“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Aldadılan şəxslər arasında həbsxana rəisi olmuş Həsənov da var - Pulu xidməti otağında veribmiş

Tarix 21.06.25, 17:46

Font ölçüsü : - / +
bitmap-img6


Külli miqdarda dələduzluqda ittiham edilən müəllimin cinayət işinin təfərrüatı məlum olub. Müəllim bir neçə nəfərdən övladını ali təhsil müəssisəsinə tələbə kimi qəbul etdirmək adı ilə pul alıb. Onun pul aldığı şəxslərdən biri də həbsxana rəisi olub.

Musavat.com xəbər verir ki, külli miqdarda dələduzluqda ittiham olunan 51 yaşlı Aqşin Həsənov 2013–2017-ci illərdə Masazır kənd 2 saylı tam orta məktəbdə müəllim işləyib. Həsənov həmin vaxt müəllim yoldaşını aldadıb xeyli miqdarda pulunu aldığına görə işdən çıxarılmışdı. Həmin əməlinə görə ona həbslə bağlı olmayan cəza verilib.

Bundan sonra Həsənov eyni yolla daha bir neçə nəfəri aldadıb. İstintaqla müəyyən edilib ki, Həsənov Azərbaycan Tibb Universitetinin Stomatologiya fakültəsinə tələbə qəbul etdirmək adı ilə 74 900, orta məktəbə müəllim kimi qəbul etdirəcəyi şəxsdən 10 030, BDU-nun Hüquq fakültəsinə qəbul etdirəcəyini dediyi abituriyentin yaxınından 70 000, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına tələbə kimi qəbul etdirəcəyini dediyi şəxsin ailəsindən 8 000, Azərbaycan Kooperasiya Universitetinin İqtisadiyyat fakültəsinə tələbə kimi qəbul etdirəcəyi barədə yalan vəd verdiyi şəxsdən 25 000, İqtisadiyyat Universitetinin Kompüter mühəndisliyi fakültəsinə tələbə kimi qəbul etdirəcəyini dediyi gəncin valideynindən 40 000, Kürdəmir şəhər 2 saylı tam orta məktəbdən Sumqayıt şəhəri ərazisində yerləşən orta məktəblərin birinə ibtidai sinif müəllimi vəzifəsinə köçürəcəyini dediyi qadından 14 000, Sumqayıtda yerləşən orta məktəblərin birinə fizika müəllimi vəzifəsinə qəbul etdirəcəyi barədə yalan vəd verdiyi digər qadından 24 000, həyat yoldaşını Bakıda yerləşən orta məktəblərin birinə Azərbaycan dili-ədəbiyyat müəllimi vəzifəsinə qəbul etdirəcəyi barədə yalan vəd verdiyi kişidən isə 15 000 manat alaraq dələduzluq edib.

Həsənov ifadəsində bu əməli maddi ehtiyaclarını qarşılaya bilmədiyi üçün etdiyini deyib. Bildirib ki, özünü Dövlət İmtahan Komissiyasında nəzarətçi işləyən, Komissiyada yaxşı əlaqələri olan şəxs kimi, eləcə də Məleykə Abbaszadənin yaxın adamı kimi təqdim edib.

Görüşdüyü adamlara çox adamı universitetə qəbul etdirdiyini deyən Həsənov hətta bəzi şəxslərin övladını universitetə apararaq orada şəkillərini çəkib. Həmin şəkilləri uşaqların valideynlərinə göndərərək onlara təbrik mesajı da göndərib. Dərs ili başlayanda isə pul aldığı şəxslərin övladlarının ali məktəblərə qəbul olmadığı məlum olub.

Həsənovun aldatdığı şəxslərdən biri də 14 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi olmuş Rövşən Həsənov olub.

Təqsirləndirilən şəxs Rövşən Həsənovdan 2019-cu ildə qızını orta məktəblərdən birinə müəllimə kimi işə düzəldəcəyini vəd edərək 10 min manat pul alıb. Bu görüş və danışıq elə Cəzaçəkmə Müəssisəsində olub. Rövşən Həsənov öz xidməti otağında 5 900 dolları təqsirləndirilən şəxsə verib. Sonra aldadıldığını başa düşüb.

Rövşən Həsənovun ifadəsində diqqət çəkən bir məqam var. Belə ki, Rövşən Həsənov təqsirləndirilən şəxsi Lütfi adlı şəxs vasitəsilə tanıyıb. Lütfi həmin zaman Rövşən Həsənovun rəisi olduğu həbsxanada cəza çəkirmiş. Aqşin Həsənov Lütfinin yanına görüşə gələn zaman rəis onu görüb. Rəis həbsdə olan Lütfi ilə söhbət zamanı Aqşinin nə işlə məşğul olduğunu soruşub. Lütfi də Aqşinin müəllim olduğunu, Təhsil Nazirliyində tanışlarının olduğunu deyib.

“Qızım müəllimlərin imtahanından 48 bal toplamışdı. Keçid balı isə 50 idi. 2019-cu ildə Aqşinlə görüşəndə dedi ki, bu işi həll edəcək. Mən də 5 900 dollar verdim. Puldan cəmi 3 min manatı qaytarılıb. Bu barədə qızımın məlumatı yox idi. Düşünürdüm ki, əgər iş alınsa, qızım özü qəbul olmuş kimi bilsin”, – deyə Rövşən Həsənov ifadəsində bildirib.

Qeyd edək ki, Rövşən Həsənov bu ilin fevral ayında tutduğu vəzifədən uzaqlaşdırılıb.

Zərərçəkmişlərdən biri də daş karxanasının müdiridir. O, kirvəsi olduğu Qəzənfəri “Kooperasiya” Universitetinin İqtisadiyyat fakültəsinə qəbul etdirməsi üçün Həsənova 30 min manat pul veribmiş.

Bu işdə Aqşin Həsənovun tanışı olan Lütfi adlı şəxsin də adı keçir. Belə ki, Həsənov aldatdığı şəxslərin bəzilərini Lütfinin vasitəsilə tanıyıb. Lütfi ilə Aqşin Həsənov tələbə yoldaşı olublar.

Zərərçəkmişlərin ifadələrindən məlum olub ki, Aqşin Həsənov özünü həm də Təhsil Nazirliyinin işçisi, məktəb direktorunun müavini kimi də təqdim edib.

Məhkəmə istintaqı zamanı məlum olub ki, Aqşin Həsənov aldatdığı şəxslərdən ümumilikdə 271 min manat pul alıb. Aldığı pulların 50 min manatını hissə-hissə zərərçəkmişlərə ödəyib. Zərərçəkmişlər pullarını tam ala bilmədiyi üçün şikayətçidirlər. Məhkəmənin hökmü ilə Aqşin Həsənov 7 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Həsənovun apellyasiya şikayəti təmin edilməyib.



Xəbərin oxunma sayı : 379




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap