“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

“Vətən Bağı“ İB Naxçıvanda “Narkotikə yox“ layihəsinə start verdi - FOTOLAR

Tarix 29.06.25, 16:40

Font ölçüsü : - / +
bitmap-img6


"Vətən Bağı” Sosial Təşəbbüslər İctimai Birliyi Azərbaycan Respublikası Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin donorluğu ilə Naxçıvan Muxtar Respublikasında yeni layihəsinin icrasına start verib.

"Naxçıvan gənclərinin sağlamlığı naminə "Narkotikə yox” təşəbbüsü” adlı layihə çərçivəsində ilk təlim 28 iyunda Naxçıvan şəhərində yerləşən Gənclər Mərkəzində baş tutub.

Layihə rəhbəri, "Vətən Bağı” Sosial Təşəbbüslər İctimai Birliyinin sədri Emin Tarverdiyev təlim iştirakçılarını salamlayaraq layihə barədə Naxçıvan gənclərinə məlumat verib. "Konstitusiya və Suverenlik” ili çərçivəsində belə təlimlərin baş tutmasının vacibliyinə toxunan layihə rəhbəri gəncləri təlimdə fəal olmağa səsləyib. Ümummilli lider Heydər Əliyev və şəhidlərimizin ruhuna etiram əlaməti olaraq 1 dəqiqəlik sükutdan sonra təlim açıq elan edilib.

İlk olaraq təlim iştirakçılarına pre-testlər paylanılıb, sorğunun mahiyyəti barədə danışılıb. Sonra söz təlimçi, psixoloq Çapay Quliyevə verilib. Təlimçi narkotiklərin fərdi və ictimai təsirləri, asılılıq anlayışı və mərhələləri, gənclər arasında narkotik riskləri, sosial və psixoloji dəstək yolları mövzularında ətraflı çıxış edib. O, zərərli vərdişlərin mənfi fəsadları, o cümlədən həyatımıza, sağlamlığımıza təhlükə, mənəviyyatımıza və dinimizə zidd olması barədə gəncləri məlumatlandırıb.

Sonda təlim iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, iştirakçılara post-testlər paylanılıb, onlar tərəfindən sorğu cavablandırılıb.

Yekunda hərbi jurnalist Səxavət Məmmədin yeni çapdan çıxan "Savaş və Duman” kitabı təlim zamanı fərqlənən 2 iştirakçıya hədiyyə edilib.

Qeyd edək ki, təlimin Şərur, Babək, Culfa və Ordubad rayonlarında da keçirilməsi nəzərdə tutulub.

Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.




Xəbərin oxunma sayı : 184




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap