![]() |
|














Unudulmuş Nobel laureatı və sovet Rusiyası - Siqrid Unsetin acı müşahidələri
Tarix 29.06.25, 15:29 |
|

Keçmiş deputat, elm və təhsil sahəsində tanınmış ekspert Etibar Əliyev "Facebook" səhifəsində "Bazar günü oxuları" seriyasını davam etdirir. Onun məqaləsini oxuculara təqdim edirik:
Ədəbiyyat üzrə Nobel mükafatı laureatlarının bir çoxu bu gün Azərbaycan oxucusu üçün tamamilə tanınmır. Onların əsərləri nə dilimizə tərcümə olunub, nə də çap edilib. Bu siyahıya 1928-ci ildə Nobel mükafatına layiq görülmüş Norveç yazıçısı Siqrid Unset də daxildir. O, XX əsrin ən məhsuldar qadın yazıçılarından biri hesab edilir – 30-dan artıq romanın müəllifidir. Ancaq onun adı nə orta məktəb dərsliklərində yer alıb, nə də ali məktəblərin filologiya fakültələrində tanıdılıb.
Sovetlərə və faşizmə eyni dərəcədə nifrət
Unset təkcə bir yazıçı deyil, həm də siyasi düşüncələri və ictimai mövqeyi ilə seçilən bir ziyalı idi. O, həm Sovet totalitarizminə, həm də faşist ideologiyasına qarşı açıq çıxış edən azsaylı Qərb intellektualları arasında idi. Ötən əsrin 30-cu illərində Rusiyaya etdiyi səfər zamanı – xüsusilə Moskva və Vladivostokda olarkən – gördükləri onu sarsıtmışdı. Bu sarsıntını qələmə aldığı qeydlərində Unset Sovet Rusiyasını tənqid etməkdən çəkinmir.
Gördükləri: yoxsulluq, natəmizlik və kədər
Onun müşahidələri həm antropoloji, həm də sosial psixoloji baxımdan son dərəcə qiymətlidir. Unset yazır ki:
“Dünyanın heç bir şəhərində buradakı qədər tələsən, amma hara getdiyini bilməyən insan kütləsi görmədim.”
“Mağazaların piştaxtaları boş, qarşısında isə növbəyə duran insan kütlələri var idi".
"Adamlar çox kasıb və zövqsüz geyinmişdi. Heç birində ümid, gülümsəmə, yaşamaq sevinci yox idi.”
Yazıçı insanların üz ifadəsində ümidsizlik, bədbinlik və vahimə gördüyünü qeyd edir. Hətta bu ölkədə heç bir insanın bir-birindən fərqlənmədiyini, hər kəsin eyni formalı və “üzsüz” bir şəkildə dolaşdığını yazır. O, küçələrdə bir nəfər belə saqqallı kişiyə rast gəlmədiyini qeyd edir, lakin onların hamısının “üzütüklü” olduğunu qeyd etməsi vizual təəssüratın gücünü göstərir.
Qadınların vəziyyəti isə Unsetin təsvirində daha da acınacaqlıdır – onların görkəmi yazıçıda rəhm və acıma hissi doğurur. Uşaqlar nisbətən normal təsir bağışlasa da, onlar da bu ümumi bozluğun içində itib gedir.
"Sivil insan bu mühitdə vəhşiləşər"
Unset yazır ki, bu cür şəraitdə bir sivil insan cəmi iki ilə vəhşiləşə bilər. Onun təsvir etdiyi mənzərədə bir cəmiyyətin nəinki mədəni, hətta fiziki baxımdan da necə tənəzzül etdiyini görmək mümkündür.
Onun digər müşahidələri də diqqətçəkicidir: kəndlərin boz-bulanıq görünüşü, stansiya və kiçik şəhərlərin bir-birinə bənzəməsi, evlərin əksəriyyətinin ağacdan olması. Təbiət gözəldir, lakin baxımsızdır – bu ifadə Sovet cəmiyyətində təbiətə və mədəniyyətə olan münasibəti simvolizə edir.
Yeganə müsbət təəssürat: qara çörək və kartof
Unsetin rus mətbəxi ilə bağlı qeydləri də bir qədər istehzalıdır. Onun sözlərinə görə, Rusiyada pendir və digər ərzaq məhsulları olduqca keyfiyyətsiz və çirkli idi. Yalnız qara çörək və kartof Avropadakından daha yaxşı idi, bu da Unsetin müşahidələrində nadir rast gəlinən müsbət qeydlərdən biri kimi qalır.
“Sovetlər faşistlər tərəfindən işğal edilmiş Avropanı xatırladır”
Mətnin ən diqqətçəkən hissəsi isə yazıçının yekun rəyidir. Siqrid Unset SSRİ-ni belə təsvir edir: “Bu ölkə mənə Avropanın artıq faşistlər tərəfindən işğal edilmiş ölkələrini xatırladır".
Bu cümlə XX əsrin iki fərqli totalitar ideologiyasının (sovet kommunizmi və alman faşizmi) mahiyyətcə bir-birinə necə bənzədiyini ifadə edir. Unsetin bu müşahidəsi təkcə siyasi deyil, həm də tarixi paralellər baxımından olduqca mühümdür.
Azərbaycan oxucusu Unseti niyə tanımır?
Əfsus ki, bu dərin və təsirli müşahidələrin müəllifi olan bir Nobel laureatının əsərləri bu gün Azərbaycan dilində yoxdur. Onun romanları nə tərcümə edilib, nə də oxucuya təqdim olunub. Halbuki bu cür intellektual mətnlər təkcə ədəbiyyat deyil, tarix, siyasət və cəmiyyət elmləri üçün də ciddi qaynaq ola bilərdi.
Müasir Azərbaycan cəmiyyəti, xüsusən də gənc nəsil belə parlaq və dürüst müşahidəçiləri tanımadan dünyagörüşünü necə formalaşdıra bilər?
Xəbərin oxunma sayı : 892
Maraqlı
Xəbərlər
-
“Moskva ilə Bakı tərəfdaş və müttəfiq olaraq qalmalıdır“ - Kreml
-
Nizami rayonunda Heydər Əliyev parkının ərazisi kimə satılıb? - VİDEO
-
Prezident yeni rektor təyin etdi - SƏRƏNCAM
-
Müharibədən sağ qayıdan qazi “tükdönmə” əməliyyatından öldü - VİDEO
-
Kamran Əliyev vətəndaşları qəbul edəcək - Bu tarixdə
-
24 yaşlı gəlin öldürüldü, qayınanası yaralandı - Şübhəli qayınatadır
-
Yağış yağacaq, şimşək çaxacaq - Sabahın havası
-
Rusiyada azərbaycanlılara qarşı YENİ təzyiq: İşçilər yataqxanadan çıxarılır
-
Türkiyə ordusuna şəhid sayı 12-yə yüksəldi - Metan qazı faciəsi
-
Ödənilə bilməyən bu borcları dövlət qaytaracaq - Qanun dəyişir
-
Bu müəllimlərə 2250 manat veriləcək - SİYAHI
-
Magistraturaya qəbul olmaq istəyənlərin nəzərinə: İyulun 13-dək...
-
Qeyri-rəsmi nikahdan doğulan uşaqların sayının bölgələrdə çoxluğunun səbəbi nədir? - VİDEO
-
Ukrayna Almaniyadan bu silahları istəyib - Siyahı yayımlandı
-
Prezidenti İlham Əliyev qəbul keçirdi - FOTOLAR
-
“Narahatlığa heç bir əsas yoxdur” - MN-dən əhaliyə çağırış
-
Aeroport yolunun ortasında dayandı, qəzaya səbəb oldu - VİDEO
-
Bakı Limanına yeni baş direktor təyin edildi - Dosye
-
Xaricdən məhsul gətirənlərin nəzərinə! - VİDEO
-
“Ukraynaya çox kömək edirəm, amma...“ - Tramp
-
Azərbaycanda bu valyutalar UCUZLAŞDI
-
Beyləqanda ustalar hündürlükdən yıxıldı - Biri öldü
-
Türkiyə ordusuna şəhid sayı 8-ə yüksəldi - Metan qazı faciəsi
-
“Gürcüstan hökumətinə qarşı şantaj siyasəti aparılıb“ - Kobaxidze
-
Yasamalda yeni binanın tikintisi təhvil verilmir - Sakinlərdən şikayət (VİDEO)
-
Xankəndidə möhtəşəm beynəlxalq tədbir
-
Azərbaycan üçün önəmli regional əməkdaşlıq platforması
-
Nəsrin Bodrumda transparan libası ilə diqqət çəkdi - FOTOLAR
-
“ABŞ və İsrail İrana hücuma görə məsuliyyət daşımalıdır“ - Nazir
-
Bakıda kanalizasiya suları birbaşa dənizə axıdılır - VİDEO
-
Naxçıvanda min bir dərdə dərman olan suyun sirri nədir? - VİDEO
-
Azərbaycanda torpaqların kadastrının dronlarla xəritələnməsi təklif edilir - VİDEO
-
BRİKS liderlərindən İsrailə sərt tələb: “Qoşunlarını dərhal Suriyadan çıxar”
-
ECO-nun Zirvə görüşü yeni reallıqların, uğurların təqdimatıdır
-
Çimərliklərə getmək istəyənlərin NƏZƏRİNƏ
-
“Azərbaycanda ən təbii qız mənəm“ - Pərvin Abıyeva
-
Məktəbəhazırlıq təhsili məcburi olacaq? - Rəsmi
-
Türkiyə Ordusunda faciə: 19 əsgər zəhərləndi, 5-i şəhid oldu
-
“Ukrayna Rusiya ilə əsas məhbus mübadiləsinin səkkiz mərhələsini başa vurub“ - Zelenski
-
Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksi belə olacaq - FOTOLAR
-
Bakının mənzil fondu yenilənir - VİDEO
-
Azərbaycanın qızıl bazarında vəziyyət necədir? - Açıqlama
-
Kəşfiyyatın məxfi məlumatı mediaya sızdı: sensasion təfərrüatlar
-
Pərvin Abıyeva şıdırğı rəqsi ilə diqqət çəkdi - VİDEO
-
Vəkilliyə qəbulla bağlı test imtahanında 196 nəfər uğur qazandı - SİYAHI
-
Nikahsız analar, sənədsiz uşaqlar: Kimdir günahkar?
-
Xankəndində təşkil olunan Zirvə görüşü həm siyasi, həm də iqtisadi baxımdan çoxşaxəli və dərin mənalar daşıyır
-
Bulvarda dənizə düşən 57 yaşlı qadın xilas edildi - VİDEO
-
Məmmədli sakinləri acınacaqlı durumda: “Şikayətimizə baxan yoxdur“
-
Xaricdən məhsul gətirənlərin nəzərinə: Hansı qaydalar dəyişir?
-
Oğlunu 10 minə FHN-ə işə düzəldəcəkdi - Məmmədovun cinayət işi
-
“Neftçi“ dünya ulduzu ilə danışıqlar başladı - İDDİA
-
“Əcəmi Mall”da qanunsuz tikintiyə kim icazə verib? - FOTOFAKT
-
Putinlə Makron arasında telefon danışığı - Lavrov açıqladı
-
Həmin rəqəm səhvən 5000 əvəzinə 3000 göstərilib - DİM
-
Yağış yağacaq, dolu düşəcək - Sabahın havası
-
Mask yeni siyasi partiyasını qurduğunu elan etdi - “Amerika“
-
Avronun bahalaşması Azərbaycanda qiymət artımına səbəb olur - VİDEO
-
Əməkdaşlıq davam edir, əlavə yüz minlərlə dron alacağıq - Zelenski
-
Kür çayında batan gənc tələbə imiş - “Üzə bilmirdin, niyə gedirdin, ay bala?”
-
Xamenei müharibədən sonra ilk dəfə üzə çıxdı - VİDEO
-
“Ermənistanla normallaşma üçün saziş layihəsinin mətni üzrə müzakirələr tamamlanıb“ - Elçin Əmirbəyov
-
Qohumlarını xilas etmək istədilər, üçü də göldə batdı - Fotolar
-
Bakıda və bölgələrdə yağış yağır, dənizdə dalğanın hündürlüyü 4,2 metrə çatıb - FAKTİKİ HAVA
-
Almaniya Patriot sistemlərinin dörddə birini Ukraynaya təhvil verib - “Bloomberg“
-
“Ermənistana yeni konstitusiya lazımdır“ - Paşinyan
-
Saray körpüsünün ətrafı genişləndirilir - VİDEO
-
Binəqədidə ağaclardan qurd tökülür - VİDEO
-
“Rusiya Ermənistandakı hərbi mövcudluğunu genişləndirir“ - Ukrayna kəşfiyyatı
-
13 yaşlı qızı zorlamaqda ittiham edilən şəxs həbs olundu - 10 min ödəyib, ailə ilə barışmışdı
-
TikTok-la bağlı sövdələşmə hazırdır: İyulun 7-8-də...
-
İslam aləmi Aşura Gününü necə qeyd edir - ARAŞDIRMA
-
Azərbaycanda ən az maaşı kim alır? - Açıqlama
-
Boşanmadan sonra kredit borcunu kim ödəməlidir? - AÇIQLAMA
-
Qarabağda milyonlar qazanan nazir müavininin qardaşının şirkəti cərimələndi - Rəfiyevlərin tender SİYAHISI
-
“Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır“ - Türkiyə prezidenti
-
İrəvanda məscidlərimizi də bərpa edəcəyik - Allahşükür Paşazadə
-
“Qəzza razılaşması gələn həftə bağlanıla bilər” - Tramp
-
Bir ayın kirayəsi bir günə - Bağ evləri “od tutub yanır”
-
Akademik Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək - Sərəncam
-
“Ermənistan və Azərbaycanın imzalayacağı sülh regionun ab-havasını dəyişəcək“ - Ərdoğan
-
Polis əməliyyatlar keçirdi - 35 nəfər saxlanılıb
-
“İnsanlar şaiyələrə inanmayıb, təxribatlara uymasınlar“ - QMİ
-
Beş kollecin direktoru işdən çıxarılıb - Yerinə təyinatlar olub
-
Polis özünü dənizə ataraq qadını xilas edib - VİDEO
-
Bu gün Aşuradır - Qanvermə aksiyaları təşkil olunub
-
Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsindən azad edildi
-
DTX-nın Akademiyasında növbəti məzun buraxılışı olub - VİDEO
-
“İran-İsrail münaqişəsi təkrarlanmamalıdır“ - Van İ
-
Bakıda daha bir yol hər an ÇÖKƏ BİLƏR - VİDEO
-
Seren Serengil azərbaycanlı gənclə işbirliyi qurdu - Fotolar
-
“Dioqunun yoxluğu ilə barışmaq çox çətin olacaq“ - Məhəmməd Salah
-
Prezident Xankəndidə keçirilən Zirvə görüşündən görüntülər paylaşılıb - VİDEO
-
Tikinti materialları bazarında bahalaşma və durğunluq var - VİDEO
-
“Reo-Med Tibb Mərkəzi“də yoxlama - Pozuntular aşkarlandı
-
Amerikalıların 40-60 faizi Maskın yeni partiya ideyasını dəstəkləyir - Şok nəticələr
-
“Dedilər qaz, meyiti basdır” - Zərərçəkmişlər danışdı
-
Gənclərin qanlı hesablaşması - biri qətlə, digəri xuliqanlığa görə mühakimə olunur
-
Bakıda küçələrdə “kahinlər“ peyda oldu - VİDEO
-
Türkiyədə meşə yanğınları: 500-dən çox xəsarət alan var
-
Ən çox gəlir əldə edən türkiyəli məşhurlar - SİYAHI
-
Rusiya səfiri Ermənistan XİN-ə çağırıldı - Nota verildi
-
Gələn həftədən Azərbaycanda istilər başlayacaq - Xəbərdarlıq
-
Pezeşkianın Azərbaycan səfəri başa çatdı - FOTO
-
Müəllim olmaq istədi, 5000 manat pulu ələ keçirildi - Dələduzluq
-
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO
-
Şuşada İlham Əliyev liderlərin şərəfinə ziyafət verdi - FOTO
-
Tramp Çinə səfər edə bilər - “Bloomberg”
-
Prezident Xankəndidə Ərdoğanla görüşdü - FOTO
-
Əliyev, Pezeşkian və Ərdoğanın ən səmimi görüntüsü - VİDEO
-
Deputatlar daha 15 məsələni müzakirəyə çıxaracaq - Siyahı
-
Sadır Japarovun Azərbaycana səfəri başa çatıb - FOTO
-
“Virus hələ də bizimlədir” - Səhiyyə Nazirliyi xəbərdarlıq edir
-
Şavkat Mirziyoyevin Azərbaycana səfəri başa çatdı - FOTO
-
Əliyevlə Pezeşkianın görüşü oldu - Fotolar
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 5 günlük məzənnəni açıqladı
-
İtkin düşən 3 hərbçi Kəlbəcərdə dəfn edildi - FOTOLAR
-
Almaniya ordunu ikiqat gücləndirir - Könüllü hərbi xidmət qayıdır
-
Bakının ortasında kanalizasiya “fəlakəti“ - Qurumdan açıqlama
-
Liderlər çay süfrəsi arxasında - Fotolar
TOP 10
ARXİV