“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Rusiyada iki qardaşı öldürülən Seyfəddin Hüseynli: Digər yaxınlarımız hazırda təzyiq altındadır

Tarix 28.06.25, 16:05

Font ölçüsü : - / +
bitmap-img6


Rusiyanın Federal Təhlükəsizlik Xidməti əməkdaşlarının Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın zamanı yaxın qohumları öldürülən “525-ci qəzet”in baş redaktor müavini Seyfəddin Hüseynli deyib ki, Rusiyada yaşayan yaxınları hazırda təzyiq altındadır.

O, "Report"a açıqlamasında bildirib ki, sözügedən hadisədən dərhal sonra Azərbaycan dövləti dəstək və diqqətini əsirgəməyib.

“Təəssüf ki, bu müsibət başımıza gəldi. Bu məsələdə Allaha və dövlətimizə güvənirəm. Bir neçə dövlət qurumundan mənimlə əlaqə saxlayıblar. Rusiyada yaşayan digər yaxınlarımız artıq Azərbaycan dövlətinin dəstəyini hiss etməyə başlayıblar. Rusiya tərəfi dövlətimizin dəstəyindən sonra qanunazidd addımlarından çəkinməyə başlayıb. Azərbaycanın Rusiyadakı səfirliyi, konsulluq, Diasporla İş üzrə Dövlət Komitəsi məsələni nəzarətdə saxlayır”, - o qeyd edib.

S.Hüseynlinin sözlərinə görə, onun digər qohumu Kamal Qədiməli oğlu Səfərov da işgəncə görüb:

“Hələ də aqibətindən xəbər olmayan yaxınlarımız var. Ölənlərin cənazələrinin təhvil verilməsi üçün danışıqlar gedir. Rusiya tərəfi meyitlərin təhvil verilməsi məsələsində lüzumsuz bəhanələr gətirir. Onlar bunu köhnə kriminal hadisənin hesablaşması kimi göstərməyə çalışırlar. Onların ürəktutmasından öldükləri barədə yalan məlumatlar yayırlar. Qarşı tərəf özünü bu məsələdə qeyri-obyektiv aparır. Qohumlarımız - qadınlı, uşaqlı, qocalı - hamısı təzyiq və qorxu altındadır”.

Qeyd edək ki, iyunun 27-də səhər saatlarında Rusiyanın Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın edib. Basqın zamanı 3 azərbaycanlı öldürülüb, bir neçə nəfər saxlanılıb. Öldürülən azərbaycanlılardan 2-si Seyfəddin Hüseynlinin qardaşıdır.

Azərbaycan Xarici İşlər Nazirliyi də Yekaterinburq şəhərində Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin azərbaycanlılara hücumları ilə bağlı iyunun 28-də bəyanat yayıb.



Xəbərin oxunma sayı : 331




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap