![]() |
|














Azərbaycan regional və qlobal enerji təhlükəsizliyində mühüm rola malikdir
Tarix 29.06.25, 21:00 |
|

İyunun 24-də Prezident İlham Əliyevin iştirakı ilə açılışı keçirilmiş "8 Noyabr" Elektrik Stansiyası Azərbaycanın energetika tarixinin mühüm hadisələrindəndir. Bu, Azərbaycanın enerji təhlükəsizliyinin daha da möhkəmləndirilməsi, bərpaolunan enerji resurslarından daha səmərəli istifadə və ölkəmizin beynəlxalq enerji bazarlarında mövqeyinin güclənməsi baxımından böyük əhəmiyyət daşıyır.
"8 Noyabr" Elektrik Stansiyası 1880 meqavat gücə malik olmaqla ölkənin ən böyük elektrik stansiyasıdır. Bu stansiya həm generasiya gücünün artımına, həm də enerji sisteminin səmərəliliyinin yüksəlməsinə xidmət edir. Eyni zamanda, enerji resurslarının daha qənaətli istifadəsinə şərait yaradır, şərti yanacaq sərfiyyatını kəskin azaldır və təbii qazın ixrac imkanlarını genişləndirir. Bu isə Azərbaycanın dünya enerji bazarlarında rolunu daha da gücləndirir.
Mingəçevirin enerji mərkəzi kimi tarixi 1970-ci illərdən başlayır. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1974-cü ildə təməli qoyulmuş "Azərbaycan" İstilik Elektrik Stansiyası o dövrdə Cənubi Qafqazda əhəmiyyətli enerji mənbəyi sayılırdı. 1981-ci ildə istifadəyə verilmiş ilk blok və daha sonra ardıcıl istifadəyə verilən bloklar Azərbaycanın enerji ehtiyaclarını qarşılamaq baxımından mühüm rol oynayıb. Hətta müstəqilliyin ilk illərində ölkədə ciddi enerji qıtlığı müşahidə olunarkən bu stansiya fasilələrlə də olsa, əhaliyə və müəssisələrə enerji verməyə davam edirdi.
"8 Noyabr" Elektrik Stansiyasının tikintisi yalnız texniki nailiyyət deyil, həm də uğurlu beynəlxalq əməkdaşlığın nümunəsidir. İtaliya və Çin şirkətlərinin iştirakı ilə iki il kimi rekord müddətdə inşa olunan bu stansiya Azərbaycan energetiklərinin yüksək peşəkarlığının və təcrübəsinin nəticəsidir. Bu əməkdaşlıq müxtəlif ölkələrdən olan mühəndis və texniki mütəxəssislərin səyləri nəticəsində ən müasir texnologiyaların tətbiq olunmasını və layihənin dünya standartlarına uyğun həyata keçirilməsini təmin edib. Layihənin sürətli və keyfiyyətli icrası Azərbaycanın sənaye və enerji infrastrukturunda beynəlxalq tərəfdaşlıqların nə dərəcədə səmərəli nəticələr verdiyini əyani şəkildə nümayiş etdirir. Prezident İlham Əliyev çıxışında bu əməkdaşlığı strateji tərəfdaşlıq səviyyəsində qiymətləndirmiş, xüsusilə İtaliya və Çin ilə energetika sahəsində uzunmüddətli və qarşılıqlı faydalı əlaqələrin mövcudluğunu vurğulamışdır. Dövlətimizin başçısının qeyd etdiyi kimi, strateji tərəfdaşlıq haqqında İtaliya ilə iki, Çinlə iki bəyannamə imzalanmışdır: "İtaliya Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır. Çin də ticarət tərəfdaşlarımız arasında qabaqcıl yerlərdədir. Biz İtaliya ilə xüsusilə energetika sahəsində, xam neft, təbii qaz sahəsində uzunmüddətli və strateji əməkdaşlığa bir neçə il bundan əvvəl başlamışıq. Çinlə isə bu yaxınlarda daha çox bərpaolunan enerji layihələrini birgə icra etməyə başlayırıq".
Enerji təhlükəsizliyi hər bir ölkənin milli təhlükəsizlik məsələsidir. Azərbaycanın 12 ölkəyə - onlardan 10-u Avropa ölkəsi olmaqla qaz ixrac etməsi və bu şəbəkənin genişlənməsi dövlətimizin bu qitənin enerji təminatında etibarlı tərəfdaş kimi tanınmasına səbəb olmuşdur. Yeni elektrik stansiyalarının, xüsusilə də "8 Noyabr" kimi yüksək gücə malik obyektlərin istismara verilməsi Azərbaycanın həm daxili enerji təhlükəsizliyini təmin edir, həm də ixrac imkanlarını artıraraq ölkənin geosiyasi əhəmiyyətini yüksəldir.
"8 Noyabr" Elektrik Stansiyası Azərbaycanın enerji strategiyasının yalnız bir hissəsidir. Ölkəmiz 2030-cu ilə qədər 6500 meqavat gücündə bərpaolunan enerji istehsalını hədəfləyir. Hazırda ümumi generasiya gücü 9000 meqavat olan Azərbaycanda bu amil enerji balansında yaşıl enerjinin payının ciddi şəkildə artmasına səbəb olacaq. Bu faktor həm ekoloji, həm də iqtisadi baxımdan önəmli bir addımdır. Əldə edilən təbii qaz qənaəti də ixracı artırmaqla əlavə gəlir mənbəyi yaradır.
Dünya miqyasında enerji infrastrukturlarına edilən hücumların, siyasi qeyri-sabitliyin və münaqişələrin fonunda Azərbaycanın bu sahədə sabitlik və inkişafı təmin etməsi strateji əhəmiyyət daşıyır. Ermənistan İkinci Qarabağ müharibəsi zamanı Mingəçeviri bombalamaqla Azərbaycanın enerji infrastrukturlarını hədəf almış, lakin buna nail ola bilməmişdir. Bu gün həmin ərazilərdə ən müasir və güclü enerji obyektlərinin inşası düşmənə verilmiş strateji cavabdır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bizim torpaqlarımız uzun illər işğal altında olmuşdur və İkinci Qarabağ müharibəsində Ermənistan nəinki bizim şəhər-kəndlərimizi və yaşayış obyektlərini məqsədyönlü şəkildə atəş altında saxlayırdı, hətta buraya da - Mingəçevirə də öz raketlərini göndərməyi də unutmamışdı - əgər belə demək mümkündürsə: "Bunun da məqsədi bizim enerji infrastrukturumuzu iflic vəziyyətinə salmaq idi. Hətta İkinci Qarabağ müharibəsindən əvvəl bizi hədələmək üçün bir neçə üsuldan istifadə edən Ermənistan, o cümlədən Mingəçeviri bombalamaq, burada su bəndini dağıtmaq və Mingəçevir Elektrik Stansiyasını sıradan çıxarmaq kimi təhdidlər də səsləndirirdi. Buraya, bu əraziyə düşən həm mərmilər, həm də ki, uzaqmənzilli raketlər bunun əyani sübutudur".
Stansiyanın "8 Noyabr" adlandırılması da simvolik məna daşıyır, bu tarix - 8 Noyabr 2020-ci il xalqımızın şanlı Zəfər Günüdür. Məhz həmin gün Şuşa şəhərinin azad olunması ilə İkinci Qarabağ müharibəsində strateji üstünlük əldə olunmuş və bu savaş Azərbaycanın qələbəsi ilə başa çatmışdır. Prezident İlham Əliyev stansiyanın adının seçimində bu simvolikliyi vurğulamış, "Zəfər xalqımıza, dövlətimizə yaraşır" ifadəsi ilə bu layihənin milli qürur mənbəyi olduğunu diqqətə çatdırmışdır.
"8 Noyabr" Elektrik Stansiyası dövlətimizin enerji müstəqilliyini və ixrac gücünü artırmaqla yanaşı, texnoloji və mühəndislik bacarığının da göstəricisidir. Beləliklə, bu layihə düşünülmüş və sistemli siyasətin nəticəsidir. Azərbaycanın milli maraqlarını qoruyan, iqtisadi dayanıqlılığını gücləndirən və qlobal enerji bazarlarında aparıcı rola malik bir dövlət kimi irəliləməsinin ən parlaq nəticələrindən biri məhz bu stansiyadır. "8 Noyabr" adı bu stansiyanın yalnız texniki gücünü deyil, həm də xalqın iradəsini və tarixi Zəfərini özündə əks etdirir.
Oqtay Babayev
Xəbərin oxunma sayı : 163
Sosial
Xəbərlər
-
Fransanın radioaktiv tullantıları Azərbaycan sərhədində? - Xəzər üçün təhlükə
-
Azərbaycanda şok OLAY: 5 aylıq hamilə ola-ola başqasına ərə getdi - VİDEO
-
“Sputnik Azərbaycan”ın ofisində saxlanılanlar kimdir? - ADLAR
-
“Excelsior Hotel”də baş direktorla menecer arasında nə baş verir?
-
Bəylər Eyyubovun yerinə gələn Fərid Əsgərov kimdir? - DOSYE
-
“Kremlin yeni strateji hədəfi Odessadır“ - “Financial Times”
-
DİN-dən “Sputnik-Azərbaycan“dakı əməliyyatla bağlı açıqlama
-
Ərdoğan və Ersin Tatar Bakıya gəlir - Bu tarixdə
-
Bəylər Eyyubov vəzifədən azad edildi - Yerinə təyinat oldu
-
İyul ayında hava necə olacaq? - Aylıq proqnoz
-
Rusiya agentləri “Sputnik Azərbaycan“dan belə çıxarıldı - VİDEO
-
Elariz Məmmədoğlunun qızı məhkəmədə ifadə verdi - Milyonluq qalmaqallı iş üzrə
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“İran komandirləri yoxa çıxıblar” - “Washington Post“
-
Salyanda dəhşətli cinayət: gecəyarısı arvadını xəyanətdə günahlandırdı, sonra isə...
-
Həbs edilən şəxs Namiq Abdullayevin adından necə istifadə edib? - DƏLƏDUZLUQ İŞİ
-
“Cəlal Harutyunyana general-leytenant rütbəsini Sarkisyan verib“ - Arayik Harutyunyan
-
“Veysəloğlu”nun elan etdiyi “Qida Təhlükəsizliyi Ayı” çərçivəsində növbəti məhsuldar görüş AQİSA ilə keçirildi - FOTOLAR
-
“Türk vətəndaşı olmağı çox istərdim” - Montello ilə yeni müqavilə bağlanılıb
-
Qohum nikahların qarşısı necə alınacaq? - Nazirlikdən açıqlama
-
İran “Starlink“ə qadağa qoydu: İstifadə edənləri həbs gözləyir
-
Bakıda 400 nəfərin gizlənə biləcəyi yeraltı bunker: Harda yerləşir?
-
Məşhur şirkətin kərə yağından sellofan çıxdı - VİDEO
-
Sabahdan məktəbli formalarının qiyməti aşağı düşür - CƏDVƏL
-
Prezidentdən Fikrət Məmmədovla bağlı - Sərəncam
-
“TikTok” üçün çox varlı alıcılarımız var” - Tramp
-
Hərbi prokuror bayram günləri sərhədlərdə - FOTOLAR
-
Şuşa və Xankəndiyə səfərlər müvəqqəti dayandırılır - Səbəb açıqlandı
-
Vilayət Eyvazov Astarada vətəndaş qəbulu keçirəcək - Bu tarixdə
-
Cümşüdün batdığı kanal bu qurumun balansında olub - Baş Prokurorluğun məlumatı
-
“Sputnik-Azərbaycan” agentliyinin ofisində əməliyyat keçirilir
-
Azərbaycan İsrailə neft satışını dayandırıb - İxracın 95 faizi Avropa bazarlarına yönəldilib
-
Bakıda orta aylıq əməkhaqqı 1386 manatdır - Rəsmi
-
Çimərliklərdəki istirahət məkanlarında qiymətlə - VİDEO
-
“Ermənistanda kilsəyə yönələn hücumlar narahatlıq doğurur“ - Lavrov
-
Həyət evlərində qalanlar həşəratlara qarşı bu dərmanlardan istifadə etsinlər - VİDEO
-
Şamaxıda kişi qətlə yetirildi - 31 yaşlı kürəkəni tutuldu
-
Rusiya bu istiqamətdə 50 min hərbçi toplayıb - Ukraynanın işi çətindir
-
“Dedilər işə düzəlmək üçün 5 min manat pul lazımdır“ - Məhkəmə işi
-
Sabahdan bu sosial müavinətlər və Prezident təqaüdləri artırılacaq - SİYAHI
-
“İranın gizli nüvə obyekti ola bilər” – Tramp
-
Azərbaycanda bu şəxslərin nikahı qadağan ediləcək - Sabahdan
-
Qeyri-iş günü bir də dörd aydan sonra olacaq - TARİX
-
Maştağada kanalda antisanitar vəziyyət - VİDEO
-
Az maaş, çox tələb: Gənclər niyə iş tapa bilmirlər?
-
Qızıl bazarında vəziyyət necədir? - VİDEO
-
Polisə müqavimət göstərən narkotacir zərərsizləşdirilib - DİN
-
Kəngərliyə növbəti köç karvanı yola salındı - FOTOLAR
-
“Bu halda sanksiyaları ləğv edəcəyəm” - Tramp
-
Ağdamda mina partladı - Polis əməkdaşı xəsarət aldı
-
Ölkəmizin enerji ixrac potensialının artırılması baxımından əhəmiyyətli olan layihə
-
“8 Noyabr“ Elektrik Stansiyasının açılışı ölkəmizin enerji tarixinə mühüm səhifə kimi yazıldı
-
Saxta teleqram kanalının məlumatı təxribatdır - RƏSMİ
-
8 ildir yeni bina sakinlərə nə təhvil verilir, nə də kirayə haqqı ödənilir - ŞİKAYƏT
-
“Əhliman Gənciyevi dubinka ilə döyüb, elektroşokla işgəncə veriblər“ - Vəkilin AÇIQLAMALARI
-
Ov tüfəngi ilə qaynanası, arvadı və baldızını vurdu... - Hadisənin DETALLARI
-
Yekaterinburqda 2 qardaşı öldürülən Seyfəddin Hüseynlidən yeni açıqlama - VİDEO
-
Bakı-Qəbələ qatarlarından istifadə edənlərin NƏZƏRİNƏ
-
Azərbaycan regional və qlobal enerji təhlükəsizliyində mühüm rola malikdir
-
Trampdan Maskla bağlı yeni açıqlama: “O, əla oğlandır”
-
Yekaterinburqda məhkəmə şousu başa çatdı - Kimlər həbs edildi? + FOTOLAR
-
Bir ildə 64 məktəb bağlanıb - Ekspertlərdən HƏYƏCAN TƏBİLİ
-
Çinə viza rejimi ləğv ediləndən sonra aviabiletlər bahalaşıb? - VİDEO
-
Ukrayna müharibəsi 2026-cı ilə qədər davam edə bilər - CNN
-
Özünü vəkil kimi təqdim edən Səbiyyə Panəliyevanın dələduzluğu davam edir - “Bir dur deyən yoxdur“
-
“Emerald” hotelində şok olay: Otağına çağırdığı qadın kişi çıxdı….
-
“Faşist Putin hakimiyyətini pisləyirik“ - Aygün Attar
-
Ölkənin enerji siyasətində yeni mərhələnin başlanğıcı
-
İcra başçısı-qadın sahibkar qalmaqalı: mülk dağıdanların milyonluq mülkləri - VİDEO
-
Klublarımızın yay planları: Kim gəlir, kim gedir?
-
Azərbaycan parlamentinin nümayəndə heyətinin Rusiyaya səfəri ləğv edildi - RƏSMİ
-
“Vətən Bağı“ İB Naxçıvanda “Narkotikə yox“ layihəsinə start verdi - FOTOLAR
-
Mehrab Xəlilovun rəhbəri olduğu “Jobs” MMC vətəndaşları aldadıb - VİDEO
-
“Rusiyanın yay hücumu uğursuzluğa düçar olur“ - The Telegraph
-
Unudulmuş Nobel laureatı və sovet Rusiyası - Siqrid Unsetin acı müşahidələri
-
Füzulidə kanalda batan şəxsin axtarışları davam edir - VİDEO
-
Yekaterinburq məhkəməsi Akif Səfərovu həbs etdi - 22 günlük
-
Azərbaycanda Rusiya ilə bağlı mədəni tədbirlər ləğv edilir - Rəsmi
-
Lənkəranda hadisə: İş adamı xəstəxanalıq oldu, saxlanılan var
-
FTX-nin əməliyyatı quduz itin hərəkəti kimi qiymətləndirilməlidir - DEPUTAT
-
Bəzi yerlərdə yağış yağacaq, şimşək çaxacaq - Sabahın havası
-
Naxçıvanda ağır qəza: Məmur və ər-arvad öldü (FOTO)
-
“Makron və Merts sağlam düşüncələrini tamamilə itiriblər” - Lavrov
-
Eyni məhsul, kəskin qiymət fərqi: “Bahadırsa, almayın“
-
İran aylar ərzində uranın zənginləşdirilməsini bərpa edə bilər - Qrossi
-
Mərkəzi Bankdan yeni QAYDALAR: Kredit əldə etmək sosial şəbəkə aktivliyinizdən asılı ola bilər
-
Bakıda bərbad vəziyyətdə olan bəzi yolların “bəxt“i niyə açılmır? - VİDEO
-
Yekaterinburqda saxlanılan azərbaycanlıların məhkəməsi başladı - Fotolar
-
Azərbaycanda gəlinliklərin baha olmasının səbəbi nədir? - VİDEO
-
Qayınanasını öldürdü, arvadı ilə baldızını yaraladı - Masallıda dəhşətli hadisə
-
Biləcəridə yol problemi - Səkilər yoxdur, maşınlar küçəyə park olunur
-
Eyni Rusiya, eyni ssenari: Şovinizm və qəddarlıq
-
“Ziraat Bank Azərbaycan“ geriləyir - Əhali pullarını geri götürür
-
Bakıda gənc “lyuk“a düşməyib, yol çöküb - VİDEO
-
35 nəfərin zəhərləndiyi “Dönər evi“ yenidən açıldı - Jurnalistlərə hücum etdilər (VİDEO)
-
Rusiyada azərbaycanlılara qanlı OMON hucumunun şahidləri danışdı - VİDEO
-
Göygöldə sərxoş şəxs polisin silahını götürmək istəyib - TƏFƏRRÜAT
-
Azərbaycanda hansı bölgədə nə qədər bankomat var? - Siyahı
-
İsrailin raket zərbələri nəticəsində öldüyü deyilən Əli Şamxani üzə çıxıb - FOTO
-
“QAZel”in içindəki palçığı bizə yedizdirmək istəyirdilər - Vüqar Səfərov
-
675 min manat vergi borcu olan hospitalda qanuni təmsilçi “oyunu” - Üçüncü dəyişiklik
-
Rusiyada iki qardaşı öldürülən Seyfəddin Hüseynli: Digər yaxınlarımız hazırda təzyiq altındadır
-
Hansısa bir şirkət viza ilə bağlı qarantiya verirsə, bu, cəfəngiyatdır - AÇIQLAMA
-
Ən çox sosial yardım bu rayona verilir - STATİSTİKA
-
Rusiyalı diplomat Azərbaycan XİN-ə çağırıldı - Kəskin etiraz bildirildi
-
Yetkinlik yaşına çatmayan qız 27 yaşlı oğlanla ailə qurdu, atası polisə xəbər verdi - TƏFƏRRÜAT
-
Ukrayna kəşfiyyatından daha bir uğurlu əməliyyat - 4 ədəd Su-34 qırıcısı məhv edildi
-
Rusiyada öldürülən azərbaycanlıların sayı 5-Ə ÇATDI
-
Əcnəbilər Azərbaycan banklarına nə qədər pul qoyub?
-
“Bu, Azərbaycan-İran münasibətlərinə xələl gətirmək məqsədi daşıyır” - XİN
-
Tramp təkzib etdi: Bu insanlar xəstədir!
-
28 il əvvəl satdığı maşının cərimələri adına gəlir... VİDEO
-
Baş yepiskop Paşinyanı devirməyə hazırlaşırmış - İttihamlar açıqlandı
-
Çin hərbi potensialını görünməmiş sürətlə artırır - ABŞ generalı
-
Rusiyada öldürülən qardaşların əmisi oğlu da QƏTLƏ YETİRİLDİ
-
İran vurulan nüvə obyektlərində işlərə başlayıb - Peyk görüntüləri yayılıb + FOTO
-
Zaqatalada təhlükəli vəizyyət: 100-dən çox ev su altında qala bilər (FOTO)
-
Azərbaycan XİN bəyanat yayıb - Rusiyada azərbaycanlılara hücumlarla bağlı
-
Bostanlarda yığılan qarpız yerində neçəyədir? - VİDEO
-
Yay tətilinə gedən tələbələr kirayə qaldıqları evləri bu səbəbdən boşaltmır - VİDEO
TOP 10
ARXİV