məlumat verdim ki, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə məni qorxudurlar, deyirlər, gəlib sənin evini sökəcəyik”.

L.Sultanova məsələ ilə bağlı yaydığı videolar, eləcə də rayonun baş memarının ondan rüşvət tələb etməsindən də danışıb:
“Məni İcra Hakimiyyətinə dəvət etdilər. Orada Əlövsət müəllim əlinin içindəki vərəqdə yazılmış 10 min rəqəmini göstərdi. Mən də dedim ki, nəyə görə verməliyəm? Dedi, yox, siz bizdən icazə almalı idiniz. Gəlin, məsləhətləşək, haqq-hesabı gətir, mən rəhbərliyimə məruzə edim. Prezident Aparatından isə mənə dedilər ki, icra başçısının bunlardan xəbəri olmayıb. Guya başçıya düzgün məlumat verməyiblər, aranı qızışdırıblar, başçı etdiyi əməldən peşmandır. Deyirlər, gəlin, sizi barışdıraq. Belə mövqedədirlər”.
Buna baxmayaraq, şikayətçi hələ də ona təzyiqlərin olduğunu iddia edir:
“Əlövsət müəllimin bacısı başqa bir adamla səs yazısı göndərib, deyir ki, Əlövsət onun anasını ağladacaq. Mənə hədə-qorxu gəlirlər, qarayaxma kampaniyası aparırlar, ictimaiyyət arasında hörmətdən salmaq, mənfi fikir formalaşdırmaq məqsədilə ayrı-ayrı kanallarla haqqımda yalan məlumatlar yayırlar”.
L.Sultanova sosial şəbəkələrdə geniş müzakirə olunan baş memarın qaçışına dair videodan da danışıb:
“Hadisə o videonu paylaşmazdan 1 gün əvvəl olmuşdu. Səhər tezdən məlumat aldım ki, şəhərin baş memarı Əlövsət müəllim Başkənd gölünün ətrafını zəbt edib. Deməli, buna hər şey olar, bu adam qanunsuz tikinti apara, anklav əraziyə qanunsuz qaz çəkdirə bilər? İctimai iaşə obyektinə qaz, işıq çəkilməsi üçün texniki şərt tələb olunur. Amma baş memar qanunsuz iş görüb. Çünki Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti gəlib həmin ərazilərə GPS vura bilmir. Azərbaycanın GPS sistemində həmin ərazi görünmür. Əvvəllər anklav olduğuna görə ora sistemdə yoxdur, həmin əraziyə çıxarış verilməsi mümkün deyil. Orada qanunsuz fəaliyyət göstərən restoranın çıxarışı olmadığına görə çəkilmiş qaz xətti də qanunsuz sayılır. Ona görə də mən getdim, orada çəkiliş edib paylaşdım. Həmin obyektə gedəndə təsadüfən özü də orada idi. Məni görəndə bildi ki, onu çəkəcəyəm, obyektin ona aid olduğunu bütün respublika biləcək, ona görə də qaçdı.
Bu adam anklav ərazini, Azərbaycan Ordusunun hərbi təlim mərkəzini zəbt edib, özü üçün restoran tikə, qanunsuz qaz, su, işıq çəkdirə bilər, amma digər vətəndaşlara boruların üzərində nəsə yerləşdirmək qadağandır. Halbuki qanunla bu qadağan deyil, hamımız hüquqi dövlətdə yaşayırıq. Bu adam göldə balıqların hamısını kütləvi şəkildə qırıb. Məndə videosu var, balıqlar hamısı ölü şəkildə üzə çıxıb. Deyir ki, ora bir nəfər adam gəlib balıq tutmasın. Bütün camaat onun əlindən qan ağlayır. Şəhid ailəsi olan bir qadının gölün ətrafında balaca taxta budkası var imiş, gəlib həmin budkanı dağıtdırıb. Xanıma deyib ki, bura mənimdir, heç kim girə bilməz.
Bunda başqa onun Arabatı kəndi ərazisində “Mor-Mor” suları sexi var. Deməli, həmin su sexində antisanitariya şəraiti var, bunlar bütün Azərbaycan əhalisini zəhərləməklə məşğuldurlar.

Çaydan gələn o çirkab suları doldurur, qablaşdırır və bütün respublikada “Mor-Mor” suları adı ilə satışını təşkil edirlər. Mən yerində çəkiliş etmişəm. Suyun üzərində çirkab, mənşəyi bilinməyən kimyəvi maddələr parıldayır.

Əlövsət müəllim qardaşı oğlu, Mənzil Kommunal Təsərrüfatı Birliyinin müdiri, mənim evimi uçuran Fuad Bayramovla birgə düz çayın hövzəsində beton töküb 4 mərtəbəli otel tikdiriblər.

Orada “pekarni” da tikirmişlər, görüblər, biz kəndə çəkiliş etməyə gəlirik, onu dayandırıblar, ustalar qaçıb gedib. Saratovkada yolun mühafizə zolağında 3 boksdan ibarət obyekt tikib, onu da çəkmişəm. Hərbi hissə ərazisinin demək olar ki, hər yerini zəbt edib, onun kənarında 2 mərtəbəli ev tikib. Bundan başqa, 370 hektar Başkənd ərazisini qanunsuz olaraq zəbt edib, yataq tikib. Bütün mal-qarasını aparır ora, camaatın yerində də otarır. Yəni öz torpaqları kifayət etmirmiş kimi, kənd camaatının da yerinə gedir. Bu adamın cinayətkar dəstəsi var. Mənə dedilər ki, Lalə xanım, ehtiyatlı olun, bunun öz adamları var, bunlar konkret başqa-başqa işlərlə məşğuldurlar, sizə hər dəqiqə ziyan vura, xəsarət yetirə bilərlər.
Mən bunların hamısının əmlaklarının siyahısını ümumiləşdirirəm, dəyəri bəlkə də 2 milyonu aşır. Bakı şəhərində üç yerdə evi var bu adamın. Xarici maşınları, saysız-hesabsız traktorları, “Kamaz”ları, başqa texnikaları var… Bu adam icra hakimiyyətinin memarıdır, məgər bu qədər əmlakı vəzifə maaşı ilə əldə edib? Bax, bunu ondan soruşmaq lazımdır”.
Baş memar Əlövsət Bayramovun Gədəbəyin icra başçısı Orxan Mürsəlovun qayınatası olduğu barədə məlumatlara gəlincə, L.Sultanova buna əmin olmadığını bildirib:
“Mən icra başçısının onun qayınatası olduğuna əmin deyiləm, onu camaatdan eşitmişəm. Əmin olmadığım şeyi demək istəmirəm. Çünki bu onların ailə məsələsidir. Amma mənim evimi uçuran traktorçunun, yəni Mənzil Kommunal Təsərrüfatı Birliyinin müdiri Fuad Bayramovun şəxsin Əlövsətin qardaşı oğlu olduğunu dəqiq bilirəm. Əmi ilə qardaşoğlu birlikdə cinayətkar dəstə yaradıblar. Bir gün əvvəl mən prokurorluğa məlumat vermişdim, “961” qaynar xəttinə bildirmişdim ki, əmlakıma hər hansı ziyan dəyərsə, mən orada intihar edəcəyəm. Evim söküləndə onların gözünün qabağında üstümə benzin tökdüm. Bədənimdə yanıq xəsarətləri var, bu gün də izləri qalır. Hələ bunu ictimaiyyətə açıqlamamışam, gözləyirəm ki, bəlkə bunlar yığışarlar. Gördülər ki, üstümə benzin tökdüm, polislər gəldi, əllərimi tutdular, qoymadılar, özümü yandırım. Buna baxmayaraq, yenə də cinayət əməllərini davam etdirdilər, evimi sökdülər. Özümü aciz hiss etdim. Ali təhsilli hüquqşünasam, öz dövlətimdə hüquqlarım bu şəkildə pozulur. Bütün orqanlara yazmışdım ki, bunlar əmlakımı dağıtmaq istəyirlər. Heç kim reaksiya vermədi. Bəs mən nə etməli idim? Psixoloji durumum artıq o deyildi. Bunların hədə-qorxularından bezmişdim”.
Şikayətçi Baş Prokurorluqda olduğunu, iyulun 3-də isə Prezident Administrasiyasında qəbulda olacağını bildirib:
“Ümid edirəm ki, məsələ öz həllini tapar. Mənə 60 min manat maddi ziyan dəyib. Mən istəyirəm ki, səsim cənab Prezidentə çatsın. Dövlət Təhlükəsizliyi Xidməti araşdırsın, bunların qanunsuzluqlarını müəyyən etsin və bu cinayətkar dəstə üzvləri başqa insanlara da zərər vermədən vaxtında zərərsizləşdirilsin”.
Qeyd edək ki, ittihamlarla əlaqədar Gədəbəy RİH-dən bildiriblər ki, sözügedən tikililər qanunsuzdur və onların sökülməsi ilə bağlı aidiyyəti qurumlar birgə tədbir görüblər:
“Bakı şəhər sakini Lalə Sultanova Gədəbəy şəhərində meşə ərazisinə yaxın kənd təsərrüfatı təyinatlı torpaq sahəsində torpağın təyinatını dəyişdirmədən, şəhərsalma və tikinti norma və qaydalarını ciddi surətdə pozmaqla sahibkarlıq məqsədilə tikinti işləri aparıb.
Tikinti işlərinin dayandırılması ilə bağlı Lalə Sultanovaya dəfələrlə xəbərdarlıq olunmasına və qanunla torpaq üzərində müəyyən edilmiş hüquqları pozmasının nəticələri barədə izah verilməsinə baxmayaraq, o, özbaşına tikinti işlərini davam etdirdiyi üçün qanunvericiliyin tələblərinə uyğun olaraq Fövqalə Hallar Nazirliyinin, Əmlak Məsələləri Dövlət Xidmətinin və Gədəbəy Rayon İcra Hakimiyyətinin birgə iştirakı ilə özbaşına tikintinin qarşısı alınıb.
Lalə Sultanova qanunsuz əməllərini ört-basdır etmək, ictimai fikri çaşdırmaq məqsədilə müxtəlif sosial şəbəkə hesablarında Rayon İcra Hakimiyyətinin işgüzar nüfuzuna xələl gətirən böhtan xarakterli məlumatlar yaydığı üçün onun barəsində hüquqi tədbirlər görülməsi üçün məhkəməyə müraciət olunub. Nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək”. /bakupost
Xəbərin oxunma sayı : 169
Sosial
Xəbərlər
-
Saxta teleqram kanalının məlumatı təxribatdır - RƏSMİ
-
8 ildir yeni bina sakinlərə nə təhvil verilir, nə də kirayə haqqı ödənilir - ŞİKAYƏT
-
“Əhliman Gənciyevi dubinka ilə döyüb, elektroşokla işgəncə veriblər“ - Vəkilin AÇIQLAMALARI
-
Ov tüfəngi ilə qaynanası, arvadı və baldızını vurdu... - Hadisənin DETALLARI
-
Yekaterinburqda 2 qardaşı öldürülən Seyfəddin Hüseynlidən yeni açıqlama - VİDEO
-
Bakı-Qəbələ qatarlarından istifadə edənlərin NƏZƏRİNƏ
-
Trampdan Maskla bağlı yeni açıqlama: “O, əla oğlandır”
-
Yekaterinburqda məhkəmə şousu başa çatdı - Kimlər həbs edildi? + FOTOLAR
-
Bir ildə 64 məktəb bağlanıb - Ekspertlərdən HƏYƏCAN TƏBİLİ
-
Çinə viza rejimi ləğv ediləndən sonra aviabiletlər bahalaşıb? - VİDEO
-
Ukrayna müharibəsi 2026-cı ilə qədər davam edə bilər - CNN
-
Özünü vəkil kimi təqdim edən Səbiyyə Panəliyevanın dələduzluğu davam edir - “Bir dur deyən yoxdur“
-
“Emerald” hotelində şok olay: Otağına çağırdığı qadın kişi çıxdı….
-
“Faşist Putin hakimiyyətini pisləyirik“ - Aygün Attar
-
İcra başçısı-qadın sahibkar qalmaqalı: mülk dağıdanların milyonluq mülkləri - VİDEO
-
Klublarımızın yay planları: Kim gəlir, kim gedir?
-
Azərbaycan parlamentinin nümayəndə heyətinin Rusiyaya səfəri ləğv edildi - RƏSMİ
-
“Vətən Bağı“ İB Naxçıvanda “Narkotikə yox“ layihəsinə start verdi - FOTOLAR
-
Mehrab Xəlilovun rəhbəri olduğu “Jobs” MMC vətəndaşları aldadıb - VİDEO
-
“Rusiyanın yay hücumu uğursuzluğa düçar olur“ - The Telegraph
-
Unudulmuş Nobel laureatı və sovet Rusiyası - Siqrid Unsetin acı müşahidələri
-
Füzulidə kanalda batan şəxsin axtarışları davam edir - VİDEO
-
Yekaterinburq məhkəməsi Akif Səfərovu həbs etdi - 22 günlük
-
Azərbaycanda Rusiya ilə bağlı mədəni tədbirlər ləğv edilir - Rəsmi
-
Lənkəranda hadisə: İş adamı xəstəxanalıq oldu, saxlanılan var
-
FTX-nin əməliyyatı quduz itin hərəkəti kimi qiymətləndirilməlidir - DEPUTAT
-
Bəzi yerlərdə yağış yağacaq, şimşək çaxacaq - Sabahın havası
-
Naxçıvanda ağır qəza: Məmur və ər-arvad öldü (FOTO)
-
“Makron və Merts sağlam düşüncələrini tamamilə itiriblər” - Lavrov
-
Eyni məhsul, kəskin qiymət fərqi: “Bahadırsa, almayın“
-
İran aylar ərzində uranın zənginləşdirilməsini bərpa edə bilər - Qrossi
-
Mərkəzi Bankdan yeni QAYDALAR: Kredit əldə etmək sosial şəbəkə aktivliyinizdən asılı ola bilər
-
Bakıda bərbad vəziyyətdə olan bəzi yolların “bəxt“i niyə açılmır? - VİDEO
-
Yekaterinburqda saxlanılan azərbaycanlıların məhkəməsi başladı - Fotolar
-
Azərbaycanda gəlinliklərin baha olmasının səbəbi nədir? - VİDEO
-
Qayınanasını öldürdü, arvadı ilə baldızını yaraladı - Masallıda dəhşətli hadisə
-
Biləcəridə yol problemi - Səkilər yoxdur, maşınlar küçəyə park olunur
-
Eyni Rusiya, eyni ssenari: Şovinizm və qəddarlıq
-
“Ziraat Bank Azərbaycan“ geriləyir - Əhali pullarını geri götürür
-
Bakıda gənc “lyuk“a düşməyib, yol çöküb - VİDEO
-
35 nəfərin zəhərləndiyi “Dönər evi“ yenidən açıldı - Jurnalistlərə hücum etdilər (VİDEO)
-
Rusiyada azərbaycanlılara qanlı OMON hucumunun şahidləri danışdı - VİDEO
-
Göygöldə sərxoş şəxs polisin silahını götürmək istəyib - TƏFƏRRÜAT
-
Azərbaycanda hansı bölgədə nə qədər bankomat var? - Siyahı
-
İsrailin raket zərbələri nəticəsində öldüyü deyilən Əli Şamxani üzə çıxıb - FOTO
-
“QAZel”in içindəki palçığı bizə yedizdirmək istəyirdilər - Vüqar Səfərov
-
675 min manat vergi borcu olan hospitalda qanuni təmsilçi “oyunu” - Üçüncü dəyişiklik
-
Rusiyada iki qardaşı öldürülən Seyfəddin Hüseynli: Digər yaxınlarımız hazırda təzyiq altındadır
-
Hansısa bir şirkət viza ilə bağlı qarantiya verirsə, bu, cəfəngiyatdır - AÇIQLAMA
-
Ən çox sosial yardım bu rayona verilir - STATİSTİKA
-
Rusiyalı diplomat Azərbaycan XİN-ə çağırıldı - Kəskin etiraz bildirildi
-
Yetkinlik yaşına çatmayan qız 27 yaşlı oğlanla ailə qurdu, atası polisə xəbər verdi - TƏFƏRRÜAT
-
Ukrayna kəşfiyyatından daha bir uğurlu əməliyyat - 4 ədəd Su-34 qırıcısı məhv edildi
-
Rusiyada öldürülən azərbaycanlıların sayı 5-Ə ÇATDI
-
Əcnəbilər Azərbaycan banklarına nə qədər pul qoyub?
-
“Bu, Azərbaycan-İran münasibətlərinə xələl gətirmək məqsədi daşıyır” - XİN
-
Tramp təkzib etdi: Bu insanlar xəstədir!
-
28 il əvvəl satdığı maşının cərimələri adına gəlir... VİDEO
-
Baş yepiskop Paşinyanı devirməyə hazırlaşırmış - İttihamlar açıqlandı
-
Çin hərbi potensialını görünməmiş sürətlə artırır - ABŞ generalı
-
Rusiyada öldürülən qardaşların əmisi oğlu da QƏTLƏ YETİRİLDİ
-
İran vurulan nüvə obyektlərində işlərə başlayıb - Peyk görüntüləri yayılıb + FOTO
-
Zaqatalada təhlükəli vəizyyət: 100-dən çox ev su altında qala bilər (FOTO)
-
Azərbaycan XİN bəyanat yayıb - Rusiyada azərbaycanlılara hücumlarla bağlı
-
Bostanlarda yığılan qarpız yerində neçəyədir? - VİDEO
-
Yay tətilinə gedən tələbələr kirayə qaldıqları evləri bu səbəbdən boşaltmır - VİDEO
-
Göyçay sakinləri illərdir yolsuzluqdan əziyyət çəkir - ŞİKAYƏT
-
Bu sosial şəbəkədən hesablar kütləvi şəkildə oğurlanır - XƏBƏRDARLIQ
-
İrəvan məhkəməsindən qərar:Arxiyepiskop Mikael Acapaxyanı həbs edildi
-
Fars körfəzi regionunda radiasiya səviyyəsi normal həddədir - AEBA
-
Azərbaycanda özündən böyük kişilərlə evlənən qızların sayı çoxalır - VİDEO
-
“Münaqişə zamanı həm İran, həm də İsrail vurulub“ - Tramp
-
Bakı-Tbilisi-Qars layihəsində əməkdaşlıqla səmərəliliyi artıracağıq - Hakan Fidan
-
“İranın ermənipərəst səfiri ilə bağlı lazımi addımlar atmasını gözləyirik“ - XİN
-
“Ukrayna ilə danışıqların növbəti raundunu İstanbulda keçirməyə hazırıq“ - Putin
-
Sosial şəbəkədə yayılan suallardan imtahanda istifadə edilməyib - Rəsmi
-
Azərbaycanda sabit tarif dövrü başlayır: Kim nə qədər ÖDƏYƏCƏK...
-
İsrail ordusunun 7 əsgəri pusquya düşərək öldürüldü - VİDEO
-
Maşınlarını işçilərə yudurdan direktor və müavini - Cəzalandırılacaq
-
Ermənistanda kilsə tərəfdarları ilə xüsusi təyinatlılar arasında toqquşma - VİDEO
-
Xalasının telefonunu 940 manata satdı - Pulu bir günə xərclədi
-
Ən çox sosial yardım bu rayona verilir - STATİSTİKA
-
Mingəçevrdi mənzillər necə obyəktə çevrildi? - FOTOLAR
-
Yaxşı mütəxəssis çoxdur, güvənən yoxdur - Kənarda qalan yerli məşqçilər
-
“Cibinə siqaret al, qoy” deməsi üstündə qətl... - 20 illik dostunu öldürüb
-
Prezident Azərbaycan-İran əlaqələrinə xələl gətirmək istəyənlərdən danışdı - FOTO
-
Bağı narkotik plantasiyasına çevirib, videokameralarla izlədi - Göyçayda
-
Azərbaycan iqtisadiyyatı orta hesabla 2,5 % artacaq - Yaxın beş ildə
-
37 dərəcə isti olacaq - Sabahın havası
-
Bölgələrdə taksilər niyə bahalaşdı? - Açıqlama
-
Hər 1 manat Yağmurun həyatını xilas edə bilər - MÜRACİƏT
-
“Məni alan cekpot udub, hərtərəfli qızam“ - Qumral
-
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı inkişaf etdirilir - Müdafiə Nazirliyi
-
Ronaldo “Əl-Nəsr”də qaldı - Rekord məbləğ alacaq
-
Çıxarışı olmayan mənzillərlə bağlı vacib xəbər - VİDEO
-
“Azərbaycanfilm” və yaxın yaşayış binasına ziyan dəyib - RƏSMİ
-
Prezident yeni səfirləri qəbul etdi - FOTOLAR
-
DİN və Dövlət Komitəsindən Məhərrəm ayı ilə bağlı - Müraciət
-
Uşaqlar arasında “beşinci xəstəlik“ yayılıb - Nə etməli?
-
Meloni qəribə davranışları ilə yenidən gündəmdə - VİDEO
-
Gümüş bahalaşmaqda davam edir - VİDEO
-
Ukrayna iqtisadiyyatı çökmək üzrədir - “Vaşinqton Post“
-
Mobil təhlükə artır: “SMS Blaster“ fırıldağı sürətlə yayılır
-
Bu adamlar yumurta yeməməlidir - Səbəbi AÇIQLANDI
-
ABŞ Çinlə ticarət razılaşması imzalayıb - TRAMP
-
“40 min manat ziyandayam“ - Arıçılar çətin vəziyyətdə - VİDEO
-
Tibb qardaşı klinikada travmatoloq işləyirmiş... - VİDEO
-
Rüsumlar ABŞ-yə 88 milyard dollar gəlir gətirib - Tramp
-
Partlayış kinostudiyanın anbarında baş veribmiş - Mədəniyyət Nazirliyi
-
Azərbaycanda ət bahalaşacaq - SƏBƏB
-
Narkotikə “yox” deyək - DİN-dən yeni sosial çarx
-
Yol kənarında ağaclara su verən texnikalar avtomobillərə təhlükədir? - VİDEO
-
Xətai rayonunda qanunsuz tikintiyə hansı məmur icazə verib? - FOTOLAR
-
“Normallaşma müzakirələri davam edir“ - Ermənistan XİN
-
Tatların yaşadığı kənddə nələr gizlədilib? - Sirli evlər, diqqətçəkən adətlər
-
Deputat başqasına məxsus obyekti gizlicə nazirin qaynatasına satıb - QALMAQAL
-
İrana hücum zamanı öldürülən yüksək rütbəli hərbi komandanlar - SİYAHI
-
Polkovnik generalı əvəzlədi - MN-də daha bir dəyişiklik
-
Azərbaycanda evlənənlərin yaş fərqi: 29 yaşlı gəlinlə 60 yaşlı bəy...
-
Yağacaq, şimşək çaxacaq - Sabahın havası
TOP 10
ARXİV