![]() |
|














Avropa İttifaqı Cənubi Qafqazda nə qazandı, nə itirdi? - Tərəfkeş siyasət bölgədə gərginliyi artırır
Tarix 17.04.25, 10:15 |
|

Avropa İttifaqı (Aİ) xarici işlər nazirlərinin toplantısında Ukrayna, Suriya, Afrika və Qərbi Balkanlarla yanaşı, Azərbaycan və Ermənistan məsələləri də müzakirə gündəmində yer aldı. Bu, Aİ-nin Cənubi Qafqaz mövzusunu prioritet istiqamətlərdən biri kimi nəzərdən keçirdiyini göstərir. KİV-in məlumatına görə, iclasda Ermənistana “Sülh Fondu” adlanan mexanizmdən 10 milyon avro məbləğində növbəti hərbi yardım tranşı təşəbbüs kimi irəli sürüldü.
Lakin Macarıstan hələlik bu qərara veto hüququndan istifadə edir. Ötən il Macarıstanın vetosu yalnız o halda dəf edilmişdi ki, başqa bir fond vasitəsilə Azərbaycana minatəmizləmə işləri üçün eyni məbləğdə vəsait ayrılmışdı. Yəni Aİ Ermənistana “Sülh Fondu”ndan maliyyə ayırmaq üçün Azərbaycana minatəmizləmə məqsədilə yardım etmişdi. Bu isə erməniyönlü yanaşmanın bariz nümunəsidir.
2022–2023-cü illər: Aİ-nin fəal siyasətinin nəticələri
Gəlin qısa mənzərəyə baxaq – Aİ-nin əvvəllər bölgədə rolu nə idi və indi bölgədə nəyə nail olub. 2022–2023-cü illərdə Aİ-nin aktiv siyasəti aşağıdakı nəticələrə gətirib çıxardı:
Aİ Azərbaycan və Ermənistan arasında vasitəçilərdən birinə çevrildi;
Gürcüstan Aİ-yə namizəd ölkə statusunu aldı;
Ermənistanda Aİ-nin missiyası fəaliyyətə başladı və bu missiya 2022-ci ildə iki ay ərzində Azərbaycanla da əməkdaşlıq etdi;
Azərbaycanla energetika sahəsində strateji tərəfdaşlıq səviyyəsində sənəd imzalandı.
Göründüyü kimi, müəyyən nəticələr var idi – xüsusilə də Rusiya ilə rəqabət kontekstində.
Lakin Fransa tərəfindən Aİ-nin xarici siyasətinin yönləndirilməsi, avro-rəsmi şəxslərin iradəsizliyi, birbaşa manipulyasiyalar, erməniyönlü yanaşma və geosiyasi məna daşıyan yöndəmsiz təşəbbüslər nəticəsində bu cür vəziyyət formalaşdı:
Aİ Azərbaycan və Ermənistan arasında vasitəçilik statusunu itirdi və bu mövqeyini bərpa etmək potensialı yoxdur;
Gürcüstanın namizəd ölkə statusu dondurulub və Aİ Gürcüstanı faktiki olaraq görməzdən gəlir;
Ermənistanla 2024-cü ilin aprelində dəstək sənədi imzalanıb. Aİ missiyası Ermənistanda fəaliyyətini davam etdirir, lakin sülh müqaviləsi imzalanacağı halda missiyanın dislokasiyası dəyişməlidir;
2024-cü ildə Ermənistanın Aİ ölkələri ilə ticarət dövriyyəsi 2,1 milyard dollar təşkil edib ki, bu da 2023-cü illə müqayisədə 14,1% azalma deməkdir. Əvəzində, Ermənistanın Rusiya ilə ticarət dövriyyəsi 2024-cü ildə 12,4 milyard dollar olub və 2023-cü illə müqayisədə 56,5% artım qeydə alınıb;
Azərbaycanla enerji sahəsində tərəfdaşlıq zəifləyib, çünki Aİ-nin “yaşıl gündəm” qaydaları maliyyə institutlarının bərpa olunmayan enerji mənbələri ilə bağlı layihələri maliyyələşdirməsinə imkan vermir. Azərbaycan qazının Aİ ölkələrinə çatdırılması əsasən ikitərəfli sazişlər vasitəsilə həyata keçirilir – əsasən Şərqi Avropa ölkələri ilə.
Baş və divar...
Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenin Cənubi Qafqaz üzərindən keçən nəqliyyat dəhlizləri ilə bağlı son bəyanatları – burada Azərbaycan-Ermənistan və Ermənistan-Türkiyə sərhədlərinin qeyd edilməsi, lakin Azərbaycan-Gürcüstan əlaqəsinin nəzərə alınmaması – coğrafiyanın və reallığın gözardı edilməsinin, “başla divara çırpılan” siyasətin açıq nümunəsidir.
Aİ-nin Gürcüstanı görməzdən gəlməsi nəticəsində Gürcüstan hökuməti Rusiya ilə təkbətək qalır və Rusiyanın təzyiqlərinə məruz qalır. Azərbaycan və Türkiyə, Aİ-nin yaratdığı boşluğu doldurmaq üçün Gürcüstana daha çox dəstək göstərirlər. Əks halda Tbilisinin Rusiya ilə münasibətlərin bərpası üçün “Gürcüstan ərazilərinin deokkupasiyası” kimi sərt şərtlər irəli sürməsi çətin olardı. Bax, Aİ-nin regionda Rusiya ilə necə “rəqabət apardığı” budur!
Aİ-ni regionda tamamilə görməzdən gəlmək mümkün deyil. Lakin Aİ-nin bölgəyə dair bütün gündəmini qəbul etmək də olmaz. Çünki bu gündəm nə Azərbaycanın, nə də Gürcüstanın maraqlarını nəzərə alır. Reallıq və məntiqə ziddir, bölgədə geosiyasi gərginliyi stimullaşdırır.
Azərbaycan nə etməlidir?
Görünür ki, Azərbaycanın istənilən geosiyasi güc mərkəzinin təşəbbüslərini regiona daxil etmə strategiyası yalnız konstruktivlik və Azərbaycanın maraqları çərçivəsində mümkün olacaq. Bu isə mürəkkəb prosesdir – açıq qarşıdurmalar, mövqe toqquşmaları və həm diplomatik səviyyədə, həm də sahədə gərginliklə müşayiət olunur. Əks halda, Azərbaycana qarşı təhdidlər artmaqda davam edəcək...
(Cənubi Qafqaz Tədqiqatlar Mərkəzi)
Xəbərin oxunma sayı : 1231
Analiz
Xəbərlər
-
Aygün Kazımova sinə dekolteli geyimi ilə diqqət çəkdi - VİDEO
-
Sabirabadda qohumlar çaqqalların hücumuna məruz qaldı - VİDEO
-
Binədə evlərə elektrik sayğaci quraşdirilib, işiq isə verilmir - VİDEO
-
İşğala qədər bizim kənd mütəmadi olaraq Ermənistan tərəfindən atəşə tutulurdu - Laçın sakini
-
Şimal bölgəsində Qudyalçay ətrafı evlər təhlükə altındadır - VİDEO
-
Mehdiyevlərin şirkəti maliyyə hesabatını açıqladı - 12 milyon manat gəlir
-
Azərbaycan futbolunda ilk: Kişilərin komandasında qadın məşqçi
-
“Şəbnəmin hansı “keyfiyyətli“ işindən danışırsınız?“ - VİDEO
-
PKK-nın silahı yerə qoyması dönüş nöqtəsi olacaq - Ömər Çelik
-
Müharibədən xatirə kimi gətirdiyi bıçaqla adam öldürdü - Namus cinayətinin TƏFƏRRÜATI
-
“İnsanlar öz təhlükəsizlikləri üçün köçəcəklər” - Netanyahu
-
“Səhərə qədər meşədə qaldım” - İtkin düşən şəhid atası
-
Ailəli kişi sevgilisini dağa aparan zaman qəzaya düşdü - Özü öldü, qadın yaralandı
-
Quru sərhədlər bağlanandan aviaşirkətlərin gəliri 6 dəfə artıb - 2,1 milyard
-
Ərdoğan Trampı Türkiyəyə dəvət etdi - Telefon danışığı
-
Nöqsana görə vəzifədən azad edilən rəis daha yüksək vəzifəyə gətirildi - “Azərişıq“da maraqlı təyinat
-
Xarici şirkətin Azərbaycandakı filial direktoru həbs edilib - Dələduzluğa görə
-
Maştağada qadın öldürüldü - Qayınatası saxlanıldı
-
Ən çox baxılan Azərbaycan filmi hansıdır? - SİYAHI
-
“Bank kartı olan hərkəs hədəfdədir...” - “Problem daha da dərinləşəcək”
-
Səs-küylü işdə hökm oxundu - Talassemiyalı xəstələrin pulunu mənimsəmişdilər
-
Mehriban Əliyeva Mərakeş Şahzadəsi ilə görüşdü - Fotolar
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
İtkin düşən şəhid atası tapıldı - FOTO
-
Krımda parad olmayacaq - Ukraynanın hücumundan qorxurlar
-
Nəsirov Badamovun Moskvada saxlanılmasından danışdı - “İki nəfər yaxınlaşdı ki...”
-
Beyləqanda növbəti ağacəkmə aksiyası - Fotolar
-
Avropa Rusiya qazının idxalını tam qadağan etməyi planlaşdırır - “Bloomberg”
-
Maşınından və evindən silah tapılan həkim həbs edilib - İşini də itirib
-
Leysan yağacaq, dolu düşəcək… – Xəbərdarlıq
-
Sarkisyan və Akopyanın bu əməllərini fşa edən material nümayiş olundu - MƏHKƏMƏ
-
“Porsche“ni sərxoş vəziyyətdə sürən qadın ayıq sürücü də sifariş veribmiş...
-
Dövlət büdcəsinin gəlirləri 14 mlrd. manata çatır - Rəsmi
-
Bakıda qəbir dələduzluğu: 650 manat aldı, amma...
-
Hərbi Dəniz Qüvvələri döyüş atışlı taktiki təlimdə - VİDEO
-
Ələsgər Məmmədli ev dustaqlığına buraxılmadı - Məhkəmə
-
BP rəqib şirkətə satıla bilər - “Əgər bu birləşmə baş tutarsa...”
-
Ankarada FETÖ əməliyyatı: Onlarla dövlət qulluqçusu saxlanıldı
-
Prezident məscidin təmirinə 600 min manat ayırdı - Sərəncam
-
Bakıda yeni hava limanı tikilir - Bu ünvanda
-
Qadağan edilmiş yerdən yolu keçməyin nəticələri - Video
-
Putinin Kremlindəki mətbəxindən görüntülər yayımlandı - VİDEO
-
Azərbaycanda məhkəmə sədri özü barəsində qərar qəbul etdi
-
Ötən həftə 18 azyaşlı xilas edilib - VİDEO
-
Kimlər pulsuz mənzil ala bilərlər? - AÇIQLAMA
-
“Dərman vasitələrinin ekspertiza müddəti azaldılıb“ - Nazir
-
Bu ərazilərə yağış yağır - FAKTİKİ HAVA
-
Şəhid atası meşədə itkin düşdü - FOTO
-
Tramp Qrenlandiyaya qoşun göndərə biləcəyini deyib
-
15 yaşında “Qarabağ”da ilk oyununa çıxdı - VİDEO
-
Sürücülər silinən zolağa görə 3 bal və 100 manat cərimələnirlər - VİDEO
-
Bu binada yaşayış olduğu halda söküntü işləri aparılır - VİDEO
-
“Aİ-nin özünün aşağı orbitli hərbi peyklərinə ehtiyacı var“ - NATO-nun admiralı
-
Şuşada ən çox hansı ölkələrdən gələn turistlər qalıb? - Siyahı
-
Müdafiə Nazirliyi həftəlik icmalı yayıb - VİDEO
-
Az bal toplayan tələbələr təhsil aldıqdan sonra iş tapa bilirlər? - VİDEO
-
“Kipr problemi iki suveren dövlətin yaradılması əsasında həll olunacaq“ - Ərdoğan
-
Muğam müsabiqəsində nə baş verib? - Xalq artistindən iddialara cavab
-
Füzuli və Ağdama gedən xarici turistlər öz evlərində qalıblar - Rəsmi
-
Samir Şərifov Əhməd əl-Şaraa ilə görüşdü - Fotolar
-
Binalardakı özünüidarəçiliyin iflic edilməsi... - Vəkil detalları açıqladı
-
“Traktor”dan “Qarabağ”ın təbrikinə belə cavab verdi - FOTO
-
XİN Azər Badamovla bağlı məlumatı təsdiqlədi: “Rusiyadan tutarlı izahat gözləyirik”
-
CHP sədri Özgür Özələ hücum edildi - VİDEO
-
Sumqayıtda yaşayış binasında yanğın - VİDEO
-
Leyla və Arzu Əliyevaların Naxçıvan səfəri Ordubadda davam edib - Fotolar
-
Deputat Azər Badamov Moskva aeroportunda saxlanıldı - Deport edilir
-
Bir nəfərdə “ağıllı” saat aşkarlanıb - DİM
-
Yağış, şimşək, sulu qar... - Sabahın havası
-
Qubada ağır qəza - Ölən və yaralanan var
-
“Bəzi dövlətlər bizi Rusiyaya qarşı tək qoya bilər” - Zelenski
-
Leyla Əliyeva Əshabi-Kəhf ziyarətgahında - Fotolar
-
“Ümid edirəm ki, nüvə silahına ehtiyac olmayacaq“ - Putin
-
“Azərbaycanda millətlərarası sülh və qarşılıqlı dəstək hökm sürür“ - İlham Əliyev
-
Naxçıvana diametri 21 mm olan dolu düşüb - FAKTİKİ HAVA
-
Zəngilanla sərhəddə nə baş verir? - VİDEO
-
“Ərazi toxunulmazdır, suverenlik toxunulmazdır, suverenlik satılmır” - Meksika Prezidenti
-
Qəzalı binaların sökülməsi niyə ləngiyir? - Araşdırma
-
Azərbaycanda nazirlik ilk dəfə banklara büdcə vəsaiti ayırdı: Sadə vətəndaş bundan nə qazanacaq?
-
Bu gün rezidenturaya qəbul imtahanı keçiriləcək - Bakı və Naxçıvan şəhərlərində
-
Xatirənin sinə dekolteli və uzun yarıqlı geyimi - FOTOLAR
-
Bakı niyə Qafqazın “Kiçik Las-Veqas”ı olmasın? - VİDEO
-
Mehriban Əliyevaya “Müqəddəs Knyaginya Olqa” ordeni təqdim edildi - Fotolar
-
Azərbaycanlıların vizasız gedə biləcəyi ölkələr - SİYAHI
-
Prezident Patriarx Kirill ilə ilə görüşdü - FOTOLAR
-
Netanyahu Azərbaycana səfərini təxirə salıb - “The Times of Israel“
-
ABŞ-nın rüsum təzyiqləri Pekini qorxutmayacaq - Çin səfiri
-
Kartdan oğurlanan pulları geri qayrtarmaq mümkün imiş - İlk 1 saat... VİDEO
-
“Türkiyə dünyada PUA texnologiyasında ən inkişaf etmiş üç ölkə arasındadır“ - Ərdoğan
-
Eldar Əzizovun yaxın adamının 4 milyonluq sifariş verdiyi sirli şirkət - “Az.Arxitektura“ kimindir?
-
“Ümid edirik ki, Ermənistan bizə qarşı “ikinci cəbhə“yə razı olmayacaq“ - Rusiya səfiri
-
Azərbaycanda 4 gün ardıcıl iş olmayacaq - TARİXLƏR
-
Sabiq məmurun nəvəsi ondan ayrılan sevgilisinə bıçaqlı hücum edib - VİDEO
-
“Biz bununla Ukraynanın sülhə hazırlığınını yoxlayacağıq” - Peskov
-
Xırdalan şəhərində qanunsuz tikinti - İcazəni icra hakimiyyəti verib?
-
Toy avtomobilləri bazarında sürpriz qiymətlər: Orta hesabla xərc nə qədərdir?
-
Ərini qısqandığı qadını gözəllik salonunda döydü - Hökm oxundu
-
Bakı metrosunda işıq kəsildi - Qatarlar gecikir
-
“Netanyahunun təyyarəsinə keçid icazəsi verilməyib“ - Türkiyə XİN
-
ABŞ Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır - “Reuters”
-
Leysan yağacaq, dolu düşəcək - Sabahın havası
-
Sabah bu marşrutların hərəkət sxemi dəyişdiriləcək - SİYAHI
-
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətində seçki konfransı - Vüqar Oruc yenidən sədr seçildi
-
Sələmə pul götürdüyü şəxsi öldürən Elvinin cəzası ağırlaşdırıldı - TƏFƏRRÜAT
-
Leyla və Arzu Əliyevalar Naxçıvana səfər edib - FOTOLAR
-
Azərbaycan klubları “Traktor”u təbrik etdilər - FOTOLAR
-
Məktəb direktoru oğlunun toy xərcini valideynlərdən çıxarır? - ŞİKAYƏT
-
Azərbaycan Ordusunun hərbi qulluqçusu vəfat etdi - FOTO
-
Naxçıvanda casusluq edən tələbələr həbs edildi - Prorektoru da zəhərləmək istəyiblər
-
Pənahovun oğlu ATU-nun müəllimini də döyüb - Ziyafət Əsgərov da ondan şikayət edib... + FOTO
-
57 yaşlı Nikol Kidman eyvanda qüsursuz bədənini göstərdi - VİDEO
-
Milli Konservatoriyanın prorektor işdən çıxarıldı - Yeni təyinat
-
AAAF Parkdan utancveridi hərəkət: Xocalıdan olan fəhlələrin pullarını ödəmir
-
Veysəloğlu Şirkətlər Qrupu kərə yağı və süd məhsulları istehsalçıları ilə işçi görüş keçirdi - FOTOLAR
-
Polkovnik Zaur Mirzəyev vaxtından əvvəl azadlıq istədi - Sonra fikrini dəyişdi
-
Zəlzələdə çökmə riski olan binalar - Ekspert əhaliyə xəbərdarlıq etdi
-
Azərbaycanda rektorlar neçə prorektorla işləyirlər? - SİYAHI
-
Sürücülərin nəzərinə: Sabah Bakıda bu yollar tam bağlanacaq
-
Ramiz Mehdiyev 8 milyona satışa çıxarılan villadan danışdı - “İlk dəfədir sizdən eşidirəm“
-
Məzahir Pənahovun gəlinin döyülməsinə rəsmi reaksiya - Qurumlar hərəkətə keçdi
TOP 10
ARXİV