|
Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı
Azərbaycanla Ermənistan razılaşdı: Qazaxın 4 kəndi qaytarılır
“Express Bank” iflas ərəfəsində - Şirkətlər bankdan 25 milyondan çox depoziti geri çəkiblər
Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxması prosesi başlayıb - VİDEO
Deputat Ülvi Quliyev Nəsimi rayonunda torpaq zəbt edib? - FOTOLAR
Digərlərinin ağlı ilə hərəkət edən Ermənistan - VİDEO
“Ermənistan müharibəyə təhrik edilir“ - DTX rəisi kəşfiyyat məlumatlarını açıqladı
Mərkəzi Kəşfiyyat İdarəsi terror hücumlarından necə xəbər tuta bilir? – ŞƏRH
Ərdoğan Qərbi belə mat etdi – Türk əsri başlayıb
Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır - Vəzifədə qalmaq üçün
Bəxtiyar Əsgərov məsələsi Fuad Nəcəflini çətin duruma salıb - Naxçıvana ardı-arası kəsilməyən zənglər...
Samir Şərifov Bakıda biznes mərkəzi tikdirir? - FOTOLAR
Pekin dünya üçün “Çin şoku” hazırlayır – Bazarları ucuz məhsulları ilə dolduracaq
Eldar Əzizovun “tender camaşırxanası“: Mirzəyevlə Mehralıyevin “it yemi satınalması“
Sivilizasiyanın toxunmadığı yer: Oranı görmədən qayıtmayın
Tarix 10.04.24, 22:43 |
|
İordaniyanın landşaftı Yer kürəsinin digər yerlərindən çox fərqlidir: ərazisinin təxminən 90%-i yarımsəhra və səhralardır. Ən məşhur səhrası isə Vadi Rumdur. Bu səhranı “sivilizasiyanın, zamanın toxunmadığı yer” adlandırırlar. “İordaniyanın cənubundakı Vadi Rum səhrası (Wadi Rum) Yer kürəsini tərk etmədən özünüzü başqa planetdə tapmaq üçün bir fürsətdir. Zamandan kənarda və zahirən məkandan kənarda bir yer…”, - deyə qədim səyyahlar Vadi Rumu belə təsvir ediblər.
İordaniyanın ən böyük vadisi qumdaşı və qranitdən yaranıb. Bura təkcə ölkənin deyil, dünyanın unikal təbii görməli yerlərindən biridir.
Səhraya “Ay Vadisi” də deyirlər. Astronavt James İrvin Vadi Rumu gördükdən sonra deyib: “Bu yer Ayda olduğum vaxtda gördüklərimə Yer kürəsində ən yaxın yerdir”. Astronavtın bu sözlərindən sonra “Ay Vadisi” adı bütün dünyada populyarlaşıb.
“Vadi Rumu görmədən qayıtma”
Vadi Rum Qırmızı dəniz sahilindəki tarixi Aqaba şəhərindən 60 kilometr məsafədə yerləşir. Turizm şirkətləri Vadiyə özəl və qrup turları təşkil edirlər. Vadi Ruma giriş üçün 7 dinar (16 AZN) ödəmək lazımdır. “Jordan Pass” alan turistlər Vadiyə pulsuz daxil ola bilirlər. Amma öncə, Vadii Rumn turist bürosunda bileti təsdiqlətdirmək lazmdır. Turistlər arasında “İordaniyaya getdinsə Vadi Rumu görmədən qayıtma” fikirləri geniş yayılıb. Özəl tura qoşulmaq üçün adambaşına 65 ABŞ dolları (110 AZN) ödəyib qeyri-adiliyi gözlərimizlə görmək üçün çöl safarisi turuna qoşulduq.
Vadi çöl safarisi üçün ən sevimli turist marşrutu hesab olunur. Səhrada Jeep traslarından başqa heç bir yol yoxdur. Dəvələr başqa bir məşhur nəqliyyat vasitəsidir, səhradan piyada getmək mümkün deyil.
Turistlər həmçinin Vadi Rumun yaxınlığında Əl Hicaz qatarına minib vadini gəzə bilirlər. Hicaz dəmir yolu 1900-1908-ci illər arasında Osmanlılar tərəfindən müsəlmanların müqəddəs yerlərə səfərlərinin təşkili məqsədi ilə tikilib.
Vadi Ruma daxil olan kimi qarşımızda inanılmaz dərəcədə gözəl bir mənzərə açılır: Vadi Rum inanılmaz gözəlliyi və unikallığı ilə şifahi təsvirə meydan oxuyur. Burada hər şey valehedicidir: rənglərlə oynayan qayalar, bir-birinə qarışmayan çoxrəngli qumlar, sonsuz səma və sükut... Zamanla təbii qüvvələrin - küləklərin, günəşin və yağışın təsiri ilə bu səhrada füsunkar bir mənzərə formalaşıb: ən qəribə formalı qayalar, təbii tağlar, quyular və kanyonlar yaranıb. Ara-sıra səhranın qumlarının rəngi dəyişir – qırmızıdan sarıya çevrilir.
Jeep safari turunda bizi müşayiət edən Abdulla adlı bələdçimiz vadinin iqlim xüsusiyyətləri haqqında danışır: “Gün ərzində küləklər üzündən temperatur kəskin dəyişir. Gündüz və axşam temperaturu arasında böyük fərq var. Məsələn, iyul ayında İordaniyanın attraksionlarına baş çəksəniz, o zaman gündüz 32 dərəcəyə, axşam və gecə isə 13 dərəcəyə hazır olun”.
Vadi Rum qayalarının bəzilərində rəsmlər diqqət çəkir. Səhradakı petroqliflər, yazılar və arxeoloji tapıntılar 12 min illik insan həyatının və ətraf mühitlə qarşılıqlı əlaqənin sübutudur. Burada 25 min mağara rəsmi 20 min yazı ilə birləşib. Hər qaya qeyri-adi dizaynı olan bir memarlıq əsəridir.
YUNESKO-nun Rum Vadisini Dünya İrs Siyahısına daxil etməsinin səbəbi də məhz bu tarixiliyi və əsrarəngizliyi qorumaq arzusudur.
Bədəvilərin həyat tərzi
Bütün bunlarla yanaşı, Vadi Rum heç də təbiətin sivilizasiyadan uzaq cansız guşəsi deyil. Ta Nəbati krallığı dövründən bədəvilər - köçəri ərəblər səhrada məskunlaşıblar. Onlar öz adət-ənənələrini qoruyaraq çadırlarda yaşayır, dəvə, qoyun-quzu saxlayırlar. Bəzi çadırların yanında yolsuzluq avtomobillərini də görmək olur. Səhrada mağaralarda yaşayanlar da var.
Tur zamanı bədəvi çadırlarının birində isti çaya qonaq oluruq. “Ucsuz-bucaqsız səhranın ortasında, çadırda küləyin yaratdığı tozanaqlar, insanlardan uzaq tənhalıqda necə yaşamaq olar?” sualını köçəri ərəb gözümüzdən oxuyur: “Bu, əsrlərdən bəri bizim həyat tərzimizdir. Ocaq qalayıb yemək, çay hazırlayırıq. Artıq elektrik enerjisi də var. Ramazan ayında hamımız oruc tuturuq. İndi iftar açmağa hazırlaşırıq. Təsərrüfatımız dolanışığımıza kömək olur”.
Bələdçimiz ərəblərin son dövrlər səhrada turizmlə əlaqəli ənənəvi üslubda qurduqları müasir qonaq evləri ilə də bizi tanış edir. Səhrada gecələyən turistlər ərəb musiqisi dinləyə, çay və ya kofe içə, qum altında bişən dadlı yeməkdən yeyə bilirlər. Turlara günəşin qürubunu izləmək və gecənin sakitliyində səmada sayrışan ulduzları seyr etmək də daxildir.
Hollivud filmlərinin çəkiliş meydanı
Vadi Rum Mars səthinə bənzərliyi ilə məşhur olduğuna görə bir neçə Hollivud filmlərinin çəkilişi üçün də məşhur məkan olub. Son illərin ən çox səs salan “Marslı” filminin çəkilişlərinin aparıldığı məkanla tanış oluruq. Vadi Ruma Marsın yerdəki filialı da deyilir. “Uzaq planetlər haqqında filmlər üzərində işləyərkən rejissorlar daha çox Vadi Rumu seçirlər”, - deyə Abdulla bildirir.
Səhrada həmçinin “Transformerlər - Məğlubların qisası”, “Qırmızı planet”, “Marsda son günlər” və s. filmlər də çəkilib. Bundan əlavə, Vadi Rum dünya kinosu tarixinə 1962-ci ildə “Oskar” mükafatı qazanmış “Ərəbistanlı Lourens” filminin çəkiliş məkanı kimi düşüb. Film 1916-1918-ci illərdə Böyük Ərəb Üsyanında mühüm rol oynamış Britaniya zabiti və səyyahı Tomas Edvard Lourensin tərcümeyi-halından bəhs edir. Zabit daha sonra “Yeddi hikmət sütunu” adlı xatirə kitabını nəşr etdirib və qısa versiyada kitab “Səhrada yüksəliş” adlanıb. Kitabın səhifələrində Vadi Rumun inanılmaz mənzərələrini təsvir etməyə çox yer ayrılır və müəllif onun qaya birləşmələrini “möcüzəli göydələnlər” adlandırır. Sonralar Vadi Rum dağlarından biri “Yeddi hikmət sütunu” adını alıb.
Ulduzların, qumun və günəşin həmişə sakit vadisi öz həyatını yaşayır və hər kəsi səhranın sakitliyini yaşamağa, üfüq xətlərində azmağa, ruhunu sakitləşdirməyə dəvət edir… ("Kaspi" qəzeti)
Xəbərin oxunma sayı : 1000
Maraqlı
Xəbərlər
-
İçərişəhərə giriş məhdudlaşdırılacaq - SƏBƏB + FOTO
-
“Dövlət-media dialoqunun yaradılması cəmiyyətin sosial sifarişi kimi meydana çıxıb” - Əhməd İsmayılov
-
“Müharibənin tezliklə bitmə ehtimalı yoxdur” – ABŞ kəşfiyyatının başçısı
-
Prezident Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib - FOTO
-
İndiki nazirlərin çoxunu tanımıram - Elmar Məmmədyarovla müsahibə
-
Ölkəyə onlarla kiloqram narkotik gətirən şəxs ələ keçdi - VİDEO
-
Azərbaycanda pensiyalar bu yolla arta bilər - AÇIQLAMA
-
G2 səviyyəli geomaqnit qasırğası müşahidə olunur - Xəbərdarlıq
-
DSX-nin sərhəd zastavası xidməti istifadəyə verilib - FOTO/VİDEO
-
Toy karvanında avtoxuliqanlıq edənlər həbs olundular - FOTO
-
“Həkim yoxdur, xəstəyə baxmırlar” - Ucar sakini
-
“YUNESKO bir adamın əlində alətə çevrilməməlidir“ - Hikmət Hacıyev
-
Sumqayıtda çirkab suları evlərə dolur - VİDEO
-
300 min azərbaycanlının qayıdışı: İrəvan kuluarlarında nələr müzakirə edilir? - VİDEO
-
Azərbaycanın profilaktik peyvəndlər təqviminə əlavə edilən yeni vaksin məcburidir? - VİDEO
-
Şuşanın yeni məscidi belə olacaq - VİDEO
-
Efirə qısa ətəkdə çıxdı, tənqid olundu - VİDEO
-
Tbilisi ilə Vaşinqton arasında gərginlik artıb - Kobaxidze ABŞ-a səfərdən imtina edib
-
Sabah bəzi ərazilərdə qaz olmayacaq - Xəbərdarlıq
-
“Aİ-yə üzv bir çox ölkə Ukraynaya qoşun göndərmək ideyasını təsdiqləyib” - Makron
-
Tərtərdə 15 yaşlı qız qaçırılıb, yoxsa itkin düşüb? - VİDEO
-
İcra başçısından mikrafonla danışmağı tələb edən şəxs cəzalandırıldı - FOTO
-
Qışda soyuğuna, yayda istisinə dözülməyən makler evləri - VİDEO
-
Türkiyə İsraillə bütün ticarəti dayandırıb - “Bloomberg”
-
“Ay ərzində ortalama 800 min - 1 milyon manat yığılırdı“ - Nazirin məhkəməsi
-
Rəcəb Tayyib Ərdoğan səkkiz il sonra CHP lideri ilə görüşüb - FOTO
-
Taksi xidmətində qazla işləyən avtomobillərdən istifadə olunacaq? - VİDEO
-
“Bunun sonu faicə olacaq” - “Biz bir-birimizi günahlandırmalı deyilik ki...“
-
Netanyahunun kortejinə hücum olub: Saxlanılan var
-
Azərbaycanda istirahət sərfəlidir, yoxsa xaricdə? -VİDEO
-
“Evləri su aparıb, nə qədər gözləyək?” - VİDEO
-
Bəzi restoranlarda nərə adı ilə digər balıq növləri təqdim olunur? - VİDEO
-
1 iyuladək icazə alan taksi sürücüləri hansı üstünlüklərə malik olacaqlar? - AYNA-dan AÇIQLAMA
-
Mərkəzi Bank yeni pul siyasəti: “Qiymətlər ucuzlaşacaq”
-
Tələbə və məzunlara yeni şans - VİDEO
-
Bakıda sıxlığı aradan qaldırmaq üçün yeni yol çəkirlir - VİDEO
-
“Cəbhədə vəziyyət daha da pisləşə bilər“ - Ukrayna XİN başçısı
-
“3 milyonluq MMC-ni “1 qara qəpiksiz almışam“ - Sabiq deputatdan etiraf
-
ABŞ-Ermənistan hərbi əməkdaşlığı müzakirə olunub - Saziş imzalanıb
-
Bakının Nizami rayonunda kuryoz hadisə: oğlan sevgilisini döyüb, yoxsa...?
-
İraq 30 ildən sonra Türkiyə sərhədində hərbi baza qurdu - FOTO
-
Cəbrayılın daha bir kəndinə ilk köçə hazırlıq gedir - 334 ailə köçürüləcək
-
AQTA-dan qida zəhərlənmələri ilə bağlı ÇAĞIRIŞ - VİDEO
-
Bakıda fantastik qiymətə mənzil satışa çıxarılıb - FOTOLAR
-
İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasına məktub ünvanlayıb - MƏTN
-
AFFA-nın yeni rəhbərliyinin bir ayı: Görün hansı işləri görüblər
-
Bu şəxslər satınalma komissiyasının üzvü ola bilməzlər - RƏSMİ
-
“Gürcüstan demokratiyası risk altındadır“ - ABŞ səfirliyi
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Bakıda bağ evlərinin kirayə qiyməti: 10,15 və 18 min manat
-
Parlament seçkiləri ilə bağlı ilk rəsmi açıqlama - MSK sədri vaxt göstərdi
-
Azərbaycanda yeddi saatlıq iş qrafikinə keçilə bilərmi? - AÇIQLAMA
-
İcra başçısının qardaşı oğlu: “Anamı qan içində görəndən sonra atamı öldürməyə qərar verdim”
-
Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verildi - MSK qərar verdi
-
Prezident Heydər Əsədovla bağlı sərəncam verdi - Təyinat + DOSYE
-
Bu şəxslərə birdəfəlik maddi yardım veriləcək – Sərəncam
-
Azərbaycanın ikinci böyük elektrik stansiyası təmir edilir - FOTO/VİDEO
-
Prezident Konstantin Kosaçov və Leonid Kalaşnikovu qəbul edib - FOTO
-
Bakıda silahlı şəxslərə qarşı əməliyyat - FOTO/VİDEO
-
Dini liderlərin Şuşa görüşünün Bəyannaməsi qəbul olunub - FOTO
-
FHN-nin idarə rəisi işçilərin məzuniyyət hüququnu pozub? - Elnar İmanov cərimələndi
-
“Son yeddi ildə Azərbaycanda quraqlıq müşahidə olunub“ - İlham Əliyev
-
Dünyanın ən güclü komandalarının reytinqi: “Qarabağ” ilk 100-ə düşə bilmədi
-
ABŞ Azərbaycanın bu şirkətinə sanksiya tətbiq edib - Rəhbəri kimdir?
-
Yağış yağacaq, külək əsəcək - Sabahın havası
-
Uşağa görə bu ailələrə 435 AZN pul veriləcək - RƏSMİ
-
“Soğanı aşağı qiymətə satmaqdansa, satmamaq yaxşıdır” - Fermer
-
Bakıda sənədsiz evlər kütləvi satışa çıxarılır? – AÇIQLAMA
-
Çin Ayda gələcək bazasını göstərdi - VİDEO
-
Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib?
-
Sevgilisinə görə bir gün ərzində milyondan çox izləyicisini itirdi - FOTO
-
Ədliyyə Nazirliyində iki rəis müavini təqaüdə göndərildi - İdarə rəisi təyin olundu
-
“Azərsun Holdinq” qanunsuz işçi çalışdırmaqda ittiham edilir - DETALLAR
-
Bundan sonra telefon danışığı zamanı emoji göndərmək mümkün olacaq - VİDEO
-
İranda son 80 ilin inflyasiya rekordu qırılıb - FOTO
-
Şuşaya köç başlayır: Şuşalılar özləri fərdi ev tikə bilərmi?
-
“PAŞA Bank”da yeni baş direktor təyin edilib - FOTO
-
Tank bölmələrimizin döyüş hazırlığı yoxlanılır - VİDEO
-
Qadının üzərinə benzin töküb yandırmaqda şübhəli bilinən şəxs həbs edildi - Tovuzda
-
Azərbaycanda yeni peyvənd vurulacaq - Nazir əmr imzaladı
-
Ermənistan polisi Azərbaycanla şərti sərhəddə əməliyyat keçirib: Çox sayda saxlanılan var
-
Dərs vəsaitində olan səhv müzakirələrə səbəb oldu - VİDEO
-
“Zorakılıq xalqı dayandıra bilməz“ - Gürcüstan Prezidenti
-
Bazarda min bir dərdin dərmanı olan yabanı bitkilərin QİYMƏTİ - VİDEO
-
Şimal-qərb küləyi sabah axşamadək fasilələrlə davam edəcək - FAKTİKİ HAVA
-
“Sevgilinizin adını sponsor qoymayın“ - Müğənnidən qalmaqallı açıqlama
-
Çempionlar Liqasında qaydalar: Arda 21 yaşına qədər “Real Madrid”ə qalacaq?
-
“Planetin ən sağlam qidaları“ - Onları yeyən xəstəlik üzü görmür
-
Sənədsiz evlərlə bağlı yenilik - VİDEO
-
Azərbaycan-Özbəkistan regional əməkdaşlığı müzakirə edilib - FOTOLAR
-
Türkiyədə iğtişaş törətmək istəyən 226 nəfər tutuldu - FOTO
-
Bu şəxslərə sağlamlıq haqqında arayış verilməyəcək - XƏBƏRDARLIQ
-
Fransada iğtişaşlar: Polis gözyaşardıcı qazdan istifadə etdi
-
“Ən varlı rusların sərvəti bu ilin əvvəlindən 15,5 milyarddan çox artıb” – “Bloomberg”
-
“Birbank” çökdü, müştərilər ayağa qalxdı: “Anamın əməliyyat pulunu ödəyə bilmədim”
-
Qobustan xəstəxanasında nə baş verib? - İşdən çıxarılanlar məhkəməyə üz tutub
-
Monqolustanın “neft” fondundan əhaliyə pul paylanacaq: Qanun qüvvəyə minir
-
Hansı ölkələr Latviyadan Rusiyaya zərbələr endirə bilər? - Zaxarova siyahını tələb etdi
-
Aynur Bayramova həbs edildı - Məhkəmə zalında
-
Evlənmə yaşı niyə artıb? - VİDEO
-
10 min sakinin istifadə etdiyi yol bərbad haldadır - VİDEO
-
Apteklərdə yoxlamalar aparıldı: Nöqsanlar AŞKARLANDI
-
Qubad İbadoğlu bağ evinə köçüb - İddiası təmin edilib
-
Bölgələrdə vətəndaşlar iş tapmaqda çətinlik çəkirlər? - VİDEO
-
Prezident İraq Parlamentinin sədrini qəbul edib - FOTO
-
“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm“ - Seymur Orucovun qohumu həbs edildi
-
Azadlığa buraxılan sabiq baş həkimə ağır cəza istənildi - VİDEO
-
“Təəssüf ki, separatçılığa təhrik edən qüvvələr mövcuddur“ - Allahşükür Paşazadə
-
12 min manat aliment borcunu ödəmədi - Həbs edildi
-
“A.M.A.Y“ın külli miqdarda borcu var - “AMAY Abdulla“nın şirkəti məhkəmə qarşısında
-
Ukrayna səmasında müəmmalı parıltı: Bir çox bölgədə görüntüləndi - VİDEO
-
Bu qurumda əməliyyat keçirilib, 3 vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilib - RƏSMİ
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank məzənnəni açıqladı
-
İpotekası olanların diqqətinə: Yeni qaydalar qüvvəyə mindi
-
Xırdalanda qonşuları şoka salan qətl niyə törədilib? – TƏFƏRRÜAT
-
Azərbaycanda ardıcıl 5 gün iş olmayacaq - RƏSMİ
-
Hansı hallarda kirayəyə ev verənləri ağır cəza gözləyir? - VİDEO
-
Prezident dini rəhbərləri qəbul etdi - FOTOLAR
-
Nərimanovda COP29 öncəsi ağaclar məhv edildi - FOTOLAR
-
İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul edib - FOTOLAR
TOP 10
ARXİV