“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Neft ucuzlaşır, manatı nə gözləyir? – “Valyuta tələbi Neft Fondu hesabına ödənilir...”

Tarix 22.11.23, 11:52

Font ölçüsü : - / +
bitmap-img6


Dünya bazarında neftin qiymətində ucuzlaşma müşahidə edilir. Sentyabrdan sonra neftin qiymətində 16 faiz azalama qeydə alınıb. Neftin dünya bazarı qiyməti Azərbaycanın dövlət gəlirləri baxımdan vacibdir. Hazırda, Azərbaycan ixracatının 80 faizə yaxını neft məhsulları təşkil edir. Bu kontekstdən neftin qiyməti ölkəyə daxil olan valyutanın həcminə necə təsir edəcəyi maraq doğrur.

İqtisadçı deputat, Vüqar Bayramov bildirir ki, noyabrın 26-da OPEK + alyansının iclasının keçiriləcəyi gözlənilr, bu tədbirdə hasilata yenidən baxılması və artırılması mümkünlüyü ilə bağlı yayılan xəbərlər enerji bazarına təsir göstərir.

“Bu isə investorlarının qərarlarına və neftin qiymətinə təsirsiz ötüşmür”, - o qeyd edir.

İqtisadçı xatırladır ki, hazırda Azərbaycanda valyutaya olan tələbin əhəmiyyətli hissəsi Dövlət Neft Fondu tərəfindən ödənilir. Onun sözlərinə görə, Neft Fondu mövcud aktivləri hesabına illik orta hesabla 12 milyard manatlıq transferi həyata keçirmək imkanına malikdir.

“Bununla yanaşı, neftin qiyməti valyuta bazarına həm iqtisadi, həm də psixoloji təsir göstərir, - deputat qeyd edib.

V.Bayramov bildirib ki, “Brent” markalı neftin mövcud qiyməti valyuta bazarındakı tarazlıq üçün hələlik təhdid yaratmasa da növbəti dövrdə “qara qızılın” dəyərinin necə dəyişməsi müəyyən təsirlərə malik ola bilər:“Amma Azərbaycanda hələ ki, üzən məzənnə rejiminə keçirilməyib. Mərkəzi Bank prosesə birbaşa intervensiya etmək imkanlarını qoruyub saxlayır. Ona görə də neft bazarında dəyişikliklər fonunda manatın məzənnəsinin necə dəyişməsi birbaşa Azərbaycan Mərkəzi Bankının mövqeyindən asılı olacaq”.



Xəbərin oxunma sayı : 1021




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap